Azərbaycan alimi Özbəkistanın ali məktəblərində Azərbaycanın tarixi və ədəbiyyatı ilə bağlı mühazirələr oxuyub

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycanın mədəniyyəti, incəsənəti, ədəbiyyatı və tarixinə aid mövzuların Özbəkistan ali məktəblərinin tədris proqramlarına salınması layihısi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, dosent Kərəm Məmmədov Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti (DDPU) tarix fakültəsinin tələbələrinə Azərbaycan və rus dillərində mühazirələr oxuyub. Mühazirədən əvvəl tarix fakültəsinin dekanı, professor Lola Babaxodjaeva Kərəm Məmmədovla görüşüb. Dekan tarix fakültəsi haqqında məlumat verib, tələbələrin hazırlıq səviyyəsindən söz açıb. Lola Babaxodjaeva Azərbaycan mədəniyyətini, adət-ənənələrini, Türk dövlətlərinin tarixi ilə dəqindən maraqlandığını diqqətə çatdırıb. Kərəm Məmmədov BDU və çalışdığı tarix fakültəsi haqqında söhbət açıb, gənclərin tarixlə maraqlanmalarını müsbət hal kimi dəyərləndirib. Sonra K.Məmmədov fakültədə çalışan qocaman akademik, arxeoloq Axmadali Askarov, kafedra müdirləri-“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov və Yakubjon Tayronovla görüşüb. Dossent Kərəm Məmmədov mühazirələr zamanı tələbələrə Azərbaycan tarixi ilə bağlı məlumat verib. Mühazirəsində bütövlükdə Türk xalqları arasında maddi və mənəvi mədəniyyətin səviyyəsi haqqında söhbət aaçan azərbaycanlı alim, etnoqrafik səpkili məlümatlarda türk xalqlarının azman ağacının budaqları olduğunu diqqətə çatdırıb, Azərbaycan və özbək xalqları arasındakı qədim tarixi bağlar, qədim mənəvi dəyərlər haqqında söhbət  açıb. Kərəm Məmmədov qəzetin müxbiri ilə söhbətində bildirib ki, Azərbaycan aliminin tələbələr  qarşısında mühazirələr oxuması həm özbək, həm də rus qrupunun tələbələri üçün gözlənilməz olduğu qədər də maraqlı idi. Düzü mən mühazirələrin belə maraqla qarşılanacağını gözləmirdim ancaq fakt budur ki, tələbələr məni auditoriyadan buraxmaq istəmirdilər, müxtəlif suallar verirdilər, elə tələbə vardı ki, 3-4 sual verirdi. Tələbələrin biri daha aktiv idi, çox xoşuma gəldi, ona magistraturanı gəlib Bakıda oxumağı təklif etdim. Tələbələrin ümumtürk dünyasına və Azərbaycana olan marağı həqiqətən məni heyrətləndirdi, Azərbaycan, Qarabağ problemi ilə bağlı bilgiləri də kifayət qədər idi, bununla belə yeni məlumatlar almaq istəyirdilər. Mən bu haqda da ətraflı məlumat verdim.

Mənbə: https://bit.ly/42v9p6p


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.