Noyabrın
6-da Elm və Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə Laçın şəhərində
“Bayraq yürüşü” keçirəcək. 2014-cü ildən etibarən keçirilən “Bayraq yürüşü” bu
il ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərimizdə təşkil edilir. Yürüşün
keçirilməsində əsas məqsəd Vətən müharibəsində qazanılmış Şanlı Qələbəni və
bayrağımızın daşıdığı milli-mənəvi dəyərləri təbliğ etmək, şəhid və qazilərimizin
tarixi Zəfər yolunu uca tutmaqdır. 9 noyabr - Azərbaycan Respublikasının Dövlət
Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Elm və Təhsil və Müdafiə nazirliklərinin
rəhbər şəxsləri, hərbçilər, şəhid ailələri, qazilər, 44 günlük Vətən müharibəsində
döyüşən müəllimlər, eləcə də şagirdlər, ictimaiyyət nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə 2014-cü ildən
etibarən milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin
aşılanması məqsədilə 9 Noyabr − Dövlət Bayrağı Gününə həsr olunmuş ənənəvi
“Bayraq yürüşü” təşkil edir. Yürüşlər 2014-2016-cı illərdə Bakı şəhərində,
2017-ci ildə Tərtər rayonunda, 2018-ci ildə Füzuli rayonunun Horadiz şəhərində
və 2019-cu ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilib.
Mənbə:


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)