1. Uşağınızın sizin kimi və ya istədiyiniz kimi olmasını
gözləməyin. Ona sən deyil, özü olmağa kömək edin.
2. Uşağınız üçün etdiyiniz hər şeyə görə ondan nə isə tələb
etməyin. Sən ona həyat vermisən, o sənə necə təşəkkür
etsin? O da digərinə həyat verəcək. Bu Yaradana şükür etməyin dönməz qanunudur.
3. Övladınıza olan gileyinizi üzünə vurmayın ki,
qocalıqda acı çörək yeməyəsiniz. Çünki nə əksən, onu da biçərsən.
4. Uşaqlarınızın
problemlərinə yuxarıdan aşağı baxmayın. Həyat hər kəsə
gücünə görə verilir və arxayın olun ki, onun üçün səndən heç də az çətin deyil,
axı onun təcrübəsi yoxdur.
5. Kimsəni alçaltmayın!
6. Unutmayın ki, bir insanın ən vacib görüşü övladları
ilə görüşləridir. Onlara daha çox diqqət yetirin - gələcəkdə bu uşağın kim
olacağını heç vaxt bilə bilmərik.
7. Uşağınız üçün bir şey edə bilmirsinizsə, özünüzü
üzməyin. Unutmayın, uşaq üçün kifayət qədər iş görməmişsinizsə də, azca da olsa
zəhmətiniz vardır.
8. Uşaq bütün həyatınızı öz üzərinə götürən tiran və
ya ət və qan parçası deyil. Uşaq Yaradanın sizə yaradıcı atəşi saxlamaq və
inkişaf etdirmək üçün verdiyi qiymətli bir incidir. Bu, “bizim” və ya “onların”
övladı deyil, qorunmaq üçün verilən bir
ruh - böyüyəcək ana və atanın azad sevgisidir.
9. Başqasının uşağını sevməyi də öyrənin. Öz
uşağına edilməsini istəmədiyini heç vaxt başqa uşaqlara etməyin.
10. Uşağınızı - istər istedadlı, istər istedadsız,
şanslı və ya şanssız, balaca və ya yetkin olsun -sevin. Onlarla ünsiyyət qurarkən
sevinin, çünki uşaqların sizinlə olması həmişə bir bayramdır.
İstifadə edilmiş resurslar:
1. Böyükağa Mikayıllı. Yanuş Korçak. “Dahi
pedaqoqlar” silsiləsindən. Bakı-2020
Hazırladı: Əsədov Seyyub Əsəd oğlu-
Şirvan şəhər
T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim”
müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən
yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika
“Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə)
təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin
(2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik
vəsait müəllifi).


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)