9
iyun niyə Beynəlxalq Arxivlər günü kimi qeyd olunur? 9 iyun 1948-ci il tarixində
UNESCO-nun himayəsi altında Beynəlxalq Arxivlər Şurası yaradılmışdır. 2007-ci ildən BAŞ hər il 9 iyun tarixində beynəlxalq
arxivlər günü münasibətilə keçirilən tədbirlərin müddəti 2019-cu ildən etibarən
bir həftəyə qədər uzadılmışdır. Bu il sayca beşinci olacaq beynəlxalq arxivlər
həftəsi Beynəlxalq Arxivlər Şurasının 75 illiyinə həsr olunmuşdur. 05-09 iyun
2023-cü il tarixlərində baş tutacaq sözügedən beynəlxalq həftə çərçivəsində
keçirilən tədbirlər #birləşmişarxivlər şüarı
altında baş tutacaqdır. Bu il xüsusi qeyd ediləcək tədbirlərdə sənədlərin və
arxivlərin, eləcə də arxivçi peşəsinin əhəmiyyətini təbliği məqsədilə 75 illik fəaliyyət beynəlxalq
miqyasda qeyd ediləcəkdir.
Mənbə:
http://www.milliarxiv.gov.az/az/news/5-9-i-yun-beynelxalq-arxivler-heftesi-kimi-qeyd-olunur