Azərbaycan və Türkiyə mətbuatındakı fərqlər nələrdir? - ŞƏMSƏDDİN KUZECİ

 

Hər ölkənin mətbuatının özünəməxsus xüsusiyyətləri, üslubları var. Bu üslublar ölkə mətbuatlarını bir-birindən fərqləndirir.

Bəs qardaş Türkiyə ilə Azərbaycan mətbuatının fərqləri nələrdir?

"Azərbaycanda jurnalist olmaq asan, Türkiyədə isə çətindir. Xüsusilə dövlətdən Mətbuat Kartı almaq rəsmi sənədlər tələb edir" deyən jurnalist, yazıçı, Kərkük Mədəniyyət İctimai Birliyinin sədri Şəmsəddin Kuzeci SİA-ya Azərbaycan və Türkiyə mətbuatının fərqlərini və oxşar cəhətlərini açıqlayıb:

"Azərbaycanda qəzet və jurnallara uzun məqalələr və yazılar daxil edilir. Türkiyədə isə jurnallarda və akademik nəşrlərdə uzun məqalələrdən istifadə edilir. Qəzetdirsə, serial şəklində hissə-hissə çap olunacaq. Azərbaycanda əksər qəzetlər ümumiyyətlə 2 rəngdə nəşr olunur. Bunlar qara və mavi rəngdir. Türkiyədə əyalət (şəhər) qəzetlərinin 2 rəngi var. Bu da maddi vəziyyətdən asılıdır. Azərbaycanda reklam çox azdır. Türkiyənin bütün qəzetlərində reklamların sayı görünür. Bəzi qəzetlərdə dövlət idarələrinin Mətbuat-Reklam Agentliyi tərəfindən elanlar yerləşdirilir. Bu isə qəzeti ayaqda saxlayır. Azərbaycanda fəlsəfi və ədəbi mövzulara geniş yer verilir. Türkiyədə daha az rast gəlinir". Yazıçı iki ölkənin mətbuatında olan oxşarlıqları da diqqətimizə çatdırıb: "Hər iki dövlətdə qəzet sənayesində işləyərin çoxu Jurnalistika fakültəsini bitirməyib. Bu baxımdan iki ölkə eyni sistemi tətbiq edir. Azərbaycan və Türkiyədə də bu sektorda çalışanların çoxu qadınlar olur. Səbəb isə sözügedən ölkələrdə kişilərin texniki işlərə daha çox uyğun gəlməsidir". Ş.Kuzeci hər iki ölkədə qəzet oxuyanların sayının azaldığını vurğulayır. Yazıçı bunun səbəbini sosial şəbəkələrin inkişafında görür. Jurnalist qəzetləri oxumağa insanları cəlb etməyin yollarını da açıqlayıb: "Qəzet oxumaq üçün cəmiyyətin bütün təbəqələrinə müraciət edəcək mövzuları əhatə etmək lazımdır. İstər xəbərlər, istər məqalələr, istərsə də yazılar qısa mətn olmalı və vizuallarla dəstəklənməlidir. Gənclər üçün mövzuların (gözəllik, sağlamlıq, işsizlik, uğurlu insanların həyat hekayələri, məşhurların xəbərləri, jurnal və dedi-qodulardan ibarət sosial media xəbərləri) işıqlandırılması, bu mövzulara önəm verildikdə həmin qəzetin oxunub izlənilməsi vacib olur".

Mənbə: https://sia.az/az/news/social/1108472.html

 


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.