13 noyabr
saat 15:00-dan respublika fənn olimpiadalarında iştirak üçün elektron qaydada
qeydiyyat prosesinə start veriləcək. Şagirdlər https://portal.edu.az/
platforması üzərindən qeydiyyatdan keçməklə
“Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana
bilərlər. Fənn olimpiadalarının keçirilməsində məqsəd şagirdlərdə özünəinam
hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü
ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində
tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblillərin ixtisas və peşə seçiminə
hazırlanması üçün zəmin yaratmaqdır.
Qeyd edək
ki, fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə təşkil edilir.
Mənbə: https://edu.gov.az/az/news-and-updates/20573-1


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)