Süni intellekt meydana gəldikdə, orta əsrlərdə
kitab çapı meydana gəldiyi dövr kimi insanlar iş yerlərinin itirilməsindən və
yanlış məlumatların yayılmasından narahat olurdular. Çap dəzgahları dağılır,
kitab satıcıları şəhərlərdən qovulurdu. ...
Çox vaxt insanlar dəyişikliyi sevmirlər. Çoxları hətta
onlardan qorxur. Müasir texnologiya dünyasında da belədir. Bəzi “böyük yeni
texnologiya”nın yarandığı bir vaxtda medianı oxusanız, təəccüblü bir oxşarlıq
tapa bilərsiniz. Siz ya “Çaxnaşmaya düşməyin!” və yaxud da “Bu, müasir
sivilizasiyanın sonudur!” sözlərinə rast gələcəksiniz. Belə sosial vəziyyətlə ən son dəfə “OpenAI” şirkəti
üzləşib. “OpenAI”, sorğulara inandırıcı və hətta faydalı cavab verə bilən süni
intellekti idarə edən bir şirkətdir (ChatGPT istifadə edərək). O, sizin üçün
demək olar ki, istənilən sorğunu həll edə və əksər hallarda maraqlı bir iş görə
bilər. Platonun saqqalı haqqında məqalələr, birinci dərəcəli esselər və ya
limeriklər yaza bilər. Bir çox istifadəçilər çaxnaşma dalğası yaradır və narahatdırlar.
İnsanlıq dövrü bitdi!. Yaşasın süni intellekt!.
Bir növ,
bu cür refleks insani duyğunun bir hissəsidir. Hər dəfə səhnəyə yeni bir
texnologiya, xüsusən də potensial bir texnologiya daxil olduqda, dünyanın necə
olacağından narahat oluruq. Lakin yeniliklər və ixtiralar hər zaman olur. Bəşəriyyətin
tarixi inqilablar və paradiqma dəyişiklikləri ilə doludur. Bütün dövrlərin ən məşhur
inqilabi ixtiralarından biri mətbəə (kitab çapı) olmuşdur. Beləliklə, “OpenAI”ə
hazırkı reaksiyamız bununla necə əlaqəlidir? Biz hansı dərsləri öyrənə bilərik?
Şəhərdən
sürgün
İ. Qutenberqin XV əsrdə çap maşınını ixtira etməsindən dərhal sonrakı
illərdə çoxlu pul qazanmaq mümkün oldu. Bir neçə erkən investor və fərasətli
sahibkarlar bilirdilər ki, onlar kütləvi şəkildə istehsal olunan kitabları əl
istehsalı qiymətlərə sata bilərlər (bildiyimiz kimi əlyazma kitablar o vaxtlar
çox baha idi). Bazarlar hələ Qutenberqin kitab istehsalının nə qədər asan
olduğunu başa düşməmişdilər. Tarixi fakt ondan ibarətdir ki, ilk mətbəəçilərdən
biri Peter Şeffer hətta öz tələbələrini istehsal xərclərinin sirrini gizli
saxlayacaqları barədə müqavilə imzalamağa məcbur etmişdi. Beləliklə, on il ərzində
alman kitab satıcıları böyük qazanc əldə etdilər. İohan Fust belə hiyləgər
tacirlərdən biri idi. O, bütün Avropanı gəzərək “42 sətirlik İncil”i (bu kitab,
başqa cür Qutenberq “İncili” kimi tanınır) satmağa çalışır və tez-tez qızılla
dolu pul kisələri ilə evə qayıdırdı. Lakin o, Parisə gedəndə işlər tərsinə
getdi. Nəzəri olaraq, Paris əla yer idi: Sorbonnada 10.000-dən çox tələbə
oxuyurdu, onlardan çox qismi ilahiyyatı öyrənirdi. Bunu nəzərə alaraq onun çap
olunmuş İncilləri gəlirli bir əmtəəyə çevrilməli idi. Lakin Fustun qabaqcadan
görmədiyi şey katiblər gildiyalarının siyasi və maliyyə təsiri idi. Fust ucuz
kitabları ilə ortaya çıxanda onu şəhərdən qovdular və cadugərlikdə
günahlandırdılar. İnkvizisiya dövründə odda yandırmaq adi bir hadisə idi. Oxşar
səhnələr bütün Avropada oynanıldı. Çapxanalarda dəzgahlar sındırılır, idarələr
dağıdılırdı. Din xadimləri çap olunmuş kitabları şeytan işi kimi qınayırdılar. 1501-ci ildə Papa VI Aleksandr hətta
kilsənin icazəsi olmadan kitab çap edən hər kəsi kilsədən xaric edəcəyi ilə hədələmişdi.
Ruhanilər bunun ümumiyyətlə təhsilə necə təsir edəcəyindən narahat idilər və
nüsxə köçürən rahiblər haqlı olaraq öz işlərinin itirilməsindən qorxurdular. Bu
rahiblərdən biri, İohan Tritemiy iddia edirdi: “Çap olunmuş kitablar heç vaxt əlyazmaların
ekvivalentinə çevrilməyəcək, xüsusən də çap olunmuş kitablarda tez-tez
orfoqrafiya və görünüşdə qüsurlar olur” (P.S. Qəribədir ki, onun məqaləsi mətbəə
vasitəsilə yayılmışdı).
“OpenAI”
Təbii ki, bütün bu qadağalardan sonra mətbəə yoxa çıxmadı. Zaman keçdikcə bütün dünyada öyrənməni dəyişdirdi və kataliz etdi. O, Reformasiyanı bütün Avropaya yaydı (həmçinin maraqlıdır ki, İ. Qutenberq katolik idi və anqlikan kilsəsini deyil, katolik “İncil”ini populyarlaşdırmaq istəyirdi). Kitablar daha sərfəli oldu və adi insanlar onları ala bildilər (çox insan oxuya bilməsə belə). Bir neçə yüz ildir ki, kitablar, qəzetlər və jurnallar artıq hər yerdə var. Bu gün mətbəəni tarixdə baş verən kataklizm hadisəsi kimi qəbul etməmək çətindir, lakin o vaxt bunu çox adam qəbul etmirdi. Müəyyən mənada “OpenAI” ətrafında yaranan çaxnaşmada sanki, tarix təkrarlanır. Süni intellektin bu gün gündəlik suallara mürəkkəb və mənalı cavablar yaza bilməsi o qədər də təəccüblü deyil. Ancaq onun bunu indi və heyrətamiz səmərəliliklə edə bilməsi heyrətamizdir. Bir müddətdən sonra müxtəlif reaksiyalar görünməyə başladı. Universitetlərdəki müəllimlər bütün kurs və diplom layihələrinin bir növ kimi keçmişə çevriləcəyindən narahatdırlar - çünki indi tələbələr aylarla onların üzərində işləmək əvəzinə, süni intellekt bir neçə dəqiqə ərzində bunu edə bilər. Hətta kodlayıcılar da narahatdırlar: Məsələn, “ChatGPT” kodlaşdırma saytında “Stack Overflow” qadağan edilib.
Şəkil 2 (süni intellekt)
Günəş
altında yeni heç nə yoxdur
Çap maşınının texnofobiyasını indiki “OpenAI” texnofobiyası
ilə nə dərəcədə müqayisə edə bilərik?
-Birincisi, 1501-ci illərdə insanlar kütləvi şəkildə
hazırlanan broşürlər vasitəsilə yalan məlumatların asanlıqla yayılmasından
narahat idilər. Bu gün “ChatGPT”nin inandırıcı səslənən, lakin bilərəkdən
yanlış cavablar yarada biləcəyi deyilir. Məsələn, bir professor süni
intellektin tamamilə saxta tərcümeyi-hallar yaratdığını aşkar etmişdir. Eynilə,
“Stack Overflow”un “ChatGPT”də qadağan etməsinin səbəbi onun kodunun tez-tez səhv
olmasıdır. Beləliklə, hər iki halda etirazlar doğru çıxır. Ancaq bir çox
kitablar və qəzetlər cəfəngiyatla dolu olsa belə, mətbəə və onun rəqəmsal uşağı
olan İnternet əsasən yaxşı şeydirlər.
-İkincisi, İ. Qutenberq çap maşınını icad edəndə maraqlı
tərəflər iş yerlərinin itirilməsindən narahat idilər. Bütün Avropada “Yazıçılar
gildiyaları” kitab çap edənləri qorxudaraq, mətbəələri dağıdmağa üstünlük
verirdilər. Həm dünyəvi, həm də dini hakimiyyətlər bunun onların güclərini necə
sarsıda biləcəyindən narahat idilər. Bu gün “OpenAI” bir çoxlarına iş yerlərinin
azaldılacağını təhdid edir. Hər halda, yazarlar və kodlayıcılar artıq bir az əsəbiləşirlər.
Amma mətbəə çoxlu yeni iş yerlərinin açılmasına səbəb olduğu kimi, süni
intellekt də iş yerlərinin açılmasına kömək edə bilər. ...
Cəmiyyət
çıxış yolunu tapacaq
İki hal arasında daha başqa bir diqqətəlayiq oxşarlıq
var: texnologiya dayandırıla və ya qadağan edilə bilməz. Bütün güclü və varlı rəqiblərinə
baxmayaraq, mətbəə dünyanı dəyişdirdi. Bu gün “OpenAI”nin necə
dayandırılacağını təsəvvür etmək demək olar ki, mümkün deyil. Məktəblər və ya
universitetlər sayta girişi qadağan etsə də, insanların (P.S. internetdən istifadə
etməyi bacaran) VPN və mobil telefonları var. “OpenAI” qapalı olsa belə, artıq
o qədər populyardır ki, onun yerində başqa alternativlər yaradılacaqdır. Bizim
bildiyimiz cəmiyyəti dəyişdirmək və ya inkişaf etdirmək “təhlükəsi” yaradan bir
ixtira ortaya çıxanda təbii ki, bir narahatlıq yaranır. Dərk etdiyimiz və məlum
olana üstünlük vermək insan təbiətinin bir hissəsidir. Ancaq texnologiya və tərəqqi
tarixi bizə bir şey öyrədirsə, bu, bizim son dərəcə uyğunlaşan və yenilikçi bir
ağıllı növ olduğumuza işarədir. Yazının üzünü köçürənlər (xəttatlar) çap etməyi öyrənməli, yazarlar isə əsərlərini
yaratmağa kömək etmək üçün süni intellektdən necə istifadə etməyi öyrənməlidirlər.
Cəmiyyət dəyişə bilər, amma dağılmaz.
Mənbə: https://bit.ly/3QGCuJh
Rus dilindən tərcümə:
Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).
İstinad:
https://multiurok.ru/files/insanlar-qorxularindan-ilk-m-tb-l-ri-dagidiblar-b.html