Prezident
İlham Əliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin
edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb. “Report”un xəbərinə
görə, Fərmanla “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”si
və “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturu” təsdiq edilib. Azərbaycan
Dövlət Su Ehtiyatları Agentliyinin (bundan sonra -Agentlik) tabeliyindəki Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Hidrogeoloji-Meliorativ
Xidmət və Suların İstifadəsinə-mühafizəsinə Nəzarət İdarəsinin əsasında
Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti
yaradılıb. Agentliyin Aparatının işçilərinin say həddi 170 ştat vahidi,
Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti
işçilərinin say həddi cəmi 146 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 51
ştat vahidi və regional bölmələri üzrə 95 ştat vahidi müəyyən edilib.
Agentliyin
tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılıb:
–
Fərmanın 3-cü hissəsi və 5.3 – 5.5-ci bəndləri nəzərə alınmaqla, tabeliyindəki
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin çevrilmə
formasında yenidən təşkili yolu ilə Regional Su Meliorasiya Xidməti;
–
Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin
çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı
Xidməti;
–
tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin
Meliorasiya Elmi Tədqiqat İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu
ilə Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu;
–
tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin
Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin
çevrilmə formasında yenidən təşkili yolu ilə Tikilməkdə Olan Obyektlərin
Müdiriyyəti;
–
tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin
Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət
İnstitutu “Azdövsutəslayihə”nin və tabeliyindəki “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin
“Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili
yolu ilə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu.
Müəyyən
edilib ki:
–
Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti,
Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, su obyektlərindən istifadə və
onların mühafizəsi qaydalarına, sudan istifadə limitlərinə, su obyektlərindən
istifadə və onların mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji,
hidrogeoloji, hidroloji, texnoloji tələbləri nəzərdə tutan normativ hüquqi
aktlara, su mühafizə zonalarının ərazisindən istifadə rejiminə və Azərbaycan
Respublikası su qanunvericiliyinin digər tələblərinə riayət edilməsinə dövlət nəzarətini,
su və su təsərrüfatı obyektlərinin monitorinqini həyata keçirən Agentliyin
strukturuna daxil olan qurumdur;
–
Regional Su Meliorasiya Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər
göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin
istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı
obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını
həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində
(Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri istisna olmaqla)
istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər
üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması
xidmətlərini göstərən publik hüquqi şəxsdir;
–
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir
və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat
və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının
emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir;
–
Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu su və meliorasiya sahəsində
fundamental və tətbiqi tədqiqatlar həyata keçirən publik hüquqi şəxsdir;
–
Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tikinti işlərinin təsdiq edilmiş layihə-smeta
sənədlərinə uyğun həyata keçirilməsini və əsaslı vəsait qoyuluşu üzrə dövlət
büdcəsindən və digər mənbələrdən ayrılmış vəsaitin idarə edilməsinin səmərəliliyini
təmin edən, habelə su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı və
kanalizasiya sistemlərinin inşası, yenidən qurulması, bərpası ilə bağlı
satınalmaları təşkil edən publik hüquqi şəxsdir;
–
Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu su təsərrüfatı və
meliorasiya obyektlərinin, su təchizatı, tullantı sularının emalı və axıdılması
sistemlərinin layihələndirilməsini həyata keçirən publik hüquqi şəxsdir;
–
bu Fərmanın 5.1-ci və 5.2-ci bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslər
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alındığı günədək Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
öz fəaliyyətini davam etdirir və onların strukturu, işçilərinin say həddi, əməkhaqları
(vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) və
əməyin ödənilməsi sistemi saxlanılır;
–
bu Fərmanın 5.1-ci və 5.3-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin
saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsinin vəsaiti, habelə onların fəaliyyətindən
əldə edilən gəlir və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir;
–
bu Fərmanın 5.2-ci, 5.4-cü və 5.5-ci bəndlərində nəzərdə tutulan publik hüquqi
şəxslərin saxlanma xərcləri və fəaliyyəti onların fəaliyyətindən əldə edilən gəlir
və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir;
Mənbə:
https://bit.ly/46eywfe
Daha
ətraflı:
https://president.az/az/articles/view/62243
https://president.az/az/articles/view/62242
https://president.az/az/articles/view/62241
https://president.az/az/articles/view/62240
P.S.
Şəkil: alıntıdır.


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)