Qızıl qiymətli və çox arzu edilən bir resursdur. Bəs
biz indiyə qədər Yer üzündə nə qədər qızıl hasil etmişik? Minilliklər boyu bəşəriyyət
qızıl tapmaq ideyası ilə - istər zərgərlik məmulatları hazırlamaq, istər
qabaqcıl elektron komponentlər yaratmaq, istərsə də sadəcə varlanmaq üçün məşğul
olub. Planetimiz kifayət qədər əhəmiyyətli miqdarda qızıla malikdir, lakin bu
günə qədər çıxarılan faktiki qızılın miqdarı yəqin ki, düşündüyümüzdən də çox
azdır. Əgər indiyə qədər qazılaraq çıxarılmış bütün qızılları götürüb nəhəng bir
kuba çevirsək, onun ölçüləri cəmi 23 kub metr (23x23x23) olar. Qızılın
sıxlığını nəzərə alsaq bu kubun çəkisi 187.000 ton olardı. Ümumilikdə, təxminən
57.000 ton qızıl hələ də bütün dünya mədənlərdə hasil olunmağı gözləyir. Bu,
potensial olaraq 20 il ərzində tamamlana biləcək bir işdir. Bundan əlavə,
yeraltı və okean altında əhəmiyyətli qızıl ehtiyatları da mövcuddur. Lakin
onların hasilatı çox baha başa gəlir və iqtisadi cəhətcə sərfəli deyil. Yerdən
kənarda da qızıl hasilatı ehtimalı var. Ayda çöküntülərin tapılma ehtimalı,
kosmosdakı saysız-hesabsız asteroidlərdə və s. Bununla belə, qabaqcıl kosmik
texnologiya olmadan qızıl hasilatı çox güman ki, yaxın gələcək üçün elmi
fantastika mövzusu olaraq qalacaqdır.
Mənbə: https://bit.ly/3qCiUDp
Rus dilindən tərcümə etdi:
Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).