Müəllimlərin Sertifikasiyasi: Amerika Birləşmiş Ştatlari Təcrübəsindən

 

Müəllimlərin Sertifikasiyasi: Amerika Birləşmiş Ştatlari Təcrübəsindən

Böyükağa Mikayıllı yazır: Sertifikasiya haqqında məqaləmi bu linkdən oxuya bilərsiniz.

ABŞ-da hər il hər bir ştatda pedaqoji kadr hazılığı proqramlarının nəticələri təhlil edilir. Təhlillər aşağıda göstərilən bəndlər üzrə aparılır. Qeyd etmək lazımdır ki, təhlillərin aparılması problemlərin aşkara çıxarılması baxımından ən optimal yoldur. Yalnız bu zaman mövcud vəziyyəti görmək, onun haqqında fikir irəli sürmək və çıxış yollarını göstərmək mümkündür. Təhlillərə nəzər yetirək. Burada pedaqoji kadr hazırlığı səviyyəsindən başlayaraq maddi-texniki təchizatın vacibliyinə qədər mühüm məsələlər əks olunub: 

– pedaqoji ali məktəblərin məzunlarının işlə təmin olunma dinamikasının əmsalı;

    – gənc müəllimlərin iş yerində saxlanılması əmsalı;

    – təhsil proqramının effektivliyi ilə bağlı potensial işəgötürənlərin rəylərinin təhlili;

    – şagird nailiyyətlərinin qiymətləndirilməsi;

    – mütəxəssis hazırlığı aparılan auditoriyaların texniki təchizatının vəziyyəti;

    – sponsorların təhsil proqramlarına maraq səviyyəsi;

    – gənc mütəxəssislərin tədris qrantlarında iştirakı (TEACH grant).

Göründüyü kimi, ABŞ-da pedaqoji kadr hazırlığı məsələləri daim diqqət mərkəzində olmaqla, onun keyfiyyətinin artırılması üçün sistemli təhlillər, monitorinqlər aparılır və problemlərin aradan qaldırılması üçün sistemli tədbirlər görülür. Belə tədbirləri aparan təşkilatlardan biri də ABŞ-ın Müəllim Səriştəliliyi üzrə Milli Şurasıdır. Təşkilat müəllim hazırlığı üzrə təhsil proqramlarının təhlilini həyata keçirmişdir. Tədqiqata 1200 təhsil müəssisəsinin bakalavr və magistr təhsil pilləsi üzrə 2400 proqramı cəlb edilmişdir. Bu tədqiqatın nəticələrinə əsasən, Müəllim Səriştəliliyi üzrə Milli Şura ABŞ-da ən yaxşı pedaqoji kadr hazır layan ali təhsil müəssisələrinin adlarını açıqlamışdır. İbtidai siniflər üzrə pedaqoji kadr hazırlığı aparan universitet və institutların ilk beşliyində Dallas Baptist Universiteti (Dallas Baptist University), Qərbi Texas Aqrar-Texniki Universiteti (West Texas A&M University), Ohayo Universiteti (Ohio University), Deyton Universiteti (University of Dayton) və Şimal-Qərbi Universitet (Northwestern University) qərar laşmışdır.

 MƏNBƏ: https://bit.ly/3GkyMPl

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.