Ezop (təqribən e.ə. 620 - e.ə. 564) Qədim yunan
təmsil ustasıdır. Ezopun real şəxsiyyət, yaxud ümumiləşdirici obraz olması
indiyə qədər məlum deyil. Onun bioqrafiyası qeyri-müəyyəndir. Ən inandırıcı
versiyaya görə, o kölə olub və sonradan ona azadlıq verilib. Lakin ağası onu şərləyərək, qızıl kuzə oğurlamaqda
günühlandırıb, yenidən kölə olması müqabilində ona həyat vəd edir. Ezop
azadlığı üstün tutaraq ölümü qəbul etmişdir.
“Ezop
nağılları” e.ə. 620-564-cü illər arasında Qədim Yunanıstanda yaşadığı güman
edilən qul və təmsilçi Ezopa aid edilən təmsillər toplusudur. Müxtəlif mənbələrdə,
onun adı ilə bağlı hekayələr bir sıra müxtəlif
qanaqlar vasitəsilə günümüzə qədər gəlib çatmış və müxtəlif şifahi, eləcə
də bədii mediada şərh edilməkdə davam edir. Ən inandırıcı versiyada deyilir ki,
Ezop Delfililər (qədim Yunan şəhərinin sakinləri) tərəfindən azad edilmiş və
öldürülmüş bir quldur. Ezopun anadangəlmə qüsurlu olması, hiyləgərliyi, müdriklər
və kahinlərlə anlaşılmaz əlaqələri uydurmadır. Ezop hikmətin heç vaxt çox
olmadığını dərk edənlərdəndir. Onun təmsilləri həyatın ən mürəkkəb problemlərini
şərh edir.
Quyruqsuz
tülkü
Tülkü bir gün tələdə quyruğunu itirdi və belə bir
utancla yaşamasının mümkün olmadığını başa düşdü. Sonra o, öz qüsurunu gizlətmək
üçün bütün digər tülküləri də eyni şeyi etməyə inandırmaq qərarına gəldi. O,
bütün tülküləri toplayaraq onları quyruqlarını kəsməyə inandırmağa başladı:
birincisi, çirkin olduqları üçün, ikincisi, yalnız əlavə yük olduğu üçün. ... Lakin
tülkülərdən biri buna belə dedi: “Eh, sən! Əgər bu sənin xeyrinizə olmasaydı,
bizə belə məsləhət verməzdin”. Təmsil qonşularına təmiz ürəkdən deyil, öz mənfəətləri
üçün məsləhət verənlərə aiddir.
Qaban, at və ovçu
Qaban
və at eyni otlaqda otlayırdılar. Hər dəfə qaban atın otunu korlayır, suyu
bulandırırdı. At isə qisas almaqda üçün kömək üçün ovçuya üz tutdu. Ovçu dedi:
“..o zaman sənə kömək edə bilərəm ki, cilov taxıb məni kürəyinə mindirəsən. At razı oldu. Ovçu onun
üstünə atladı və qabanı ovladı. Atı aparıb bir dirəyə bağladı. Çoxları əsassız qəzəblənərək, düşmənlərindən
qisas almaq istəyiblər, özləri isə başqalarının hakimiyyəti altına düşmüş olublar.
Oxuyan quş
Quş tələyə düşdü və ağlayaraq dedi:
“Yazıq mən və bədbəxt quşcuğaz!
Nə qızıl, nə gümüş, nə də dəyərli başqa bir şey oğurlamamışam - kiçik bir çörək
dənəsinə görə ölümü qəbul edirəm. Təmsil kiçik bir qazanc üçün böyük təhlükəyə
məruz qalanlara aiddir.
İt və ilbiz
Bir
itin yumurta udmaq vərdişi var idi. Bir dəfə o, bir ilbiz gördü, onu yumurta sandı,
ağzını açıb bir udumla uddu. Ancaq qarnında ağırlıq hiss edərək dedi: “Bu, mənə azdır, mən dəyirmi olan hər şeyin yumurta olmadığını bilməli idim”. Təmsil
bizə öyrədir ki, bir işi düşünmədən öhdəsinə götürən insanlar bilmədən özlərini
pis vəziyyətə salırlar.
Köstəbək
Kor
məxluq olan göstəbək
bir dəfə anasına dedi: “Gördüm!” Ana, övladını yoxlamaq qərarına gəldi və ona bir buğda dənəsi
verdi və soruşdu ki, bu nədir? Köstəbək cavab verdi ki, bu daşdır. Ana dedi: “Övladım, nəinki görmədin, həm də
qoxunu da itirdin!” Beləliklə, bəzi lovğalar
qeyri-mümkün olanı vəd edirlər, halbuki özləri kiçik şeylərdə belə gücsüz
olurlar.
Aslan və uzunqulaq
Şir
və eşşək birlikdə yaşamaq qərarına gəlib ova çıxdılar. Onlar vəhşi keçilərin
yaşadığı bir mağaraya gəldilər. Aslan qaçan keçiləri tutmaq üçün girişdə qaldı.
Eşşək isə içəri
girib onları qorxutmaq və qovmaq üçün anqırmağa başladı. Şir artıq bir neçə
keçi tutanda eşşək onun yanına gəlib soruşdu: Mən yaxşı düyüşürəmmi, keçiləri yaxşı
qorxuda bilirəmmi? Şir cavab verdi: “Əlbəttə! Sənin eşşək olduğunu bilməsəydim
özüm də qorxardım”. Beləliklə, bir çoxları onları yaxşı tanıyanların qarşısında
öyünür və buna görə gülüş obyektinə çevrilirlər.
Canavar və keçi
Canavar
uçurumun üstündə otlayan keçi gördü; ona yaxınlaşa bilmədi və aşağı enməsi üçün
yalvarmağa başladı: orada, yuxarıda, təsadüfən yıxıla bilərsən, amma burada çəmənlik
var, otlar da yamyaşıl.. Amma
keçi ona cavab verdi: “Xeyr, məsələ yaxşı otlaqda deyil, sənin yeməyə heç nəyin
yoxdur”. Beləliklə, pis insanlar ağıllı insanlara qarşı pislik qurduqda,
onların bütün düzənləri faydasız olur.
Yalançı
Bir kasıb adam xəstələndi və özünü çox pis hiss edərək,
allahlara əhd etdi ki, əgər onu sağaldacaqlarsa, onlara bir öküz qurban verəcəkdir.
Tanrılar onu sınamaq istədilər və dərhal ona sağlamlıq verdilər. Kasıb yataqdan
qalxdı, amma öküzü olmadığı üçün piydən
yüz öküz hazırlayıb qurbangahda yandırdı: “Ey allahlar, əhdimi qəbul edin!
Tanrılar onu hiylə ilə aldatma yolu ilə mükafatlandırmaq qərarına gəldilər və
ona bir yuxu göndərdilər və yuxuda dəniz sahilinə getməyə işarə etdilər - orada
min qızıl pul tapacaqsan deyilirdi. Adam sevindi və sahilə qaçdı, amma orada dərhal
quldurların əlinə düşdü və onu aparıb kölə kimi satdılar. Təmsil hiyləgər insanlara aiddir.
Pişik
və toyuqlar
Pişik quş damında toyuqların xəstə olduğunu eşitdi.
Həkim kimi geyindi, tibbi alətlər götürdü və toyuq hininə gəldi. Qapıda
dayanaraq toyuqlardan özlərini necə hiss etdiklərini soruşdu? “Əla! toyuqlar söylədilər,
amma sən ətrafınızda olmayanda”. Müdrik insanlar arasında özlərini yaxşı kimi göstərənlər
olur və onları hamı tanıyır.
Pişik
və siçanlar
Bir evdə çoxlu siçan var idi. Bundan xəbər tutan
pişik orada peyda oldu və onları bir-bir tutub yeməyə başladı. Siçanlar tamamilə
ölməmək üçün yuvalarında gizləndilər və pişik onları tuta bilmədi. Sonra hiyləgərliklə
siçanları şirnikləndirməyə qərar verdi. Bunun üçün o, özünü ölü kimi göstərdi.
Amma siçanlardan biri bayıra baxdı, onu gördü və dedi: “Yox, əzizim, çuval kimi
görünsən də, mən sənin yanına gəlməyəcəyəm”. Təmsil göstərir ki, ağıllı insanlar kiminsə hiyləsini
yaşayıb, bir daha aldanmağa imkan verməzlər.
İlan
və yencək
İlan və xərçəng bir yerdə yaşayırdılar. Xərçəng
ilanla mehriban davranırdı, ilan isə pis niyyətli və məkrli idi. Xərçəng dəfələrlə
ilandan pis niyyətini ondan gizlətməməyi xahiş etdi, lakin ilan qulaq asmadı. Xərçəng
əsəbiləşib, yatdığı zaman ilanın
boğazından tutub onu boğdu və söylədi:”
Ah, əziz dost nə qədər söylədim fikir vermədin!”.
Bu təmsil həyatı boyu dostları ilə pis rəftar edən, öldükdən sonra isə yaxşı əməlləri
ilə öyünən insanlara şamil edilə bilər.
Gombul
tülkü
Ac tülkü çobanların qoyub getdiyi ağacın çuxurunda
çörək və ət gördü. O, çuxura dırmaşdı və hər şeyi yedi. Amma onun bədəni
şişmişdi, çıxa bilmirdi, inildəməyə başladı. Başqa bir tülkü onun iniltisini
eşitdi və yaxına gələrək nə baş verdiyini soruşdu. O, nə baş verdiyini biləndə
söylədi: “ Gözlə, bura girəndə necə idinsə o vəziyyətə düşəcəksən sonra çıxmaq
asan olacaq”. Təmsil çətin vəziyyətlərin zamanla asanlaşdığını göstərir.
Hazırda Ezopun 426-ya qədər təmsili qorunub
saxlanılmışdır.
Mənbə: https://bit.ly/3MGAqPa
Rus dilindən tərcümə etdi:
Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi),
Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü
İstinad: https://multiurok.ru/files/ezop-t-msill-ri.html