Şirvanda
“Heydər Əliyev - Əsrə bərabər ömür” adlı tədbir keçirilib-FOTOLAR
05
may 2023-cü il tarixdə Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Şirvan Şəhər İcra
Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatı, Şirvan Şəhər
Gənclər və İdman İdarəsi və Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı
ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər
Əliyev - Əsrə bərabər ömür” adlı tədbir keçirilib.
Öncə
tədbir iştirakçıları şəhərin mərkəzi meydanında ucalan Ümummilli lider Heydər
Əliyevin abidəsini ziyarət edib, Ulu öndərin əziz xatirəsinə ehtiram əlaməti
olaraq abidə önünə gül dəstələri düzüblər. Tədbirdə Ümummilli lider Heydər
Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın
azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi
Samit Həsənov tədbiri giriş sözü ilə açaraq bildirib ki, hər bir xalqın milli
azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin
dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən
taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət,
qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər
Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri
bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə
sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan
Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə
deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri
uğurla həll etmişdir. Ulu öndər Heydər Əliyev hər zaman xatırlanacaq, onun
parlaq siması qədirbilən insanların qəlbində yaşayacaq, əziz və unudulmaz xatirəsi
hər zaman xüsusi ehtiramla yad ediləcəkdir.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının
müavini Aynur Fərzəliyevaya çıxış edərək bildirib ki, Azərbaycan xalqının dövlətçilik
ənənələrinin formalaşdırılmasında, azərbaycançılıq məfkurəsinin mühüm elementlərinin
inkişaf etdirilməsində Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur.
Bütün ruhu, qanı, canı ilə Azərbaycana bağlı olan Ulu öndərin cəmiyyətin bütövləşməsi,
həmrəyliyin möhkəmləndirilməsi, xalqların və etnik qrupların mədəni müxtəlifliyininin
həm müdafiə, həm də inkişaf etdirilməsi, vahid amal ətrafında birləşdirilməsi
üçün çətin bir yol qət etdiyini diqqətə çatdırıb. İllər ötsə də Ulu öndərin hər
zaman qəlblərdə yaşayacağını vurğulayıb.
YAP Şirvan Şəhər Təşkilatının sədri Zahir
Qəhrəmanov çıxışında bildirib ki, müstəsna xidmətləri ilə əbədilik qazanan
Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz
ibrət məktəbidir. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi
ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter
almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu öndərin uzaqgörənliyi,
müdrikliyi, qətiyyəti, dəmir iradəsi və zəngin dövlətçilik təcrübəsi sayəsində
yüksələ bilmişdir.
Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin
direktoru Fəridə Yahyayeva çıxışında Azərbaycan gənclərinin günümüzün müasir,
inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında Ulu öndərin böyük,
əvəzedilməz xidmətləri olduğunu, müasir Azərbaycan gəncliyinin Ümummilli lider
Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən və məqsədyönlü gənclər strategiyasına
sadiqliyini diqqətə çatdırıb.
Sonda “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda videoçarx nümayiş olunub.
Mənbə:
https://tribunainfo.az/sirvanda-heyder-eliyev-esre-beraber-omur-adli-tedbir-kecirilib-fotolar/