31 Oktyabr Dünya Şəhərlər Günü kimi qeyd olunur. Bu
bayram bəşəriyyətin ən böyük yaradıcılığından birinə həsr olunub. Şəhərlər mədəniyyət
və təhsil mərkəzlərinə çevrilib, onlarda dövlətlərin iqtisadiyyatı üçün mühüm əhəmiyyət
kəsb edən müxtəlif müəssisələr yaranıb.
Sizi və şagirdlərinizi Ümumdünya Şəhərlər Gününə həsr
olunmuş video dərsin (rus-dilində) köməyi ilə dünyanın ən böyük şəhərlərinə
qısamüddətli səyahətə və onlar haqqında suallara cavab verməyə dəvət edirik. Oyun
zamanı şagirdlərə dünya şəhərləri ilə bağlı suallar verilir. Hər sual üçün bir
neçə cavab variantı var. Hansı cavabın düzgün olması sizin ixtiyarınızdadır. Hər
sualdan sonra müxtəlif şəhərlər haqqında maraqlı əlavə məlumat tapa bilərsiniz.
Videodan müxtəlif fənlərin müəllimləri dərsdənkənar fəaliyyətlərdə istifadə edə
bilərlər. Video dərs sinif saatları və digər tədbirlər keçirərkən sinif rəhbərləri
üçün də faydalı ola bilər.
Linkə daxil olub “Ümumdünya Şəhərlər Günü” video dərs oyununu cavablandıra bilərsiniz: https://www.youtube.com/watch?v=dcjsgpdK9FE
----------------------------------------------------------------------------------------------------
P.S. Oktyabrın 31-də Dünya Şəhərlər Günü qeyd
olunur. Hazırda dünya əhalisinin yarısından çoxu şəhərlərdə yaşayır. Bununla əlaqədar
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş müraciətində
qeyd edib ki, sürətli urbanizasiya ətraflı düşünülməlidir, yalnız bu halda əhalinin
məşğulluğunun və rifahının yaxşılaşdırılmasına nail olmaq mümkündür. AZƏRTAC bu
barədə BMT-nin saytına istinadla xəbər verir. Bu gün planetin bütün sakinlərinin
55 faizi şəhərlərdə yaşayır. 2050-ci ilədək planetin əhalisinin 75 faizi şəhərliyə
çevriləcək. Şəhər sakinlərinin sayının sürətli artımı, həmçinin sənayeləşdirilmə
sahəsində yeni imkanların açılmasını vəd edir. Lakin bununla yanaşı, bu şəhərlərin
əhalisinin həddən artıq olması, qeyri-bərabərliyin artması və ətraf mühitin
çirklənməsi ilə nəticələnəcək. Azərbaycanda əhalinin 52,8 faizi şəhərdə, 47,2
faizi isə kənd yerlərində yaşayır. BMT başçısı öz müraciətində vurğulayıb ki, şəhərliyə
çevrilən yeni sakinlərin yaşayış yerinə ehtiyacı olacaq, bu yaşayış yeri isə hələ
tikilməlidir: həmçinin tamamilə yeni şəhərlər salınmalıdır. BMT rəhbəri deyib:
“Bu, iqlim böhranını adlamağa və dayanıqlı gələcək üçün təməl qurmağa kömək edəcək
qərarların işlənib hazırlanması və icrasına yeni nəhəng imkanlar açacaq”. Dünyanın
enerji tələbatının üçdə ikisindən və planetimizi isidən parnik qazları
emissiyasının 70 faizdən çoxu şəhərlərin payına düşür. Buna görə də şəhər
infrastrukturuna toxunan məsələlərdə, o cümlədən şəhər planlaşdırılması, enerji
effektivliliyi, elektrik enerjisi istehsalı və nəqliyyat məsələlərində yaxın
onillikdə qəbul edilən qərarlar bəşəriyyətin gələcəyinə müəyyən təsirini göstərəcək.
Antonio Quterreş qeyd edib ki, iqlim dəyişmələrinə qarşı əsas mübarizə məhz şəhərlərdə
aparılır. Şəhərlərin planlaşdırılması və inkişafı üzrə çoxlu velosiped yolları
və piyada zonaları, yaşıllıqların nəzərdə tutulduğu yeni strategiyaya keçid
parnik qazları emissiyasını kəskin şəkildə azaltmağa imkan yaradacaq. Gələcəyin
“yaşıl” şəhərlərdə işıqlandırma, isitmə və soyutma qazıntı şəklində çıxarılan
yanacaq hesabına deyil, bərpaolunan enerji mənbələri hesabına təmin ediləcək. “Bizdə
artıq aşağıkarbonlu dayanıqlı gələcək yoluna çıxmaqdan ötrü icrası vacib olan
bir çox məsələlərin həlli vardır: elektriklə işləyən ictimai nəqliyyatdan
tutmuş bərpaolunan enerji mənbələri və tullantılardan sərf edilmənin daha təkmilləşdirilmiş
üsullarınadək. Bu qərarlar bütün dünyanın şəhərlərində həyata keçirilir. Onları
görmək sevindiricidir, lakin bunların yeni normaya çevrilməsi gərəkdir”, - deyə
BMT rəhbərinin müraciətində bildirilir. BMT-nin Baş katibi qeyd edib ki, şəhərlər
intellektual fəaliyyət, ticarət, mədəniyyət, elm, sosial inkişaf və digər sahələrin
mərkəzləridir. Dünyada ümumi daxili məhsulun 80 faizindən çoxu şəhərlərin
payına düşür. Antonio Quterreş şəhərlərdə yenilikləri hər vasitə ilə təşviq etməyə,
bütün sakinlərin maraqlarına cavab verən şəhər inkişafına nail olmağa çağırıb. Xatırladaq
ki, 2016-cı ilin oktyabrında Kiotoda şəhərlərin inkişafı Proqramı –
urbanizasiya sahəsində bir növ gündəlikdə duran məsələ olan ekoloji cəhətdən
dayanıqlı və firavan şəhərlərin tikintisi və inkişafı strategiyası qəbul
edilib. BMT-nin bu yaxınlardakı məruzələrinin birində deyilir ki, hazırda ən
çox şəhər Şimali Amerikada yerləşir. Orada şəhər sakinləri əhalinin 82 faizini
təşkil edir. Ən az şəhər sakinləri hələ ki, Afrika və Asiyadadır. Lakin artıq
2030-cu ilədək Afrika əhalisinin 47 faizi və Asiya əhalisinin 56 faizi şəhərlərdə
yaşayacaq. Avropada isə bu müddətə şəhər sakinlərinin sayı 77 faiz təşkil edəcək.
Bu gün dünyada əhalinin ən sıx yerləşdiyi şəhər aqlomerasiyası 37,2 milyon nəfərlə
Tokio hesab edilir. Sonrakı yerləri Dehli (22,7 milyon), Mexiko və Nyu-York (hər
ikisi 20,4 milyon), Şanxay (20,2 milyon) və San-Paulu (19,9 milyon) tutur.
Mənbə:
https://azertag.az/xeber/31_oktyabr___dunya_seherler_gunudur-1350156
Foto:
https://upload.wikimedia.org/wikipedia/commons/2/28/Montage_of_Baku_2019.jpg


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)