Oktyabrın
27-də elm və təhsil naziri Emin Əmrullayev Şirvan şəhərində vətəndaşları qəbul
edib. Qəbulda Şirvan, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar sakinləri
iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət
edilib, önünə gül dəstələri düzülüb. Qəbulda vətəndaşlar müəllimlərin işə qəbulu
və yerdəyişməsi, iş yerinin daimiləşməsi, həmçinin digər məsələlərlə bağlı
müraciətlər ediblər. Elm və təhsil
naziri qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə
araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində
nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
Mənbə: https://edu.gov.az/az/news-and-updates/20541-1


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)