Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd
edilir. Bu gün Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə
təsis edilmişdir və əsas məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol
oynadığını göstərməkdir. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar
arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis
olunmuş bu gün hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər
Günü “Muzeylər, Dayanıqlılıq və Rifah” mövzusuna həsr olunub. Beynəlxalq Muzeylər
Günü ilə əlaqədar insanların asudə vaxtının səmərəli təşkili, onların muzey müəssisələri
vasitəsilə Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmalarının təmin
edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin
tabeliyində fəaliyyət göstərən muzeylərdə “Açıq qapı” günü elan olunur.
Beləliklə, vətəndaşlar və ölkəmizin qonaqları 18 may tarixində ödənişsiz olaraq
muzeyləri ziyarət etmək imkanı əldə edəcəklər.
Mənbə: bit.ly/3IkS34y