Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən
təsdiq edilmiş Dövlət Arxivi Şirvan filialının iş planına uyğun olaraq 18
oktyabr 2023-cü il tarixində filialda Müstəqilliyin Bərpası Günü münasibətilə “Müstəqil Ölkəmin Qəhrəman Oğulları” adlı sənəd
sərgisi təşkil edilmişdir. Sərgidə Dövlət Arxivi Şirvan filialının rəhbərliyi, əməkdaşları,
o cümlədən Şirvan şəhər 1 nömrəli və 20 nömrəli tam orta məktəbin müəllimləri və
şagirdləri iştirak etmişdir. Şəhidlərin xatirəsinin anılması ilə başlayan tədbiri
Dövlət Arxivi Şirvan filialının direktoru Nəsibə Məmmədova açaraq Azərbaycanın
keçdiyi müstəqillik yolu barədə iştirakçılara geniş məlumat vermişdir. Natiq 28
may 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cumhuriyyətinin hüquqi varisi olan
və 18 oktyabr 1991-ci ildə Ali Sovetin sessiyasında Dövlət Müstəqilliyi
haqqında qəbul edilmiş Konstitusiya Aktı
ilə Azərbaycan Respublikasının öz müstəqilliyini
yenidən bərpa etməsindən danışmış, Ulu Öndər Heydər Əliyevin dövlət müstəqilliyinin
möhkəmləndirilməsi üçün göstərdiyi misilisiz xidmətləri qeyd etmişdir. N. Məmmədova
Heydər Əliyev irsinin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin prezidentliyinin 20
illiyi haqqında fikirlərini bölüşmüş, 15 oktyabr tarixində Xankəndi şəhərində
bayrağımızın dalğalandırılması ilə süverenliyimizn tam bərpa olunduğunu qeyd
etmişdir. … Daha sonra iştirakçılar sərgi ilə tanış olmuşdurlar. Sərgidə
filialda mühafizə olunan “Vətən müharibəsi şəhidləri - Zəfərimizin Qəhrəmanları”
adlı 435 № li fondun 24 siyahısı üzrə 17
rəsm əsərindən və 209 foto sənədindən istifadə olunmuşdur. Belə ki, adıçəkilən fonda aid olan şəhidlərin
məktəb illərində çəkdiyi rəsmlər, onların qazandığı nailiyyətlər, xatirə şəkilləri
və onlara aid digər şəxsi mənşəli sənədlər nümayiş olunmuşdur.
Sərgi 9 Noyabr 2023-cü il tarixinə qədər davam edəcək.
Mənbə: https://bit.ly/3s0kIXA


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)