“Filadelfiya təcrübəsi”: pərdə arxasında nə var?

 

ABŞ-ın İndiana ştatının Rokvilla şəhəri yaxınlığında anadan olan Morris Cessapı  uşaqlıqdan astronomiya cəlb edirdi. O, bu elmə həvəsli idi və iyirmi beş yaşında,  1925-ci ildə Miçiqan Universitetinin Lamont-Hyussi Rəsədxanasında işləyərkən elmlər üzrə bakalavr dərəcəsini aldı. Bir ildən sonra isə Morris Cessap magistr dərəcəsini də aldı.Bütün bu nailiyyətlərə baxmayaraq, Cessap - həyatının çox hissəsini avtomobil hissələri satıcı kimi yaşadı. Lakin bu, onun əsas hobbisini unutmasına mane olmadı. Bunlardan biri də arxeologiya idi. 1947-ci ildə “uçan boşqablar” erası başlayanda Cessap  bu məsələnin öyrənilməsinə böyük maraqla başladı. Təbii ki, onun dərindən maraqlandığı iki sahənin - qədim sivilizasiyalar və UNO-ların birləşməsi demək olar ki, qaçılmaz olaraq ufoloqlar arasında tanınmış şəxsiyyətə çevrilməsi demək idi. Cessapın şəxsi düşüncələrinə görə, o ümumiyyətlə “kreslo tədqiqatçısı” deyilən bir şəxs deyildi. O, dünyamızın qədim sirlərini axtarmaq üçün ekspedisiyalara çıxmaqdan belə əl çəkməzdi. M. Cessap Honduras, Yukatan, Qvatemala, Beliz, Peru, Çiapas və Tabaskoya səyahət etdi. Böyük Çolula piramidası (həmçinin bu piramida, Tlaçixuyaltepetl  kimi də tanınır) onun sevimli yerlərindən biri idi. Deməliyəm ki, bu nəhəng piramidanın daha başqa və digər adı da var - “Əl ilə düzəldilmiş dağ” da deyilir. Böyük Britaniyanın BBC şirkəti üçün yazan jurnalist Zariya Qorvett yazır: “1519-cu ilin oktyabrında ispan işğalçıları  ...minlərlə gəldilər. Şiddətli müqavimət göstərən yerlilər, aclıq və ekzotik xəstəliklərlə aylarla davam edən müharibə ilə üzləşən Ernan Kortes və onun ispan ordusu döyüşlə  böyük Çolula şəhərinə daxil oldu. Amma bu şəhər müqəddəs şəhər idi. Onun sakinləri silah toplamaq əvəzinə məbədlər tikirdilər. Onlar fəxr edirdilər ki, ilin hər gününün öz müqəddəs piramidası vardır. Onlar əmin idilər ki, belə “səxavətdən” sonra tanrılar onları mütləq qoruyacaq. Amma bu, böyük səhv idi. İspan ordusu şəhərin küçələrinə soxulan zaman dini məbədlər talan edildi, dəyərli piramidalar yandırıldı...üç saat ərzində ispanlar 3000 nəfəri öldürdülər”. M. Cessapın “UNO haqqında iş” (UFO Case)  kitabını diqqətlə oxusanız, aydın olar ki, onun ilk kitabı 1955-ci ildə nəşr olunana qədər Morris  praktik olaraq planetin qədim, nəhəng strukturlarının tikintisinin arxasında nəyin dayandığına dair tutarlı bir nəzəriyyə yaratmışdı. M.Cessapa görə, bütün bunlar minillərlə əvvəl itirilən və ya bilərəkdən gizlədilmiş “levitasiya” texnologiyası ilə bağlıdır. Cessapın vəzifələrindən biri də  bu sirri həll etməyə çalışmaq idi. Cessap  yazırdı: “Bir çox sahələrdə inanılmaz çəkiyə malik hamarlanmış daş blokların, az-çox təsadüfi şəkildə xeyli məsafələrə köçürüldüyü və sonra lazımi yerə qaldırıldığına dair sübutlar tapırıq. Bu ümumi amil Perunu inklərdən də əvvəl Pasxa adası ilə, Eləcə də Yaxın Şərq, Afrika və bəlkə də Poloneziya ilə heyrətamiz və danılmaz bir şəkildə əlaqələndirir”. Bir çox tədqiqatçı və alimlər bu blokları daşımaq üçün üsullar təklif etmişlər. Bütün təkliflər blok qaldırıcılar və ya qum təpələri kimi sadə müasir mühəndislik avadanlıqlarının istifadəsinə əsaslanır. 1956-cı ildə Aviasiya Hadisələrinin Tədqiqi üzrə Milli Komitədə (NICAP) mühazirədə Cessap demişdi:  “Yüz minlərlə nəhəng daş blokdan ibarət Böyük piramidaları görənlər inanırlar ki, bu piramidalar minlərlə qul tərəfindən ucaldılıb...Amma bütün hallar üçün həqiqətən uyğun olan heç bir təklif irəli sürülməyib və bəzi nəzəriyyələr o qədər qeyri-adekvatdır ki, gülünc görünür”. Daha sonra, Cessap, ufoloq Qrey Barker ilə söhbətində, 1959-cu ildən ölümünə qədər dəfələrlə - əsasən mühazirələrində - istifadə etdiyi lakonik bir bəyanat vermişdi: “Mən “levitasiya” sözünü güc və ya güc əvəzi kimi istifadə etməyi təklif verdim. Güman edirəm ki, “uçan boşqablar” qravitasiya sahəsi ilə qarşılıqlı əlaqə yaratmaq üçün bəzi vasitələrdən istifadə edir. Beləliklə, onlar yalnız səthə təzyiq və ya burulma ilə tətbiq olunan xarici qüvvə vasitəsilə deyil, həm içəridə, həm də xaricdə olan cisimlərin bütün hissəciklərinə sürətlənmə və ya qaldırma tətbiq edə bilirdilər. İnanıram ki, çox qədim zamanlarda daşları yerindən tərpətmək üçün eyni və ya oxşar qüvvədən istifadə olunub. İnanıram ki, bu qaldırıcı qüvvənin mənbəyi qəfildən itirilmişdir”. Cessap öz işini yalnız UNO-lara və qədim sirrlərə yönəltsəydi, çox güman ki, onun tədqiqatları və yazıları sakit, rahat templə davam edərdi. Amma tam əksi baş verdi. Cessapa çoxlu sayda məktublar və zənglər gəlməyə başaldı. Onun 1956-cı ildə yazdığı “UNO barədə iş”, “UNO-lər barədə genişlənən iş” (Bu əsərində o, qədim levitasiya ilə bağlı yazmışdır) kitablarını oxuyan pərəstişkarları gecə-gündüz ona zəng edirdilər. Cessap üçün bu populyarlıq stress və narahatlıqdan başqa bir şeyə səbəb olmadı. Bu mühit Cessapı idarəolunmaz paranoyaya gətirib çıxardı. Keçmiş dəniz piyadası Karlos Migel Alyendenin Cessapın evinin qapısını döyməsi işləri daha da pisləşdirdi. Alyende ona “Filadelfiya eksperimenti” barədə, gözəgörünməz döyüş gəmisi haqqında məlumat verdi. Bundan sonra Cessapın vəziyyəti daha da pisləşdi. Cessap  düşünməyə başladı ki, o, nəyə baş qoşur? Tezliklə başa düşdü ki, bu işdən yaxşı heç nə gözləmək olmaz. Yavaş-yavaş dəlilik dünyasına batmaqda olan bir insan üçün bu, sadəcə olaraq başqa bir həyəcanlı narahatlıq dalğası idi. Alyendeyə gəlincə, o, yumşaq desək, çox özünəməxsus bir xarakterə malik idi. Cessapın  həyatının bu aspektini araşdıran bəzi tədqiqatçılar, Alyendenin cəsarətli bir xəbərçi olduğunu düşünürlər. Bununla belə, başqaları üçün Alyende sadəcə dəli xəyalpərəst, öz əyləncəsi üçün  nağıllar uydurmağı sevən adam idi. Cessap üçün nəyin real, nəyin sadəcə fantaziya olduğunu ayırmaq onsuz da çox çətin idi. Ancaq o, sadəcə bütün stresslərə baxmayaraq, işdən əl çəkmədi. 1955-1956-cı illərdə internetin olmadığını nəzərə alsaq, onun diqqətini çəkən hər şey Cessapı nə baş verir deyə düşündürürdü. Alyendenin ona göndərdiyi son dərəcə qəribə məktublar sübut edirdi ki, ABŞ Hərbi Dəniz Qüvvələri müvəffəqiyyətlə və gizli şəkildə ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisini gözəgörünməz hala salıb. Hekayədə gözəgörünməz gəminin "USS Eldridge” adlandığını və hər şeyin 1943-cü ildə Virciniya ştatının Norfolk Hərbi Dəniz Qüvvələrində baş verdiyindən danışılırdı. Məlumdur ki, “eksperiment” heç də uğurlu alınmamışdı. Bəzi ekipaj üzvləri əbədi olaraq yoxa çıxmış, gəmidə olan digərləri çaxnaşma içində olan yoldaşlarının gözü qarşısında ölmüş,  bəziləri isə gəminin metal korpusuna sanki  “batıb” qalmışdılar. Bu dəhşətli hekayə yayılmağa davam edirdi. Cessap getdikcə daha çox narahat olurdu, xüsusən də Alyende qədim levitasiya haqqında danışmağa başlayanda daha çox narahat olmağa başladı. Cessap təəccüblənirdi ki, Alyende bütün anti-qravitasiya materiallarını haradan əldə edir? Əlbəttə, bu materiallar Cessapın öz kitabından deyildi. Alyendenin qədim dövrlərin bu qəribə, üzən daşları haqqında daha çox şey bildiyi görünürdü. ”Filadelfiya eksperimenti” tanınan bu iş isə tam uğursuzluğa düçür olmuşdu. ABŞ Hərbi Dəniz Qüvvələri baş verə biləcək daha qorxulu hadisələrdən qorxaraq onu tez bir zamanda bağladı. 1956-cı ildə Cessap  birdən-birə ABŞ Hərbi Dəniz Qüvvələrini “maarqlandıran şəxs”ə çevrildi. Bu ABŞ Hərbi Dəniz Qüvvələrinin Vaşinqtondakı Dəniz Tədqiqatları Ofisi Cessapın “UNO haqqında iş” adlı kitabının bir nüxsəsini poçtla aldırdan sonra baş verdi. Kitab donanmaya anonim şəkildə göndərilmişdi və M. Cessapın bundan xəbəri yox idi.  Kitabı əvvəlcə mayor Darrell Ritter oxudu. Lakin o, tez başa düşdü ki, bu, Cessapın  kitabının adi bir nüsxəsi deyil. Kimsə - ehtimal ki, onu Hərbi Dəniz Qüvvələrinə poçtla göndərən şəxs – kitabda müxtəlif rənglərlə qəribə cızıqlar və qeydlər etmişdi. Bu yolla həmin anonim kitab göndərən 1943-cü ildə gəmiqayırma zavodunda baş vermiş fəlakət və qədim levitasiya haqqında hər şeyi bildiyini açıq şəkildə diqqətə çatdırırdı. Çox maraqlı idi, amma Dəniz Qüvvələri kitabı pəncərədən çolə atmadı. Tam əksinə, Hərbi Dəniz Qüvvələri komandanlığında tez bir zamanda aydın oldu ki, kimsə bu maraqlı kitabı daha dərindən araşdırmalı, həmçinin kitabdakı bütün bu cızma-qaraları cızmış adamı və eləcə də Cessapın  özünü də axtarıb tapmalıdır. Bütün bunları nəzərə alaraq, mayor Ritter vaxt itirmədən əməliyyatı komandir Corc Quverə və kapitan Sidney Şerbiyə həvalə etdi. Maraqlıdır ki, bu iki şəxsin hər ikisi “Xüsusi Layihələr Ofisi” adlanan qurumda xidmət edirdilər. Bu qurum elmin ən qabaqcıl texnologiyaların inkişafı ilə bağlı olan qurum idi. Bu vaxt Cessap hiss etdi ki, hansısa ABŞ dövlət qurumu onu izləyir və onun telefonu dinlənilir. Cessapın narahatlığına səbəb var idi. 1950-ci illərin ortalarında ufologiyada qara geyimli adamlar haqqında hekayələr meydana gəldi. Buna görə də təəccüblü deyil ki, Cessap gecənin bir vaxtında onun qapısını qara kostyumlu adamların döyməsi ehtimalından çox narahat idi. Məhz belə də oldu. Düzdür, qapı döyülmədi. Ancaq tamamilə gözlənilmədən ABŞ Hərbi Dəniz Qüvvələrindən zəng gəldi: “Cessap donanmanın hesabına Vaşinqtona uçmağa və özü, kitab, həmçinin Karlos Alyende ilə bağlı məsələni müzakirə etməyə dəvət edilirdi. Onlar Cessapla şəxsən danışmaq istəyirdilər və bu ünsiyyət prosesində ona hər şeyin izah ediləcəyini bildirirdilər”. Cessap dəvəti qəbul etdi, amma bunun nə dərəcədə əhəmiyyətli olub-olmayacağını bilmirdi.  Tezliklə Cessap paytaxta uçdu. Orada onu nələrin gözləyəcəyi onun üçün maraqlı idi. Təyyarə yerə endikdən sonra ilk işi Vaşinqtonda zabitlər Quver və Şerbi ilə ABŞ Hərbi Dəniz Qüvvələrinin izni ilə pulsuz şam yeməyi yemək oldu. Sonralar Cessap deyirdi ki, təəccüblüdür ki, hər şey çox yaxşı getdi. Bununla belə, bundan daha çox şeyin olduğunu düşünməyə bilməzdim.

      Həqiqətən də “daha nə isə” baş verdi. Biz baş verənlərin hamısını bilmirik. Lakin az sonra Cessap həyat yoldaşından boşanır. Daha az sonra o, ağır bir avtomobil qəzası keçirir, lakin sağ qalır və hətta tədricən sağalmağa da başlayır. 1959-cu ilin aprelində Florida ştatının Deyd rayonunda, içərisində M. Cessapın  cəsədi olan avtomobil yolun kənarında tapıldı. Salona aparan boruya rezin şlanq bağlanmışdı. Polis bunun adi bir intihar olduğunu bildirdi.

Mənbə: https://bit.ly/3DL1tUg

Rus dilindən tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

İstinad:https://multiurok.ru/files/filadelfiya-t-crub-si-p-rd-arxasinda-n-var.html

 


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.