Bu gün
Qazaxıstanda 13 ildən sonra ilk dəfə Respublika Günü milli bayram kimi qeyd
olunur.
AZƏRTAC
Kazinform agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti
Kasım-Jomart Tokayevin iştirakı ilə “Akorda” iqaməti qarşısında Respublika Günü
münasibətilə dövlət bayrağı qaldırılıb. Bayramla əlaqədar Qazaxıstanda üç gün -
oktyabrın 23, 24 və 25-i qeyri iş günləri elan edilib. 1990-cı il oktyabrın
25-də Qazaxıstanda dövlət suverenliyi haqqında bəyannamə qəbul olunub. Həmin
tarixdən qeyd edilən “Respublika Günü” 2009-cu ildə dövlət bayramları
siyahısından çıxarılıb. Bu il sentyabr ayının sonlarında Prezident Kasım-Jomart
Tokayev “Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələrin edilməsi haqqında” qanun layihəsini imzalayıb. Qanunda dekabrın
1-də qeyd olunan “İlk Prezident Gününün” dövlət bayramları siyahısından
çıxarılması və oktyabrın 25-də “Respublika Günü”nün milli bayram kimi qeyd
edilməsi barədə dəyişiklik də yer alıb.
Mənbə: https://azertag.az/xeber/Qazaxistanda_Respublika_Gununu_qeyd_olunur-2349089
Qardaş ölkə Qazaxıstanı Respublika Günü münasibətilə təbrik
edirik! Birlikdə güclüyük!



UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)