![]() |
Növbəti tədris
ilində "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil
almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində
dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə
maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib. Bu siyahının
öncədən elan olunması təhsilini xaricdə davam etdirmək istəyən vətəndaşların
göstərilən proqramlar üzrə qəbul sənədlərini daha əvvəl əldə etməsinə imkan
yaradacaq. 2024–2025-ci tədris ilində
siyahıda 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 28 ölkəsinin 179 nüfuzlu ali
təhsil müəssisəsində tədris olunan 631 bakalavriat və 3362 magistratura olmaqla
ümumilikdə 3993 təhsil proqramı yer alır. Namizədlər eyni zamanda müvafiq
reytinq cədvəllərində ilk onluqda yer almış ali təhsil müəssisələri tərəfindən
təqdim olunan digər ixtisas sahələri üzrə bakalavriat və ya magistratura
proqramlarından əldə etdikləri qəbul məktubları əsasında müsabiqədə iştirak edə
biləcəklər. Bu il ilk dəfə mədəniyyət və incəsənət sahəsi üzrə nüfuzlu ali təhsil
müəssisələri tərəfindən təqdim olunan bakalavriat və magistratura proqramları
üzrə namizədlərin müraciətləri qəbul ediləcək. Məlumat üçün qeyd edək ki,
2023–2024-cü tədris ilində “2022–2026 Dövlət Proqramı” çərçivəsində ümumilikdə
dünyanın 17 ölkəsinin nüfuzlu ali təhsil müəssisələri üzrə 381 nəfər Azərbaycan
Respublikası vətəndaşı təhsil almaq hüququ qazanıb. Proqram iştirakçılarından
49 nəfəri cari il üzrə dünyanın 10 ən yaxşı universitetinə qəbul olunub.
Müvafiq siyahı ilə keçiddən (https://dp.edu.az/uploads/fileuploads/2023/11/0599d1ea0c724fb7999659e43658329f.pdf)
tanış olmaq mümkündür. Əlavə suallarla bağlı dp22-26@edu.gov.az
ünvanına müraciət etmək mümkündür.


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)