Ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üçün planları

 

Ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmri

Ümumi təhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 3.1.8-ci və 5.5.10-cu yarımbəndlərini rəhbər tutaraq əmr edirəm:

1. Azərbaycan Respublikasının tədris Azərbaycan dilində və digər dillərdəaparılan, azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin2023-2024-cü tədris ili üçün aşağıdakı tədris planları“Tədris planlarınadair qeydlər” təsdiq edilsin:

1.1. Ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün tədris planları (1, 2 nömrəli əlavələr);

1.2. Azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin müvafiq sinifləri üçün tədris planları (3, 4, 5, 6 nömrəli əlavələr);

1.3. “Tədris planlarına dair qeydlər” (7 nömrəli əlavə).

2. Yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinə tapşırılsın ki, ümumi təhsil müəssisələrinin fəaliyyətinin müvafiq tədris planları əsasında təşkilinə nəzarət etsinlər.

3. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (Rəşad Xanlarov) bu əmrin əlavələrlə birlikdə yerlərə və müvafiq struktur bölmələrə çatdırılmasını təmin etsin.

4. İctimaiyyətlə əlaqələr sektoru (Cəsarət Valehov) bu əmrin əlavələrlə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.           

Firudin QURBANOV, Nazir səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini

1 avqust 2023-cü il

3-29/3-2-484F/2023

Mənbə:

https://edu.gov.az/az/esas-senedler/umumi-tehsil-muessiselerinin-2023-2024-cu-tedris-ili-ucun-tedris-planlarinin-tesdiqi-haqqinda-azerbaycan-respublikasi-elm-ve-tehsil-nazirliyinin-emri


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.