Bu günlərdə təkcə Türkiyənin deyil, bütün türk
dünyasının fəxri olan məşhur Türk Hava Yolları yarandığı günün (20 may 1933) 90
illiyini qeyd etdi. Bununla əlaqədar olaraq, bu aviaşirkətin loqosu ilə bağlı
maraqlı bir əhvalatı sizinlə, əziz oxucularla bölüşmək istəyirik. 1961-ci ildə
Türk Hava Yollarının orijinal simvolizm yaratmaq üçün elan etdiyi müsabiqədə
istedadlı türk dizayneri Məsud Manioğlunun əsəri qalib gəlir. Loqonu yaradan Məsud
Manioğlu ilhamı təbiətdə axtarırdı və vəhşi qazlar onun diqqətini çəkdi. Bu köçəri
quşlar 9 km-dən çox hündürlükdə minlərlə kilometr qət edə bilirlər. Digər uçan
canlılarin əksəriyyəti belə yüksəklikdə heç nəfəs ala bilməzlər! Dizayner vəhşi
qazın obrazını bir çox şəkillər içindən araşdıraraq, hamıya məlum olan loqotipi
yaratdı. Bu quşların zərifliyi, gücü və uzun məsafəyə uça bilmək qabiliyyəti müştərilərin
tələblərinə tam uyğun gəlirdi. Beləliklə, innovativ, etibarlı və uzun məsafəyə
uçmaq aviaşirkət üçün yaddaqalan simvola çevrildi. Məsud Manioğlunun loqosu həm
də bacarıqlı dizaynerin istedadını üzə
çıxardı. Loqotipi öz oxu ətrafında çevirsəniz, üzərindəki vəhşi quşun araşdırılmış
təsviri t-h-y hərflərinə çevrilir, yəni loqo həm də
Türk Hava Yolları (THY) aviaşirkətinin abbreviaturasını nəfis şəkildə təkrarlayır.
Qaynaq: https://www.turantoday.com/2023/05/turkish-airlines.html
Rus dilindən tərcümə:
Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi),
Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü
Daha ətraflı:
https://multiurok.ru/files/bu-maraqlidir-turk-hava-yollarinin-maraqli-loqosu.html