1920-ci
illərdə İraqın Girsu şəhərində qazıntılar zamanı “sirli tikinti” aşkar edildi,
sonra bu, qeyri-adi formalı məbəd kimi şərh edildi (arxeoloqlar üçün anlaşılmaz
hər şeydə məbədləri görmək səciyyəvidir). Bir müddət əvvəl, dronlardan istifadə edən
kartoqraflar eyni ərazidə 19 km uzunluğunda bir kanal kəşf etdilər. İraqın cənubundakı
müasir Nasiriyyə şəhərinin yaxınlığında yerləşən qədim Girsu şəhərində eradan əvvəl
III minillikdən Şumer sivilizasiyası məskunlaşdır. Müharibə və əkinçilik
tanrısı Ningirsuya həsr olunmuş ərazidə tapılan abidələr erkən Mesopotamiya cəmiyyətinin
həm dini, həm də siyasi tarixini əks etdirir. İndi isə Girsu muzeyi layihəsinin
üzvləri elan ediblər ki, “sirli tikinti” əslində 4 min il yaşı olan
“sivilizasiyanı xilas etmək üçün quraqlıqla mübarizə maşın”dır.
Öz dövrünə görə yeganə olan “quraqlığa qarşı
mübarizə maşını”
Britaniya Muzeyi qədim tikilini kənd təsərrüfatı məqsədləri üçün
ucqar ərazilərə su aparmaq üçün istifadə edilən “kanal” kimi təsvir edir. İraqdakı
Britaniya Muzeyində arxeoloqlarla işləyən memar və mühafizəçi Ebru Torun,
“Tarixdə bu günə qədər belə bir nümunə yoxdur. Bu, tamamilə bir yenilikdir”. Torunun
sözlərinə görə, bu tapıntının ən təəccüblü cəhəti odur ki, indiyə qədər
arxeoloqlar belə texnologiyaların yalnız eranın XVIII əsrində meydana çıxdığına
inanırdılar. Ancaq göründüyü kimi, qədim şumerlər əkin sahələrini quraqlıqdan
qorumaq üçün kanallar çəkməklə “quraqlıq maşınını” ilk dəfə icad etmişlər.
Dağılmanın qarşısını alan körpü
Qədim Şumer dünyanın ilk sivilizasiyasının və
yazısının yaranması ilə güclü şəkildə bağlıdırlar. Sivilizasiya inkişaf etdikcə,
daha çox insan öz dolanışıq vasitələrini saxlamaq üçün suya ehtiyac duyur. Buna
Dəclə və Fərat çaylarının suyunun Şumer məskənlərinin quyularını və su
anbarlarını qidalandıran kanallara yönləndirilməsi ilə nail olunmuşdur. İraqda
arxeoloq və layihə rəhbəri olan doktor Sebastien Rey “Teleqraf” qəzetində dərc
olunan məqaləsində insanların “kanalların bir-birinin ardınca quruduğunu, lilləndiyini”
izah edir. O əlavə edib ki, “onlar təkcə körpü tikməyiblər, o, quraqlığa,
sürüşməyə qarşı bir maşındır”. Bundan əlavə, yazıları olan bütün gil kitabələrdə
“su böhranı və qaçmaq üçün son ümidsiz cəhd” haqında yazılara rast gəlinir deyə - Rey əlavə
edir.
Tanrıların qalxıb getdiyi gün
Qədim Şumer yazılarında məhsuldarlıq və su tanrılarının
şərəfinə yerinə yetirilən mürəkkəb qurban və libas mərasimləri təsvir edilir.
Qurbanlar ilahi yardım almaq üçün heyvanların qurban kəsilməsini, içkilər isə
qidalanmanın simvolik jesti kimi su və ya pivə kimi mayelərin tökülməsini nəzərdə
tuturdu. Gündəlik məbəd rejiminin və böyük bayramların tərkib hissəsi olan bu
ayinlər tanrıların rəğbətini qorumağa və şumerlərlə onların tanrıları arasında
ahəngdar münasibət qurmağa yönəlmişdi. Bununla belə, təxminən e.ə. 2000-ci ildə
tanrılar şumerlərin ənənəvi rituallarına “cavab verməyi dayandırdılar”.
Kanallarının və quyularının quruduğunu görən girsulular bu “ qurğunu” layihələndirdilər və sonra iki
simmetrik çiy kərpic tikili tikdilər. Uzunluğu 40 m, eni 10 m və divar
hündürlüyü 3,3 m olan konstruksiyalar bir-birinə zidd olan, çölə baxan iki əyri
kanala malikdir.
Dünyanın ən qədim körpüsünün qazıntısı
Alimlər qrupu Britaniya Muzeyinin Girsu layihəsi çərçivəsində
Nəsr kəndi üzərində pilotsuz uçan aparatlarla uçuşlar aparıb və müəyyən ediblər
ki, “həyatı xilasedən maşın” 19 km uzunluğunda kanalda yerləşir. Cihaz su yolu
üzərindən keçdiyi üçün onu “dünyanın ən qədim körpüsü” adlandırırlar. İndiyədək
dünyanın ən qədim körpüsünün adı təxminən e.ə. 850-ci ildə tikilmiş Türkiyənin
qədim Edessa şəhərində (müasir Urfa) Cisr əl-Həcər Hacirə və ya Karvan körpüsünə
məxsus idi. Şumer xilasetmə strukturu ayrıca bir ərazidə kanalı 5 m-ə qədər
daraltmaqla Venturi effektini yaradır. Bu effekt zamanı borunun daralmış hissəsindən
maye və ya qaz axını axanda təzyiq düşmür. Bu effekt XVIII əsrin sonlarında, yəni
şumerlərdən bir neçə min il sonra kəşf edən italyan fiziki Covanninin şərəfinə
adlandırılıb.
Girsu su kanalı kənd təsərrüfatı fəlakətinin
qarşısını almaq üçün son cəhdlə aşağı axarda yerləşən ucqar kənd təsərrüfatı ərazilərinə,
o cümlədən inzibati paytaxt Laqaşa çatdırmağa çalışan Girsunun sonuncu sakinləri
tərəfindən tikilmişdir. Lakin e.ə. II minillikdə iqlim dəyişikliyi ətrafında
yaşayış məskənlərinin çiçəkləndiyi Mesopotamiya çaylarının ənənəvi məcrasını dəyişdi.
Özlərini tanrılar tərəfindən tərk edilmiş hiss edən şumerlər ixtiraçılıq
nümayiş etdirdilər və bu kəşf hidravlik texnologiyanın yeni nəslinin meydana gəlməsinə
bir işarədir.
Mənbə: https://etm-club.site/shumerskoe-ustrojstvo-dlya-borby-s-zasuhoj-vozr/
Rus
dilindən tərcümə etdi:
Əsədov
Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix
müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil”
Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası
qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli
Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar
üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi
metodikası” adlı metodik vəsait müəllifi).
İstinad:
https://multiurok.ru/files/4000-illik-sumer-quraqliqla-mubariz-aparati.html
P.S. Yazıda körpünün qalıqları olan şəkil və rəqəmsal yenidən qurulmuş şəkli nümayiş edilir.



UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)