Artıq uzun illərdir Azərbaycan məktəblərində tam orta təhsil pilləsi 11
ildir. Abituriyentlər könüllü şəkildə IX
sinifdən məktəbdən kolleclərə sənəd verə bilərlər. 11 il tədris prosesi olduğu
halda abituriyenlər ali məktəbə qəbul olmaq üçün repetitor yanına getməli
olurlar. Maraqlıdır ki, əgər tədrisin
keyfiyyəti abituriyentlərin qəbul imtahanlarına hazırlığına kifayət
etmirsə, o halda strukturda hansı dəyişikliklər görmək lazımdır? Mövzu ilə əlaqədar
AzEdu.az-a açıqlama verən təhsil
eksperti Ramin Nurəliyev tədrisin keyfiyyət faizinin artırılması üçün təhsil
pilləsinin 3 mərhələli olmasını təklif edir: “Türkiyə təhsil modeli əsasında, I
pillə 1- 4 siniflər, II pillə 5-9, III pillə ali təhsil müəssisələrinə hazırlıq
üçün nəzərdə tutulmuş 10 - 12 sinifləri əhatə
etsə,- abituriyentlər həm dərsə gəlməyə maraqlı olar, həm də repetitorlara əlavə
vəsait xərcləməzlər”. R.Nurəliyev vurğulayıb ki, bu addım üçün əvvəlcə dərsliklərin
strukturu dəyişilməlidir: “Repetitorlar abituriyentləri 5-11 sinif dərslikləri əsasında
hazırlayırlar. Azərbycan dili fənni üzrə hələ ən asan fonetika bölməsi üzrə
materiallar 5-ci sinifdə keçilir və 11- ci sinifə kimi bir də heç vaxt həmin
bölmələr yenidən izah edilmir. Uzun müddət sonra şagirddən həmin mövzuları
yadlarında saxlanılması tələb olunur. Repetitor yanına getmək məcburiyyəti də
bu səbəbdən yaranır”. Həmsöhbətimiz 12 illik təhsil sisteminə keçməyin böyük
naliyyətlərə yol açacağından bəhs edib: “Yuxarı sinif şagirdləri çox vaxt
hazırlıqlardan dolayı məktəbdən
yayınılırlar. Lakin 10-12-ci siniflərdə qəbul proqramına uyğun dərslər keçilsə,
həm abituriyentlərin dərsə davamiyyəti tam olar, həm də qəbul nəticələrində
yüksək dəyişiklik nəzərə çarpar. Çünki hər valideynin övladını hazırlaşdırmaq
üçün imkanı yetərli səviyyədə deyil. Bu sistem həm abituriyentlər, həm də
valideynlər üçün əlverişli hesab olunur”.
Mənbə: https://bit.ly/460EGPU


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)