Şirvan şəhər 11 №-li tam orta məktəbdə ədəbi-bədii gecə keçirildi

 

 Bu gün 25 may 2023-cü il tarixində Şirvan şəhər 11 № -li tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi İbrahimova Pərvin, ingilis və rus dili müəllimi Abbasova Esmiranın təşkilatçılığı ilə görkəmli Azərbaycan ədibləri Səməd Vurğunun və Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirildi. S.Vurğunun “Vaqif ” dramı, H. Cavidin “Ana faciəsi” əsərlərindən müxtəlif mövzularda şeirlər şagirdlərin (5 C sinif şagirdi-Bünyatzadə Zülfüqar, 7 B  sinif şagirdləri- Əliyeva Nigar, Əliyeva Mehriban, 8 A sinif şagirdi -Nəcəfova Zəhra, 8 B sinif şagirdləri-Qurbanlı Şəhrizad, Bünyatov Əli) ifasında Azərbaycan, rus və ingilis dillərində səsləndirildi, ədiblərin əsərlərdən obrazlar ( 8 A sinif şagirdləri- Nəcəfova Zəhra, Nəcəfli Əli, Quliyev Eldar, Ələkbərzadə Əli, 8 B sinif şagirdləri-Bünyatov Əli, Əskərli Aysel, Verdiyev Amil, Paşayev Taleh, Sarıyev Kənan, Novruzlu Yusif, Vəlizadə Yunis, Əmiraslanov Fərid)  canlandırıldı. Məktəbin istedadlı rəqqasları ( 5 C sinif şagirdləri- Mirzəzadə Zəhra, Abbaslı Nuray, Dadaşov Nicat)  öz rəqsləri ilə tədbirə rəng qatdılar.


Şagirdlərimizi səhnə geyimləri ilə təmin etdiyi üçün Şirvan şəhər Mədəniyyət Evinin müdiri Namini Nəmidə xanıma xüsusi minnətdarlıq.

#EduAz #Şirvan-SalyanRTİ

Ətraflı:

https://www.facebook.com/seyyub.asadov/posts/pfbid0CENpU6UTMsA47MgSf3NdK9ejTuiqgXVF3Yfz23V4b87jft2LALgR7fcw8C9VxxS7l


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.