Bu
sualın cavabı birmənalı deyil. ABŞ-dan soruşsaq cavab 196-dır, Rusiyadan
soruşsaq 197, Pakistandan soruşsaq isə 192-dir.
BMT-nin
nizamnaməsinə görə dünyada 193 dövlət var;
Beynəlxalq
Olimpiya Komitəsinin 205 üzvü var;
FİFA-nın
isə 211.
Bu
rəqəmlərə təsir edən bəzi maraqlı məqamlar:
-
Cənubi Koreya 192 BMT dövləti tərəfindən tanınır, lakin yeganə Şimali Koreya tərəfindən
tanınmır.
-
Çin Xalq Respublikası 15 ölkə tərəfindən tanınmır, daha doğrusu bu 15 ölkə Çin
olaraq Tayvanı qəbul edir. Bu 15 ölkə arasında Nikaraqua, Haiti, Paraqvay kimi
ölkələr var. Butan isə yeganə ölkədir ki, Çini heç bir şəkildə tanımır.
-
Türkiyə Kipri tanımır.
-
İsraili 28 ölkə tanımır.
-
Fələstini 138 ölkə tanıyır, 55 ölkə isə tanımır.
-
Kosovanı 97 ölkə tanıyır. Serbiya və digər ölkələr isə tanımır.
-
Səhrəvi Ərəb Demokratik Dövlətini 43 ölkə tanıyır. Mərakeş və digər dövlətlər
isə tanımır.
-
Cənubi Osetiya və Abxaziyanı cəmi 5 ölkə tanıyır. Onlar arasında Rusiya,
Venesuela və bu ölkələrin özləri var.
-
Somaliləndlə bir neçə ölkə diplomatik əlaqə yaratsa da heç kim tərəfindən
tanınnır.
-
Şimali Kipr Türk Cümhuriyyətini sadəcə Türkiyə tanıyır.
-
Pakistan yeganə dövlətdir ki, Ermənistanın müstəqilliyini tanımır. Bundan əlavə,
Türkiyə, Səudiyyə Ərəbistanı və digər 14 ölkə Ermənistanla diplomatik əlaqə
qurmur.
-
Eyni zamanda Pakistan, Türkiyə və Rumıniyadan sonra Azərbaycanın müstəqilliyini
tanıyan üçüncü dövlətdir.
Mənbə: https://www.facebook.com/m.beyli
https://az.wikipedia.org/wiki/Fayl:Worldmap_LandAndPolitical.jpg