İkiçayarasında (Mesopotamiyada) tapılan gil kərpic
yarım əsr Danimarka muzeyində saxlanılmış və o, təsadüfən çatladıqdan sonra
arxeoloqlar yeni bir kəşf etmişlər. Oksford (Böyük Britaniya) və Danimarkanın
iki universitetindən (Kopenhagen və Alborq)
olan bir qrup tədqiqatçı qədim Mesopotamiya dövləti Assuriya (müasir İraqın
şimalında) dövrünə aid gil kərpicdən təxminən 3000 il yaşı olan bitki DNT-ni
çıxarıb ardıcıllıqla sıralaya biliblər. Təhlil nəticəsində həmin
sivilizasiyanın becərdiyi 34 unikal bitki qrupu aşkar edilmişdir. Alimlərin
fikrincə, bu, yeni kəşfdir. Qədim DNT nümunələri gil və palçıq kütləsinin içərisində
xarab olmadan effektiv şəkildə qorunaraq qalmışdır. Tədqiqatın
nəticələri “Nature
Scientific Reports”
jurnalında dərc edilib.
“Saray əmlakı”
Belə bir maddələrə demək olar ki, bütün arxeoloji qazıntılarda rast gəlinir. Bu isə o deməkdir ki, təkcə floradan deyil, heyvanlardan, o cümlədən insanlardan da qədim DNT nümunələri çıxarmaq mümkündür. Məlum oldu ki, gil palçıq nümunəsi də bir növ zaman kapsulu kimi önəmli imiş. Hökmdar II Aşurnasirpalın (e.ə. 883-859) sarayında tapılan qədim gil kərpic Danimarka Milli Muzeyinə indiki İraqın Kalhu şəhərində (həmçinin bu şəhər Nimrud kimi də tanınır) qazıntılarda fəal iştirak etdikləri üçün bağışlanmışdı. Saray e.ə. 879-cu ildə tikilib və kərpicin üzərindəki mixi (qədim akkad dilində) yazıda onun “Aşşur hökmdarı Aşurnasirpalın sarayının mülkü” olduğu bildirilir və onun tarixini e.ə. 879-e.ə. 869-cu illərə aparıb çıxarır. Artıq 2020-ci illərdə, kitabənin Danimarkaya gətirildiyindən 60 il sonra, artefaktların rəqəmsallaşdırılması zamanı bu kövrək gil kitabə çatladı. Təəssüflə yanaşı, bu hadisə elmi maraq da doğurdu. Mütəxəssislər tədqiqat üçün kitabənin lap içindən nümunələr götürə bildilər. 1958-ci ildə, kərpic Danimarkaya gələndə hələ mövcud olmayan qədim DNT-nin ardıcıllaşdırılması üçün yeni işlənmiş üsullardan istifadə edərək onları öyrənmək qərara alındı. Bənzər bir üsul bu gün sümüklərdə məsaməli materiallardan DNT çıxarmaq üçün istifadə olunur.
Sobada yandırılmadan (günəş şüası ilə qurudularaq)
Alimlər bitkilərin 34 müxtəlif taksonomik
qruplarını müəyyən edə bildilər, ən çox yayılmış bitkilər kələm və heather (kiçik
dekorativ kol) idi. Həmçinin 2900 il əvvəl Assuriyada ağcaqayın, dəfnə, çətirşəkilli
gül və müxtəlif buğda nümunələri də yetişmişdir. Assuroloq və bioloqlar işə
qoşuldular və yeni məlumatları İraqdakı qeydlər və qədim Mesopotamiya bitkilərinin
təsvirləri ilə müqayisə etdilər. Tədqiqat müəlliflərinin sözlərinə görə, onlar
2900 ildən sonra gildən “təmiz” qədim DNT çıxarmağın mümkün olmasından çox həyəcanlanıblar.
Qədim kərpic kəsən kərpicləri padşahının yeni sarayının tikildiyi Kalhu şəhəri
yaxınlığında Dəclə sahillərində yığılmış gil və palçıq qarışığından düzəltdiyi
məlum olub. O, materialı saman, heyvan təzəyi ilə qarışdırıb günəş altında qurudurmuş.
Bu üsul, yandırılmadan, genetik materialın kərpicin içərində toxunulmaz
qalmasına kömək etmişdir. Əlbəttə ki, kərpic kəsən gələcəyin alimləri üçün
unikal məlumatları “qoruyub saxladığını” təsəvvür edə bilməzdi. Oksford
Universitetinin Asiya və Yaxın Şərq Tədqiqatları Departamentinin müxbir üzvü
Troles Arball yazır: “ Bu kərpic bir yer və onun hazırlanması haqqında məlumatları
özündə əks etdirən biomüxtəlifliyin zaman kapsulu kimi xidmət göstərdi. Bu məlumatlar
tədqiqatçılara qədim assuriyalıların həyatını unikal öyrənmə imkanı yaratdı”. Bu yazıda yalnız bitki DNT-si barədə məlumat
verilsə də, müəlliflər qeyd edirlər ki, kərpic yalnız yeni tədqiqat imkanlarını göstərir
və onlar müxtəlif arxeoloji mənbələrə tətbiq oluna bilər. İstənilən yerdə və
dövrdə gildən qazıntılar zamanı təkcə floranı deyil, faunanı, o cümlədən
onurğalı və onurğasızları da müəyyən etmək imkanı açır. Bu materiallar dəqiq
tarixlərinə qədər aydınlaşdırıla bilər. Kəşf bizə itirilmiş sivilizasiyalar
haqqında daha çox məlumat əldə etməyə və minillər ərzində nə qədər növün
itirildiyini anlamağa imkan verəcəkdir.
Müəllif: Yeva Beletskaya
Mənbə: https://bit.ly/47J1ENA
Rus dilindən tərcümə:
Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).
Xülasə:
https://multiurok.ru/files/zaman-kapsulu-assuriyali-k-rpic-k-s-n-xxi-sr-aliml.html