“Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda elmi-praktik konfrans keçirildi

 

1969-cu ildə Ümummilli Liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etməyə başladı. BDU-nun 50 illik yubiley tədbirində Ulu Öndər Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək məhz ana dilimizdə çıxış etməsi bu gün də xalqımız tərəfindən ehtiram və minnətdarlıqla yad edilir. Ulu Öndər həmin tarixi hadisəni dəfələrlə yada salmışdı:

“Xatirimdədir, Universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, öz ana dilimdə, Azərbaycan dilində danışdım. Bu, böyük bir sensasiya kimi qəbul olundu-nə cür olur ki, respublikanın rəhbəri Azərbaycan dilində çıxış edir… Bəziləri məni bu hadisə münasibətilə təbrik edirdilər, minnətdarlıqlarını bildirirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar, doğrudan da, bunu böyük bir hadisə kimi qəbul etdilər”.

Ulu öndərimiz Heydər Əliyevin 100 illik yubileyinə, ölkə başçısının 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə elan olunmuş “Heydər Əliyev İli, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Vətən Azərbaycanın suverenliyini tam bərpa etməsi, erməni seperatizminin məhvi ilə daha da müqəddəsləşdi.

Bu gün Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədbirlər Planına uyğun olaraq keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda elmi-praktik konfrans çox möhtəşəm oldu.

Tədbirdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov,Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, AMEA-nın Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Mərziyyə Nəcəfova, AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan Ziyalıları Şurasının üzvü Əfqan Vəliyev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti siyasi elmlər üzrə fəlsəfə doktoru Cahangir Cahangirli, AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, Elnur Mustafayev, Real TV-nin əməkdaşı Kəmalə Mustafayeva və ümumtəhsil məktəblərin müəllimləri iştirak etdi.

Məruzə ilə çıxış edən qonaqlar Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan elminin inkişafı və dünya elminə inteqrasiyası üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirdiyini bildirdilər. Qeyd edildi ki, gənc nəslin, o cümlədən gəncliyin inkişafına hərtərəfli dəstək nümayiş etdirən Ulu öndərin ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiriir.

Konfransın sonunda gələn qonaqlar Şirvan -Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli tərəfindən təşəkkürnamə ilə təltif edildilər.

Mənbə:

1.https://salyan.edu.gov.az/az/page/13123/74466

2.https://bit.ly/3ssOiFz


Bu günkü konfransdan 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.