Qorxmağa son!

 

(P.S. Tərcümə yazı- Azərbaycan Xalq Qəhrəmanları Səttər xan (1868-1914), Şeyx Məhəmməd Xiyabani (1880-1920), Seyid Cəfər Pişəvəri (1892-1947) və Ümummilli lider Heydər Əliyevin (10 may 1923- 12 dekabr 2003) əziz xatirələrinə ithaf olunur).

Mixael Laytman yazır:

    Həyatda biz daim nədənsə qorxuruq. Biz öz canımız və yaxınlarımızın həyatı üçün qorxuruq. Sağlamlığımızı, işimizi, pulumuzu, dostlarımızı itirəcəyimizdən qorxuruq... Amma başqa nələr olacağını heç vaxt bilmirsən. Halbuki ətrafa nəzər salsaq görərik ki, qorxu və narahatçılıq həyatın əsasını təşkil edir. Heyvanlar daim öz varlığına, yuvasına, nəslinə, sürüsünə əhəmiyyət verir. Yaşamaq onların bütün həyatıdır. Onlardan hansı həzz haqqında düşünür? Bizə elə gəlir ki, quş ağacın üstündə oturub oxuyur, ona görə ki, onun üçün hər şey yaxşıdır.

Mən “Faust” deyiləm

(tərcüməçi: Burada “Faust” İohan Volfqanq fon Hötenin fəlsəfi dram əsəri nəzərdə tutulur).

   Əslində biz həyatı heç anlamırıq. Elə bir canlı yoxdur ki, özünü daim narahat hiss etməsin. Əks halda bu yaradılış olmazdı. Axı, bütün yaradılışın əsası həzz almaq istəyidir. Ola bilməz ki, mən də “Faust” kimi həzzin zirvəsinə çatmışam və həyatımda başqa heç nəyə ehtiyacım yoxdur deyəm. Narahatlıq bizim daimi vəziyyətimizdir və heç vaxt bitməyəcəkdir. Deməli, məsələ narahatlıq və qorxudan necə qurtulmaqda deyildir. Cəmiyyətdə hər kəsə elə bir dəstək necə vermək olar ki, o, həmişə balanslı vəziyyətdə olsun. Belə ki, onun bütün təlaş və qayğıları elə bir səviyyədə olsun ki, onları idarə edə bilsin. Çaxnaşmasın, amma taleyinə də tam biganə olmasın. Baxmayaraq ki, təəssüf ki, bu gün belə insanlar daha çoxdur. Başqa sözlə desək, insan nəsli nəsildən-nəslə dəyişdiyi kimi, özünü dolandırmaq, ailə qurmaq, övlad böyütmək, həyatda irəliləmək üçün kifayət qədər qayğısı olmalıdır. Digər tərəfdən, o, özünü kifayət qədər inamlı və rahat hiss etməlidir, yəni onu dəstəkləyən müəyyən bir neytral tarazlıq nöqtəsi olmalıdır.

Biz qorxmağa çox öyrəşmişik

    Bu arada biz şüurumuzdan asılı oalmayaraq qorxu içində yaşayırıq, çünki buna öyrəşmişik. İnsan hər zaman ifrata varır. O, ya cəmiyyət haqqında eşitmək istəmir və ondan kimsəsiz adaya qaçmağa hazırdır, ya da əlinə silah alıb ətrafındakıları güllələyir. Bir vaxtlar var idi ki, qonşu küçədə nə baş verdiyi bizi qətiyyən   maraqlandırmırdı. Bu gün dünyanın o tərəfində baş verənlərlə maraqlanırıq, çünki bu bizə toxunur, bizə təsir edir.  Problemin kökü də buradadır. Qərar isə cəmiyyətin əlindədir.

Cəmiyyətdə insan dulusçu əlindəki gil kimidir

  İnsanın yaşadığı mühit ona 100% təsir edir. Ona görə də cəmiyyəti elə təşkil etməliyik ki, televiziya verilişləri və digər süni qorxu və təhdid ifadələri əvəzinə cəmiyyətdə insan sadəcə normal yaşasın. Bu, insandan həqiqəti gizlətmək, onu həyatdan ayırmaq və pis nəsə demək deyildir.  O, xəbərləri bilməlidir, lakin onlar adekvat şəkildə təqdim edilməlidir. Müasir dövrdə “qan sanki televizordan axır” kimi yox. Axı kimsə qəsdən bütün bu xəbərləri, qorxuları, təzyiqləri bizə təsir etmək üçün yaradır. Bunu nə qədər enerjili edirsə, bir o qədər diqqəti cəlb edir və bundan sonra özünü tanıtmaq üçün istifadə edir. Niyə biz ondan asılı olmalıyıq?

Əgər həqiqətən ciddi, həyatı dəyişən bir şey baş verərsə: sunami, vulkan püskürməsi, müharibə, ciddi iqtisadi problemlər, bu başqa məsələdir. Amma aldığımız xəbərlərin 100%-i olmasa da, 99%-i mənfəətdən başqa heç bir marağı olmayan məsuliyyətsiz insanlardan gəlir. Buna görə də, özünüzü lazımsız narahatlıqlara və narahatçılığa salmamaq üçün ümumi mühitdən gələn hər şeyi süzgəcdən keçirmək lazımdır. Axı onlar bizim üçün böyük daxili yüklənmələr və dəhşətli sensasiyalar yaradır. Xoş olmayan reaksiyalar şüuraltında yerləşir, bədənimizin müxtəlif sistemlərinə nüfuz edir, işlənir və yadda qalır. Bu həyəcanverici reaksiyaların sayı bu gün o qədərdir ki, təbii sistemlərimiz onları idarə edə bilmir.

Bununla bağlı nə etməliyik?

    Bu gün cəmiyyətimiz daha da pisləşib, daha eqoistləşib. Bu, xüsusilə uşaqlarda nəzərə çarpır. Artıq uşaq bağçasında uşaqlar arasında rəqabət yaranır. 3-4 yaşlarında oaln uşaqlar əvvəllər 8-9 yaşlarında olduğu kimi əqli cəhətdən inkişaf etmişlər. Əgər əvvəllər uşağa 6-7 yaşından həmyaşıdları lazım idisə, bu gün uşaqlar 2-3 yaşından bir-biri ilə oynayırlar. Onlar artıq sosial bacarıqlara sahiblənir, rəqabət aparmağa, istəkləri qəbul etməyə başlayırlar. Məktəb cəmiyyəti haqqında deyiləcək bir şey yoxdur: sinifin şəhzadəsi, qəhrəman, yaxın olan və ya uzaqlaşdırılmışlar .... 40-50 il əvvəl uşaqlar daha sadə idilər.

Buna nə qarşı praktik olaraq çıxa bilərikmi?

    Psixoloqların necə işlədiyinə baxın. Onlar insanları kiçik qruplarda toplayırlar ki, iştirakçılar bir-birini dəstəkləsinlər. Qarşılıqlı təsir edərək, içərisində mövcud olduqları bir növ qoruyucu divar qururlar. İnsanlar qorxulu heyvanlar kimi içəri girirlər, lakin qrupa qoşularaq bir-birlərini dəstəkləyirlər və özlərini daha inamlı hiss edirlər. Beləliklə, mühazirələr, seminarlar və dəyirmi masa müzakirələri vasitəsilə hər kəs üçün bir növ qoruyucu divara çevriləcək bir cəmiyyət formalaşdıra bilərik. Belə  cəmiyyətdə insanlar başqalarından təkcə müdafiə deyil, həm də yaxşı təsir alacaqlar. Məsələn, mənim müəllimim Barux Aşlaq yumoru çox sevirdi, ziddiyyətlərin birləşməsi birdən gülməli bir şeyə səbəb olan yaxşı bir zarafatla bitirdi. Həll edilməyən problem zarafatla gözlənilmədən birdən həll olunurdu. Düşünürəm ki, mehriban mühitlə yanaşı, yumor narahatlıq və təşviş üçün yaxşı bir dərman ola bilər. Əsas odur ki, biz buna sistemli şəkildə yanaşaq. Xeyirxah mühitə təkcə problemlərə ara vermək fürsəti kimi deyil, firavan yaşamaq üçün həyati bir vasitə kimi ehtiyacımız olduğunu dərk etməliyik.

Yazının mənbəyi: https://www.michaellaitman.com/ru/articles/hvatit-boyatsya/

Şəkillərin mənbəyi: wikipedia.az

İstinad: https://multiurok.ru/files/qorxmaga-son-mixael-laytman-yazir.html

Rus dilindən tərcümə:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü

 


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.