1951-1952-ci
illərdə İspaniya hökuməti Türkiyədən çox böyük miqdarda kömür almaq istəyir. O
vaxta qədər İspaniyaya edilən ixrac malları arasında olmayan bu tələbin xüsusi
şərti var idi: Kömürlərin İskenderundan Sarosa Aralıq dənizi və Egey sahillərinə
qədər təbii şəkildə bitən “zeytun” ağacından alınması istənildi. Tələb dövrün
hökuməti tərəfindən yüksək gəlir gətirdiyi üçün qarşılanır. Çünki bu dövrdə ölkədə
bol olan bu ağacdan çoxlu kömür ixrac edilirdi. Hadisə şahidlərinin sözlərinə
görə, gəmilərin yüklənməsi səbəbindən limanlar qara buludla örtülürdü. O zaman
Ankarada işləyən ABŞ-ın ticarət attaşesi Türkiyə xarici işlər nazirindən ixrac
edilən kömürün İspaniya tərəfindən necə qiymətləndirildiyini və ya harada
istifadə edildiyini araşdırıb-araşdırmadıqlarını soruşdu. Aldığı cavab bu oldu ki,
məhsul vacibdir və harada istifadə olunması Türkiyə üçün önəmli deyil. Bundan
sonra attaşe özü məsələni araşdırır və məlum olur ki, bu materialdan magistral
yollarda plomb kimi istifadə edilir. Bununla kifayətlənməyən attaşe ABŞ-da
tanıdığı mühəndislərdən məlumat alır və magistral yola kömür doldurmağın heç
bir faydası olmadığını öyrənir. Öyrəndiklərini türkiyəli nazirə çatdırır, Türkiyənin narahat
olmadığını, gəlirdən razı qaldıqlarını, işin bağlandığını ona bildirirlər. Nəticədə
İspaniya dünyanın ən böyük zeytun yağı ixracatçısına çevrilir və Türkiyə də təəssüf
ki, eyni illərdə marqarin yağı ilə tanış olmuşdur. QEYD: Yabanı zeytun ağacına
Türkiyədə “ delice” (“dəlicə”) deyilir. Marşal planının köməyi ilə Egey və
Aralıq dənizi bölgələrində milyonlarla zeytun ağacı kökündən çıxarılaraq gəmilərlə
Avropaya daşındı. ABŞ bu ağacların yerinə milyonlarla qovaq və şam ağacları
verdi. Ölkədə qovaq ağacı allergik xəstəliklərə səbəb olur. Şam ağacı isə bizim
bildiyimiz yağlı alışqan oldu. Biz onu hər yerdə, dağlarımızda, düzlərimizdə əkmişik.
Oksigendən başqa heç bir faydası olmayan bu ağac ölkəmizin dağlarının
yamaclarına əkilmiş saatlı bombaya çevrilmişdir. Bu ağaclar yanan zaman
qozaları partlayaraq 200 metr aralıda yanır və oradakı digər ağaclarını da yandırır.
İndiyə qədər gördüyüm hər kəsə səlahiyyətsiz, beyni olmayanlara demişəm.
“Amerikalılar meşələrimizi şam (ÇIRA) ağacları ilə doldurur, 100 döyüş təyyarəsinin
bir kibrit zərbəsi ilə vurduğu ziyanı verirlər”.
İndi
sizdən soruşuram ki, hökumətimiz bu şam ağaclarının yerinə zeytun, qoz, badam, əncir,
saqqız ağacları əksəydi, bu ağaclar asanlıqla yanmaz və kəndlilərimiz gəlir də
götürərdilər. Hələ yorulmadan şam ağacı əkirik...!!!
Qaynaqlar:
1.
https://twitter.com/ononbilgimiz/status/1686635876040740864
2. https://nedir.ileilgili.org/delice
Foto: Alıntıdır.
Türk
dilindən Azərbaycan dilinə tərcümə etdi:
Əsədov
Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin
tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil”
Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası
qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli
Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar
üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi
metodikası” adlı metodik vəsait müəllifi).