Şumer ədəbiyyatı bəşər tarixinin ən qədim yazılı mətnlərindən
biri hesab olunur. O, Anunnaki tanrılarından və bəşəriyyət tarixindən də lap əvvəlki
dövrlərdən bəhs edir. Əminliklə demək olar ki, Şumer mətnlərində insan övladı
ilə yadplanetlilər arasında əlaqəyə işarə edən bir çox nümunələr vardır.
Dünyanın müxtəlif qədim mədəniyyətlərində antropomorf tanrılar haqqında əfsanələr,
o cümlədən dənizdən gəlmiş və şumerlərə sivilizasiya yaratmaq üçün lazım olan
bütün qabaqcıl bilikləri öyrədən Oann tanrısı əfsanəsi mövcuddur. Qədim
zamanlardan bəri müxtəlif ölkələrdə və müxtəlif qitələrdə insanlar, ətrafdakı
dünya haqqında onlara bilik gətirən qeyri-adi ilahi varlıqlar haqqında hekayələr
danışmışlar. Qədim mədəniyyətlər bu yadplanetlilərə müstəsna müdriklik və çoxyönlü
fövqəltəbii qabiliyyətlər aid edirlər. Qədim insanlar iddia edirdilər ki, məhz
bu sirli varlıqlar insanlara ilk
sivilizasiyaları qurmağa kömək ediblər. İlahi “müəllimlər” haqqında hekayələrə
demək olar ki, bütün qədim mədəniyyətlərdə rast gəlmək olar. İnklər Virakoça
adlı sirli məxluqdan, qədim türklərdə Göy Tanrı, atəşpərəstlər onlara bilik gətirən
Ahura Məzda (Hörmüzd) kimi tanınan tanrıdan, qədim misirlilər Osiris haqqında əfsanədən
bəhs etmişlər. Öz növbəsində, əfsanəvi Maya sivilizasiyasının yaradıcısı sirli
Kukulkan idi. Başqa mədəniyyətlərdə Tanqaroa, Bep Kororoti, Nammu və s. kimi
çox maraqlı personajlar haqqında hekayələrə rast gələ bilərik. Bütün bu əfsanəvi
varlıqları böyük biliklərə malik olmaları və müxtəlif müstəvilərdən, ölçülərdən
və ya dünyalardan Yer üzünə gəlməsi birləşdirir. Onlarla bağlı rəvayətlər sadəcə
mif və əfsanə, gözəl nağıllardır, yoxsa doğrudanmı başqa aləmlərdən olan
yadplanetlilər qədim zamanlarda ilk insanlarla əlaqə qurub onlara sivilizasiya
qurmağa kömək ediblər?
Gəlin sirli Oann əfsanəsini təhlil edərək bu suala
cavab axtaraq.
Məlum olduğu kimi, Anunnaki tanrılarına sitayiş edən
İkiçayarası (Mesopotamiya) xalqı ərazilərində ilk yüksək inkişaf etmiş
sivilizasiya yaranmışlar. Bu mədəniyyətin insanları çox inkişaf etmiş bir dini
inanc sisteminə sahib idilər. Burada
göydən gələn müxtəlif tanrıların bütöv bir panteonu mükəmməl şəkildə birlikdə
yaşamışdır. Ən məşhurları Anunnakilər idi. Bunlar Enki və Enlilin başçılıq
etdiyi qeyri-adi əfsanəvi varlıqlar olmuşlar. Ancaq İkiçayarasında (Mesopotamiyada)
insanlar, insanlara mədəniyyət və sivilizasiya bəxş edən Apkallu adlı yeddi müəllimdən
ibarət müəyyən bir qrupdan da söz açmışlar. Yeddi arifin hər biri insanlara
müxtəlif mövzularda bilik ötürərək, öyrətmişdir. Ən qədim və ən vacib müəllim
şumerlərin və babillilərin Oann, Adapa və ya Uanna adlandırdıqları əfsanəvi
varlıq olmuşdur.
Babil
kahini Beros Oannnı belə təsvir edir:
“O
dövrdə Babildə çoxlu müxtəlif tayfalar var idi, onlar barbarlar kimi, çöldəki
heyvanlar kimi yaşayırdılar. Bir ildir ki, Eritreya suları ilə yuyulan sahildə,
Babillə sərhəddə Oann adlı dəhşətli məxluq peyda olub, bədəninin hamısı balıq
kimidir və başının altından, balığın başının altından başqa bir baş böyüdü. ..., və eyni şəkildə insan ayaqları
balıq quyruğunun yanında böyüdü. Onun səsi insan səsi idi. Bu məxluq heç bir
yemək yemədən insanların arasında günlər keçirmiş, insanlara oxumağı-yazmağı,
riyaziyyatı, müxtəlif sənət növlərinə yiyələnməyi, şəhərlərdə
yaşamağı, məbədlər tikməyi, qanunlar verməyi, həndəsəni öyrədirdi. Eləcədə taxıl və meyvələrin necə yığılacağını və
ümumiyyətlə mədəni həyata aid olan hər şeyi öyrədir və göstərirdi. O vaxtdan bəri
başqa heç nə icad edilməmişdir. Gün batarkən bu məxluq (Oann) yenidən dənizə
dalır və gecəni suda keçirirdi. Çünki o, amfibiya-adam idi”.
Təsvirə görə,
Oannın olduqca qəribə bir məxluq olduğu ortaya çıxır. Bəs Oannın görünüşünün təsviri
onun sadəcə olaraq skafandr geyindiyini göstərə bilərmi? Beros qeyd edir ki,
Oann insanlara oturaq və sivil həyata kömək edən hər şeyi öyrətdi. Ancaq çox
maraqlısı odur ki, Oannın təsviri digər mədəniyyətlərdəki tanrıların oxşar
nümunələrini əks etdirir. Məsələn, İncildə Tobias peyğəmbəri müşayiət edən baş
mələk Rafael tam olaraq eyni şəkildə davranırdı. Dünyanın digər tərəfində,
Amazon cəngəlliyində, Bep Kororoti adlı bir məxluq haqqında hekayələr danışan
Kayapo hindu qəbiləsi yaşayır. Onların hekayətlərinə görə, ilahi müəllim Bep
Kororoti heç nə yeyib-içmirdi və hindu təsvirlərinə görə müasir astronavtın
skafandrını xatırladan bir şey geyinmişdi. Kayapo hinduları şumerlərlə heç vaxt
ünsiyyət qurmayıblar, onların varlığından belə xəbərləri olmayıb. Ancaq əcaib
varlıq haqqında əfsanələr təəccüblü dərəcədə oxşardır. Oann haqqında hekayə o qədər
maraqlıdır ki, hətta məşhur astronom və astrofizik Karl Saqan da onunla
maraqlanmışdır. 1966-cı ildə nəşr olunan “Kainatda ağıllı həyat” adlı kitabında
Oannın təsvirini yerdənkənar varlıqlarla mümkün qədim təmas nümunəsi kimi
tanımışdır. K. Saqan yazırdı ki, Oann kimi varlıqlar bəşəriyyəti öyrətməkdə
maraqlı olan kosmosdan gələn yadplanetlilər ola bilər. Onların gəlişi ilə böyük
mədəni və sivilizasiya dəyişiklikləri baş vermişdir.
Karl Saqan Oann haqqında hekayəni belə təsvir etmişdir:
“...əsl təmas mifi üçün demək olar ki, bəzi
meyarlarımıza uyğun gələn əfsanədir... Nümunə ilə götürsək, əfsanə təmasların
insanlarla böyük dövlətin qeyri-insan sivilizasiyası arasında baş verdiyini
göstərir...eradan əvvəl IV minillikdə və ya ondan əvvəl qədim Şumerlərin
yaşadığı yerin yaxınlığında olan Eridu şəhəri... Şumer sivilizasiyası şumerlərin
öz nəsilləri tərəfindən qeyri-insani mənşəli kimi təsvir edilir. Bir neçə nəsil
ərzində bir sıra qəribə varlıqlar meydana çıxmışdır. Onların yeganə və açıq məqsədi
bəşəriyyəti öyrətməkdir. Onların hər biri öz sələflərinin missiyasını və
nailiyyətlərini bilirdi”. Anlaşılmaz görünən yeganə şey kosmik ilahi kimi təmsil
olunan tanrının niyə dənizdən çıxması, göydən düşməməsidir. Ancaq onu da qeyd
etmək lazımdır ki, qədim mədəniyyətlərin əfsanələrində tanrılar çox vaxt dənizlərdə
yaşayıblar, oradan sirli uçan evlərin və ya işıq toplarının köməyi ilə səthə
çıxıblar. Oann təkcə dənizlərin dərinliklərindən gəlməmişdir, Virakoça və Solomon
Adaro da eyni şeyi etmişlər. Bu faktiki tarixi hadisələrdə heç bir əsası
olmayan bir mifdir, yoxsa Oann kimi personajlar həqiqətən mövcud olmuşdur? Demək
çətindir. Ancaq bir-biri ilə əlaqəsi olmayan müxtəlif mədəniyyətlərdə ilahi
müdriklər haqqında tapdığımız əfsanələrin sayı sadəcə heyrətamizdir.
Buna görə də, tamamilə mümkündür ki, lap çoxdan Yerə
həqiqətən inkişaf etmiş bir sivilizasiya gəlmiş və onun nümayəndələri qədim əcdadlarımızı
öytərmiş və onlara bilik ötürmüşlər.
Mənbə: https://bit.ly/3StQZ4i
Rus dilindən tərcümə etdi:
Əsədov Seyyub Əsəd oğlu- Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)