Muşxuş (latınca Mušḫuššu) - Babil miflərinə görə çox
nazik pulcuqlu bədənə malik əjdahadır. Muşxuş və ya
muşkuşşu qədim İkiçayrası
(Mesopotamiya)
mifologiyasından əfsanəvi bir məxluqdur. Mifoloji hibrid, arxa ayaqları
qartalın pəncələrinə bənzəyən, şirə bənzər ön ayaqları, uzun boyun və quyruqlu,
başında iki buynuz, ilana bənzər dili və pulcuqlu heyvandır. Onu
daha da dəhşətli etmək üçün ona buynuzlar, qulaqlar və nəticədə qanadlar
verilmişdir. İlk mifik varlıqlardan biri olmaqla, İkiçayarası (Mesopotamiya) mifologiyasında kifayət qədər qədim bir tarixə
malikdir və digər mədəniyyətlər üçün də tarixdə iz qoymuşdur. Bu ilk ibtidai əjdaha
ola bilərdimi?
Muşxuş nədir?
İkiçayarası (Mesopotamiya) əjdahası kimi tanınan
Muşxuş qədim İkiçayarasının qəhrəman tanrısı Mardukun simvoludur. Xüsusilə
Babil səltənətinin qələbələrindən sonra ona böyük hörmət bəslənilmişdir. Marduk
Yer kürəsini yaradan İkiçayarası dininin
iki ilkin tanrısı Enki və Damqalnunnanın nəslindən idi. Ədəbiyyat və
arxeologiyada ilk dəfə Marduk İkiçayarası (Mesopotamiya) mifində “Enuma Elişin əfsanəsi”ndə
adı çəkilir. Bu hekayədə Marduk təhlükəli Muşkuşu məğlub edir və onu özünə qul
edir. Bu, Mardukun simvolik və son zəfəridir və Muşxuş Mardukun əjdahası kimi
tanınır. Muşxuş digər müqəddəs heyvanlarla birlikdə İkiçayarası (Mesopotamiya)
mədəniyyətinin ikonoqrafiyasında sevimli və geniş yayılmış fiqurdur. Müqəddəs
heyvanlar düşmənlərdən qorunma, tanrıların qorunmasının əlaməti, həm də ilahi
şans kimi qəbul edilirdi. Odur ki, Muşxuşun təsvirini görə biləcəyiniz yerlərdən
birinin İştarın “Böyük Qapısı” olması təəccüblü deyil. Onların qalıqlarından bəziləri
bu gün Berlində (Almaniya) Perqamon Muzeyində görə bilərsiniz. İştar qapısı bir
vaxtlar böyük şəhər quruluşunu əhatə edən qapılardan biridir. Bu qapıların e.ə.
575-ci ildə II Navuxodonosor tərəfindən Babil şəhərinin özünü hasara almaq və
qorumaq üçün tikildiyi güman edilir. Qapılar şəhərin mühafizəsini təmin etməklə
yanaşı, ona daha böyük əzəmət və əfsanəvi status veriblər. İştar darvazasının ən
qeyri-adi cəhətlərindən biri də öküz, şir, bitki və əjdaha Muşxuş fiqurları ilə
örtülmüş səhnələridir.
Mesopotamiyada və digər mədəniyyətlərdə əjdahalar
Əjdaha Muşxuş və Babil şəhərinə aid
qaynaqlarda göründüyü kimi, Muşxuş Babil
mədəniyyətində və yaradılış mifologiyasında özünəməxsus yer tutur. Babil miflərində
ilkin su ilahəsi Tiamat əjdaha canavarlarının anasıdır ki, bu da onu Muşxuşun
anası kimi qələmə verir. Bu əjdahalardan üçü Muşməx, Bəsmə və Usumgələ yüksək
rütbəli titullara malikdir. Rəvayətə görə, bu əjdahalar və ya ”muşşu” üç buynuzlu idi və şumerlərin
əkinçilik tanrısı Ninturna tərəfindən öldürülmüşdür. Məhz bu səbəbdən bu əjdahaların
Serber adlı üç başlı it haqqında qədim yunan mifinin ilham mənbəyi olduğu irəli
sürülür. Bir çox İkiçayarası (Mesopotamiya) və Babil canavarları tez-tez bürclərdə
təsvir edilmişdir. Ən məşhur və ən qədimlərdən biri Basmu bürcü idi. Qədim
Yunanıstanda bu bürc Hidra adlanırdı. Bu bürcə baxanda elə görünə bilər ki,
ilan, balıq, aslan və qartal bir yerdədir. İkiçayarası (Mesopotamiya) sakinləri
üçün əjdaha “cin-ilan” və ya “tanrı-ilan” əlaməti idi, çünki müxtəlif
heyvanların qarışdığı hibrid xüsusiyyətlərə malik idilər. Miflər belə yayılır və
inkişaf edir. Məsələn, Mardokun düşməni və antipodu olan Tişpak çox vaxt nazik
ilan-əjdaha kimi təsvir edilirdi. Kalbu və ya Labbu mifi Enuma Eliş əfsanəsinin
sələfi hesab edilir. Kalbu mifi kosmosun və bütün təbiətin yaradılması haqqında
mifdir. Alimlər hesab edirlər ki, Kalbu Muşxuşun anası Tiamatın orijinal
versiyasıdır. Eyni mifin sonrakı versiyasında Kalba külək tanrısı Enlil tərəfindən
yaradılmışdır. Enlil Labbanı insanların yuxusunu pozduğu üçün məhv etmək üçün
yaratdı. Digər tanrılar Labbudan o qədər qorxdular ki, fırtına və xaos tanrısı
Tişpakdan onu məğlub etməsi üçün yalvarmışlar. Rəvayətə görə, Tişpakın hücumuna
məruz qaldıqdan sonra Labbın qanaxmadan ölməsi üç il çəkmişdir. Labbu və
Mardukun çox oxşar olduğu qeyd edilir. Buna görə də təəccüblü deyil ki,
Mardukun əjdahası Muşxuş, Labbunun əksi olduğu üçün Tişpak tanrısının simvolu
olmuşdur.
Oxşar miflər
Sanskrit şeirlər toplusu olan vedalarda Vritra kimi
tanınan canavar haqqında oxşar mif vardır. Bu, quraqlıq dövrlərini təmsil edən əjdaha
ilanı idi. Tədqiqatçılar tez-tez qeyd edirlər ki, Muşkuş su ilahəsi Tiamat tərəfindən
yaradılıb və qonşu mədəniyyətlərdə ilan kimi əjdahalar quraqlığı təcəssüm
etdirir. Vritra “asura” kimi təmsil olunur. “Asura”, həmişə ac olan, xüsusi bir yarıtanrı növüdür. Onu tez-tez gücə
can atan, eqoist və qəddar kimi təsvir edirlər. Rəvayətə görə, Vritra hindlilərin
səma tanrısı və bütün digər tanrıların lideri İndra tərəfindən məğlub
edilmişdir. Bu hekayə Tişpakın Labbu üzərində qələbəsinə çox bənzəyir.
Əjdahalara bütün dünya mədəniyyətlərində rast gəlinir. Onların mühüm rol
oynadıqları yerlərdən biri də Çindir. İmperatorun ən məşhur simvolu odla nəfəs
alan əjdaha idi. Qədim Çində əjdahaların əlverişsiz hava və zəlzələ kimi bir
çox təbii fəlakətlərə görə məsuliyyət daşıdığına inanılırdı. Müasir Çində hazırda
belə, əjdaha hələ də təqvimdə yer alır və Yeni il şənliklərində görünür. Çinin əsas
əjdahasının adı Niendir. Rəvayətə görə, hər ilin sonunda Nien yerli kəndləri dəhşətə
gətirir. Bunun qarşısını almaq üçün kənd sakinləri yüksək səslər çıxarır, rəngli
kostyumlar geyinir, parlaq işıqlar və atəşfəşanlıqlardan istifadə edirlər. Bu ənənə
bu günə qədər davam edir. Bununla belə, əjdahalar təkcə Şərqdə yayılmamışdır. Skandinaviya
vikinqləri əjdaha simvolundan istifadə etmişlər. Onların gəmilərinin çoxu gövdəsində
əjdaha başı ilə bəzədilirdi. Bu simvolu olan Drakkar (əjdaha gəmiləri) adlandırırdı.
Bu, yəqin ki, Yer kürəsini əhatə edən və qədim Yunan Uraborsunun analoqu olan Midqard
Ermunqand ilanını əks etdirən öz yaradılış mifləri ilə əlaqədardır.
Mənbə: https://bit.ly/49yDSoh
Rus dilindən tərcümə etdi: Əsədov Seyyub Əsəd
oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi,
“Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika
Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi
(2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli
Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar
üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi
metodikası” adlı metodik vəsait müəllifi).
Əlavə məlumat üçün:
https://az.wikipedia.org/wiki/%C5%9Eumer
https://en.wikipedia.org/wiki/Mu%C5%A1%E1%B8%ABu%C5%A1%C5%A1u


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)