Adi anlayışımızda bizi əhatə edən hər şey kainat adlanır.
Kiçicik zərif kəpənəkdən tutmuş uzaq nəhəng qalaktikaya qədər bütün
maddi dünyamız bura
daxildir. Biz də bu kainatın
bir hissəsiyik. Bəs kainat təkcə ətrafımızda deyil, həm də içimizdədirsə onda necə? Bəs
bir neçə belə kainat varsa necə?
Gəlin bunu anlamağa çalışaq.
Reallıq
kainatı. Burada hər
şey sadədir - ətrafımızda olan, görünən kainat, kosmos, fiziki reallıq olanlar.
Düşüncə
kainatı. Məlumat,
məntiqi zəncirlər, fərziyyələr, nəticələr, mühakimələr, baxışlar və dəyərlər
sistemi - bütün bunlar insanın yaşadığı düşüncə kainatının tərkib hissələridir. Fərdi bir insanın beynində
baş verənlər reallıq kainatı ilə tamamilə əlaqəsiz ola bilər. Düşünmək hər
birimizin özümüz üçün yaratdığı daxili dünyamızdır. Onu yaradır, təkmilləşdirir
və tamamlayırıq. Hər birimizin başqalarından fərqli olaraq öz unikal kainatımız
vardır, burada özümüzün yaradıcıyıq. Çətin həyat vəziyyətlərində bəziləri
reallıqdan bu kainata qaçırlar.
Yuxular
kainatı. Bu, yuxarıda
qeyd edilən ilk iki kainatın qarşılaşdığı kainatdır- reallıq və düşüncə: Ancaq
bu, sadəcə görüş yeri deyil. Yuxuların da digər kainatlar kimi öz komponentləri
vardır. Onun öz obyektləri, onlar arasında əlaqələri, öz məntiqi və mənası var.
Hər zaman insan yuxuların mənasını başa düşə bilmir. Belə hesab edilir ki,
yuxular real həyatda əvvəllər yaşanmış hadisələr əsasında və ya bəzi emosional
stimullara reaksiya kimi formalaşır. Amma bu çox sadə bir izahdır və reallığa
uyğun gəlmir. Çox vaxt insanlar yuxuda real həyatlarında olanı və ya olmayanı
görürlər. Heç vaxt yaşamadıqları vəziyyətlər və süjetlər, hətta nə planetimizdə,
nə də başqa yerdə mümkün olmayan vəziyyətləri görürlər. Mütəxəssislər əmindirlər
ki, gələcəkdə yuxular kainatı daha başa düşülən, proqnozlaşdırıla bilən və idarə
olunan hala gələcəkdir. İnsanlar yuxularında nəyə baxacaqlarını seçə biləcəklər.
Yuxunun xatirələri fraqmentli və qeyri-müəyyən deyil, real dünyada keçmiş bir
günün xatirəsi kimi canlı, təfərrüatlı olacaq.
Proqnozlara görə, bu cür texnologiyaların yaranması yaxın onillikdə
mümkün olacaqdır. Ona görə də belə nəticə çıxır ki, biz bir deyil, eyni anda üç
kainatda yaşayırıq. Aydındır ki, onların hər biri bir növ digər ikisi ilə
bağlıdır. Məsələn, yaranmış bir fikir (düşüncə, təfəkkür kainatı) yuxunun nəticəsi
ola bilər. Yuxu kainatı hansısa obyektin və ya işin (reallıq kainatı)
yaranmasına səbəb ola bilər.
Varlıq üçbucağı üç kainatdır, bunlardan birincisi
insanı (reallıq, gerçəklik kainatı), ikincisi isə insanın özü tərəfindən
yaradılmışdır (təfəkkür kainatı), üçüncüsü isə reallıq və təfəkkürün qarşılıqlı
təsirinin nəticəsidir ki, onu yuxular (xəyallar) kainatı adlandırırıq. Bu varlıq üçbucağı
stabil deyil, daim hərəkətdə və dəyişmədədir. Buna görə də hər gün eyni cür
düşünmürük. Biz hər gecə eyni yuxuları görmürük və bu gün real dünyada baş verənlər
dünən baş verənlərlə uyğun gəlmir. Bundan əlavə, varlıq üçbucağı daim böyüyür. Biz
bilirik ki, həqiqi kainat genişlənir. Məkanın özü fiziki olaraq genişlənir. Hətta
planetimizdə biz öz varlığımızı artırır, yeni şəhərlər və müəssisələr tikirik.
Biz böyüyürük. Düşüncə kainatı yeni ideyalar və biliklər yaradır, onlar
arasında əlaqə yaradır. Bilik və məlumatların miqdarı hər gün sürətlə artır. Bu
gün biz ətrafımızdakı dünya haqqında bir neçə onilliklər əvvəlkindən daha çox
şey bilirik. Xəyallar kainatı hər dəfə bir insana reallıq və düşüncənin
qarşılıqlı təsirinin nəticəsini göstərir, bəzən yeni həllər təklif edərək oara özünü
əlavə edir.
Biz insanın eyni vaxtda yerləşdiyi üç fərqli, lakin
çox əlaqəli sonsuz dünyada yaşayırıq. Bu dünyaların sayının
daha çox olması tamamilə mümkündür. Sadəcə olaraq, indiki inkişaf mərhələsində
biz onları hələ dərk edə, görə bilmirik.
Mənbə: https://bit.ly/43BMjf0
Rus dilindən tərcümə etdi:
Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi),
Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü