40 min əhalisi olan qədim Mohenco-Daro şəhəri bir
anda xarabalığa çevrilmişdir. Min
illər əvvəl 40 min əhalisi olan bir şəhər Hind vadisində Mesopotamiya və Qədim Misirin böyük gücləri ilə rəqabət apararaq fəxr
edirdi. O, birdən-birə yararsız vəziyyətə düşənə və naməlum səbəblərdən tərk
edilənə qədər əsrlər boyu davamlı olaraq böyümüşdür. “Ölülər təpəsi” mənasını
verən Mohenco-Daro xarabalıqları müasir Pakistanın cənub-qərbindəki Sind əyalətində
yerləşir. UNESKO-nun məlumatına görə, ərazinin sahəsi 24 hektardır; 1922-ci ildən
bəri bütün strukturların yalnız üçdə biri tədqiq edilib. Şəhər eradan
əvvəl təqribən 2500-cü ildə salınmışdır.Yaxşı təşkil edilmiş yerləşdirmə
yaşayış məntəqəsinin xaotik böyümənin nəticəsi olmadığını, qədim şəhərsalma
sistemini təmsil etdiyini göstərir. Şəhərin çox hissəsi eyni bişmiş
kərpicdən tikilmişdir ki, bu da onun o dövrlərdə standart tikinti materialı
olduğunu sübut edir. Metropolun çiçəklənmə
dövründə düz yollar düz bucaq altında kəsişir və icma mərkəzləri, ictimai
hamamlar, mədəniyyət mərkəzləri, kahinlər üçün kollec, mükəmməl drenaj sistemi
və böyük taxıl anbarı ilə şəhər bloklarını meydana gətirirdi. Mohenco-Daro, e.ə.1800-1700-cü
illərdə gözlənilmədən tərk edilənə və məhv olana qədər çiçəklənmişdir. Şəhərin
bu günə qədər salamat qaldığına görə, onun çox güman ki, təbii tənəzzüldən çox,
hansısa qısamüddətli fəlakətin qurbanına çevrildiyi güman edilir. Qəribədir,
şəhər nə selə, nə yanğına, nə də dağıdıcı döyüşə görə tərk edilməmişdir. Şəhərin hər yerində onlarla skelet aşkar edilmişdir,
lakin göründüyü kimi, onlar dəhşətli qətliamın qurbanı olmayıblar. Həmçinin
diqqətəlayiq haldır ki, bu dövrdə Hind vadisində bir çox dogər sivilizasiyalar
da dağılmışdır. Eradan əvvəl 1800-cü ilə qədər
bölgənin böyük şəhərlərinin əksəriyyəti demək olar ki, tamamilə tərk edilmişdi.
Himalay dağlarının yaxınlıqdakı ətəklərindəki yaşayış məntəqələri sonuncu
olaraq tənəzzülə uğramışdır. Ümumi elmi nəzəriyyələrdən birinə görə, bölgədə kənd
təsərrüfatının tənəzzülünə və böyük şəhərlərin məhvinə quraqlıq səbəb olmuşdur. 2023-cü
ildə Himalayda mağaradan qədim stalagmitin tədqiqi bu nəzəriyyənin inandırıcı
sübutunu əldə etməyə imkan verdi. Kembric
Universitetinin alimləri bölgənin tarixi yağıntıları haqqında məlumat əldə etmək
üçün geoloji xüsusiyyətdəki böyümə təbəqələrini tədqiq etdilər və bölgənin təxminən
4200 il əvvəl bir neçə əsrdir davam edən həddindən artıq quru iqlim yaşadığını
aşkar etdilər. Hətta Hind vadisi və Himalay dağlarından kənarda, “4200 illik hadisəsi” kimi tanınan qlobal quraqlığın təxminən
4200 il əvvəl baş verdiyinə dair sübutlar var. Hər kəs bu fikirlə razılaşmır,
lakin bu, bəşəriyyətin ilk böyük sivilizasiyalarının bir çoxunun niyə bu dövrdə
birdən-birə mövcudluğunu dayandırdığını izah edir. Onun izah etmədiyi yeganə
şey odur ki, onilliklər davam edən inanılmaz böyük quraqlığa nə səbəb ola bilərdi? ...
Mənbə: https://etm-club.site/mohendzho-daro-i-drugie-czivilizaczii-v-doline-inda/
Rus dilindən tərcümə etdi: Əsədov Seyyub Əsəd oğlu-Şirvan
şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim”
müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən
yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika
“Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə)
təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin
(2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik
vəsait müəllifi).


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)