Son
10-15 ildə pensiyaya çıxan şəxslərin əksəriyyəti aldıqları pensiyanın məbləğindən
narazı qalırlar. Onların bu narazılığı əsaslıdırmı?
Məlum
olduğu kimi, 01.01.2006-ci il tarixdən başlayaraq işləyənlər üçün elektron
qaydada fərdi uçot sistemi tətbiq edilir.
Fərdi
uçot sistemi nədir?
Hər
bir işləyən vətəndaş aldığı maaşın miqdarına uyğun olaraq Dövlət Sosial Müdafiə
Fonduna (DSMF) - hər kəsin anlayacağı
dildə desək, pensiya fonduna hər ay müəyyən məbləğdə vergi ödəyir. Ödənən həmin
məbləğin rəqəmlərlə ifadəsi elektron sistemdə vətəndaşın adına açılmış hesaba
daxil edilir. Məhz bu hesab fərdi uçot sistemi adlanır. Vətəndaşın fərdi
uçotunda toplanan vəsaitə pensiya kapitalı deyilir.
Bu
çox mütərəqqi bir sistemdir. Burada saxtakarlıq eləmək mümkün deyil. Bu səbəbdən
də pensiyaların miqdarını saxtaşadırmaq olmur. Bu sistem həm də pensiyaya
çıxmaq üçün vətəndaşı kağız sənədlər toplamaqdan, hələlik qismən azad edir. Əmək
fəaliyyətinə 2006-cı ildən etibarən başlayan vətəndaşlar üçün isə kağız sənədlər
toplamaq işi tamamilə aradan qalxacaq.
Hazırda
Azərbaycanda pensiya aşağıdakı üsulla hesablanır:
Vətəndaşın
fərdi uçotunda toplanmış pensiya kapitalı 144-ə bölünür. Alınan məbləğin üzərinə
vətəndaşın 2006-cı ilə qədər olan iş stajından asılı olaraq hər il üçün müəyyən
məbləğ əlavə olunur və vətəndaşın alacağı pensiyanın miqdarı tapılır.
Gəlin
bunu misal üzərində nəzərdən keçirək.
A
vətəndaşı 1959-cu ilin yanvar ayının 1-də doğulub. Həmin vətəndaşın pensiyaya
çıxmaq hüququ 01.01.2024-cü ildə yaranır.
Tutaq
ki, A vətəndaşının fərdi uçot sistemində 25000 manat pensiya kapitalı, 2006-cı
ilə qədər isə 27 illik iş stajı var.
Bu
halda dövlətin pensiya kalkulyatoru ilə hesablasaq vətəndaşın aylıq pensiyası
316,50 manat edir. Bunun 173,61 manatı 2006-cı ildən sonra vətəndaşın fərdi
uçotunda toplanmış məbləğin hesabına formalaşır. Yəni 25000:144=173,61.
Yerdə
qalan hissə: 316,5-173,61 = 142,89 manat isə 2006-cı ilə qədər olan 27 illik
stajın payına düşür. Bu o deməkdir ki, vətəndaş 2006-cı ilə qədər olan 27 ildə
142,
89 x144 =20576,16 pensiya kapitalı toplayıb.
Bu
hesablama metodu ədalətlidirmi?
Təbii
ki, yox.
Vətəndaş
19 ildə 25000 manat pensiya kapitalı toplayıbsa 27 ildə daha çox toplamalı idi.
Ümumiyyətlə,
19+27 = 46 il - yəni bütün ömrü boyu işləmiş adamın 316,5 manat pensiya alması ədalətli
sayıla bilməz. Amma bir halda ki, sistem avtomatlaşdırılıb və bu
avtomatlaşdırılmış sistemdəki staj əsasında toplanmış pensiya kapitalı
pensiyanın miqdarını müəyyən etmək üçün əsas götürülür, onda həmin miqdarı
2006-cı ilə qədər olan staja da şamil etmək olardı.
Zənnimcə,
avtomatlaşdırılmış sistemdə toplanmış pensiya kapitalını həmin sistemdə
yığılmış staja (illərin və ya ayların sayına) bölmək, alınan nəticəni 2006-cı
ilə qədər olan staj müddətinə vurmaqla avtomatlaşdırılmış sistemə qədərki müddət
üçün pensiya kapitalının miqdarını müəyyənləşdirmək daha ədalətli olardı.
Yəni
25000 :19 = 1315,79
1315,79
x27 = 35526,32
Bütün
staj müddətində, yəni 46 ildə toplanmış pensiya kapitalı isə
25000
+35526,32 = 60526,32 manat edərdi.
Bu
halda A vətəndaşının aylıq pensiyası:
60526,32
:144 = 420,32 manat olardı.
Əgər
belə olarsa, onda A vətəndaşı hazırkı pensiyasından 103,82 manat daha çox almış
olardı.
Belə
görünür ki, pensiyaçılar aldıqları pensiyanın miqdarından narazı olmaqda
haqlıdırlar.
Sosial
dövlətlər layihələr hazırlayarkən vətəndaşın xeyrinə olan təkliflərə üstünlük
verirlər. Biz də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə belə bir təkliflə
müraciət edirik.
Baxsınlar,
görək nə deyəcəklər?
Ürfan
Məmmədli
Mənbə:
https://bit.ly/493vFZa


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)