Şahlar Əsgərov, professor, əməkdar elm xadimi yazır: “Başımıza gələn müsibətlərin kökündə tərbiyədə buraxdığımız səhvlər durur...”

 

“Hər bir uşaq məktəb həyatı keçməlidir. Məktəb həyatı təkcə təhsil vermir, eyni zamanda, bu, yüksək tərbiyə ocağıdır”.  Heydər Əliyev                               

    “Məktəbəqədər təhsilin fəlsəfəsinə dair...” adlı məqaləm Moderator az. saytında (//www.moderator.az/news/175337.html) çap olunmuşdu. O zamanları Parlamentdə “Məktəbəqədər təhsil haqqında” qanun layhiəsi müzakirəsi edilirdi. Bu qanunla təhsilimizə möhkəm bünövrə qoyulurdu. Bu yazı ilə mən də müzakirələrə dolaysı ilə qoşuldum.  Məqsədim cəmiyyətdə kök atmış “mən” düşüncəsini təhsil və tərbiyə vasitəsi ilə “biz” düşüncəsinə  çevirmək idi. Hesab edirəm ki, “mən” düşüncəsində totalitarlıq, ”biz” düşüncəsində isə liberallıq vardır. “Biz” kəlməsinin hikməti böyükdür. ABŞ-ın 44-cü prezidenti Barak Obama 45-ci prezident Donald Trampa xeyir-dua məktubunda yazmışdı: "Amerika hansısa bir şəxsin layihəsi deyil. Bizim demokratiyada ən güclü söz "biz" kəlməsidir”. Üstəlik Obama "biz xalqıq" (ABŞ Konstitusiyasının ilk sözləri), "biz qalib gələcəyik" (məşhur ingilis xalq mahnısı) fikrlərini də məktuba əlavə etmişdir. Yeri gəlmişkən qeyd edim ki, Heydər Əliyevin 80 illik yubleyinə həsr etdiyim  “Təhsilimiz Dünən bu Gün və Sabah” (Bakı-2003) kitabımın 93-cü səhifəsində, B.Obamanın istinad etdiyi “Biz qalib gələcəyik” (We shall overcame)  xalq mahnısı 15 il öncə çap edilmişdi:

Biz qalib gələcəyik

Bir gün  gələcək ki,

Biz qalib gələcəyik!

 Qısası, hər yerdə, hər işdə qalib gəlmək üçün  “mən” yox, sehrli “biz” kəlməsindən istifadə etsək yaxşıdır. “Biz” düşüncəsini tərbiyə vasitəsi ilə uşaqlara ötürməliyik.  “Mən” düşüncəsi inişafımızı ciddi ləngidir. Qohumluq, yerliçilik, rüşvət “mən” düşümcəsindən qidalanır. Eşitdiyimə görəABŞ -da deyirlər: “biz uşaqlarımızın xöşbəxliyi qədər, xoşbəxtik. Uşaqların düzgün tərbiyyəsi cari məsələ deyil, xüsusi əhəmiyyət daşıyan məsələdir.  AR Prezidenti İlham Əliyev YAP-ın 7-ci qurultayında (5.03.21) tərbiyə ilə bağlı dəyərli fikirlər söylədi: “Gənc nəslin tərbiyə edilməsi hər bir dövlət üçün xüsusi əhəmiyyət daşıyan məsələdir. O ölkələrdə ki, bu məsələyə fikir verilmir, o ölkələr vaxt keçdikcə böyük problemlərlə üzləşə bilərlər. Çünki dünyada gedən proseslər deməyə əsas verir ki, bəzi yerlərdə bu proses kortəbii şəkildə aparılır. Belə olan halda, əlbəttə ki, gələcəkdə - 10 ildən, 20 ildən sonra çox ciddi problemlər yaşana bilər. Əgər gənc nəsil tərbiyə edilməsə, əgər gənc nəslə ümumbəşəri dəyərlər aşılanmasa, o zaman gələcəkdə problemlər qaçılmazdır.” Uşaq böyüdükcə həm lazımı biliklərə yeyələnməli, həm də tərbiyə almalıdır. Zənimcə öyrətmə prosesinin subyekti öyrəncninin özü, valideyini və öyrətməndir. Tərbiyə prosesinin subyekti isə valideyin və öyrətməndir. Biliyin qiymətləndirilməsi ilə bağlı silsilə məqalələrimdə təhsilin keyfiyyətinə nəzərət etmək üçün “keyfiyyət faktoru” adlı meyarından istifadə edilmişdir. Ənənəvi qiymətləndirmə meyarından fərqli olaraq, bu meyar öyrəncinin bildiyinin bilmədiyinə olan nisbəti ilə ölçülür. Bu meyar üzbəüz (öyrənci-müəllim) qiymətləndirmə üsulu qədər, ideal qiymətləndirməyə daha  yaxındır. Çünki, öyrəncinin bilmədikləri də qiymətləndirmədə nəzərə alınır. Təhsil sisteminin təməl pilləsi məktəbəqədər və  ilk təhsildir. Bu pilləni də düzgün qurmaq üçün onun  mahiyyətini anlamaq, başqa sözlə onun fəlsəfəsini bilmək lazımdır. Bu fəlsəfəni yaratmaq üçün  yeni anlayışa ehtiyac vardır. Bu işdə “keyfiyyət faktoru” meyarından istifadə etmək olar. Tərbiyə fenomeni milli- bəşəri sosial hadisə olduğundan bu meyar  kamillik meyarı adlandırılmışdır.Bu meyar  ictimai mənafenin şəxsi mənafeyə olan nisbəti ilə ölçülür və geniş intervalda dəyişir. Təzə doğulan körpənin kamilliyi sıfır, ancaq hər şeyi bilən və hər şeyi görən (hakimi Mütləqi) Allahın kamilliyi sonsuzdur. Tərbiyə və təhsil vasitəsi ilə kamillik faktorunun qiymətini artırmaq olar. Və ya tərbiyə verməməklə məxrəci artırıb, kamilliyi azaltmaq olar. Düsturundan görünür ki, nisbət nə qədər böyük olsa, cəmiyyət kamilləşər, nə qədər kiçik olarsa cahilliyə doğru gedər.   Təqribən 50 il öncə məktəblərdə şagirdlərin tərbiyəsi də qiymətləndirilirdi. Güman edirəm ki, bunun  tədris planlarından çıxardanlar, konspiroloji niyyətlə milli mənafeyə yox, istismarçı qüvvələrin mənafesinə qulluq ediblər. Şərq dünyasında tərbiyə məsələsi əsrlər boyu  diqqət mərkəzində olub. Kamil insan yetişdirmək İslam mədəniyyətinə və tarixi təcrübəyə əsaslanır. Hz. Məhəmmədin ”Allah əxlaqı ilə əxlaqlanın” kəlamı qiymətli örnəkdir…İslam mədəniyyətinin kristallaşmış tərbiyə müddası çox sadədir: ”5 yaşına kimi uşağa qul ol; 5-15 yaş arası uşağı qul et; 15 yaşdan sonra uşaqla dost ol”. Bu yanaşmalar bu gün üçün də yetərlidir. Qərbdə bu məsələ gec başlasa da, elmi əsaslarla həll edilir. Yüz illər öncə V. Hüqo demişdir ki, uşaqları tərbiyə etmək üçün, anadan yox, nənədən başlamaq lazımdır. Bu niyyətlə dayə praktikasından imtina edilib, məktəbəqədər təhsil müəssisələri açıblar. Dayə tərbiyəsi ilə evdə böyüyən uşaq düşünər ki: “qələm məmimdir”, “ana mənimdir” və bunun kimi.  Ancaq uşaq bağçasıda sosiallaşan uşaq “sinif bizimdir”, ”lövhə bizimdir”, “müəllim bizimdir” - düşüncəsi ilə böyüyür.    Beləliklə, son yüz illərdir ki, Qərbdə təhsilin və tərbiyyənin bünövrəsi əsasən elmi əsaslar üzərində qurulub. Jean Piajetə (Jean Piaget) görə uşaqda düşüncə 2 yaşından başlayır və 7 yaşına kimi inkişaf edir. Bu da məlumdur ki, uşaqların 10-11 yaşlarına qədər öyrəndikləri biliklər sərt yaddaşa yazılır.  Bu yaş dövründə tərbiyəvi müddaların (bu müddaların hamısı milli dəyərlərin toplumudur) bərk yaddaşa yazılır. Misal üçün “əsla yalan danışma”, “haram yemə”, “oğurluq etmə”, ”danışanın sözün kəsmə” və ya “zamana hörmət elə”  kimi 15-20 tərbiyyə müddalarını uşaqların sərt yaddaşına yaza bilsək, gələcəkdə cəmiyyətimiz daha rahat yaşayar. Bu niyyətlə nümunə kimi Yapon Tərbiyə Manafestindən də istifadə edərək öz təbiyyə sisemimizi yaratmalıyıq. “Məktəbəqədər  təhsilin fəlsəfəsinə dair...”  adlı məqalədə yazılmışdı:  “Bizdə orta təhsil müəsisələri Qərbin möhtəşəm məktəbləri ilə müqayisədə “alaçıq,  yurt” tiplidir, bünövrəsizdir. Cəmi beş uşaqdan biri məktəbəqədər təhsil müəssisələrinə gedir. Finlandiyada bu göstrici  90, Kanada isə 85 %-dir. Bu günlərdə KİV-lər ürəyi dağlayan xəbər yayıldı ki, ölkədə 500 uşaq bağçası başqa təyinatla fəaliyyət göstərir. Bu yerdə A. Makerenkonun dəyərli fikri yada düşür: “Uşaqlar bizim gələcəyimizdir. Düzgün tərbiyyə - bizim xoşbəxt gələcəyimiz, səhv tərbiyyə- bizim gələcək bəlalarımız, göz yaşlarımız və bizim başqa insanlar qarşısında günahımızdır”. Günahımız böyükdü, düzəltmək lazımdır. Şükürlər olsun indi vəziyyət belə deyil. Diqqətlə təhlil etsək görərik ki, başımıza gələn müsübətlərin kökündə tərbiyədə buraxdığımız səhvlər durur. Məlumdur ki, insanları ictimai  və şəxsi mənafe daşıyıcıları olmaqla iki qrupa bölünürlər. Ancaq zaman və mühit düşüncəni dəyişə bilər. Eqoisti alturistə və ya tərsinə, alturisti eqoistə çevirə bilər. Hesab edirəm ki, təhsil siyasətinin əsas  məqsədi ictimai mənafe ilə yüklənən gənclər yetişdirməkdir. Bu konsepsiyaya görə təhsil “mən”-im  mənafeimi yox, “biz”-im mənafemizi qorumağı öyrətməli və  tərbiyə etməlidir. Qoca tarixə diqqət yetirə, görərik ki, bəşəriyyət ictimai mənafenin artımı istiqamətdə inkişaf edir.  Poperə görə bəşəriyyətin tarixi yoxdur. Ancaq bu fikirlə  razılaşmaq olmur. Hesab edirəm ki, bəşəriyyətin tarixi var.  Düşüncəmə görə “bəşəriyyətin tarixi - ictimai mənafenin inkişaf tarixidir”. Tarix, ictimai mənafe daşıyıcılarını da yadda saxlayır. Yüz il öncə neft baronlarımız çox olub, ancaq tarix yalnız  H. Z. Tağıyevi yadda saxlayıbdır. Dastan qəhramanlarımızın hamısı (Koroğlu, Qaçaq Nəbi və digərləri ) ictimai mənafe daşıyıcılarıdır. Tarix, oliqarxları yadda saxlamır. Kamillik faktorunun işığında şahmat oyununa baxsaq görərik ki, şahmat şəxsi mənafeni inkişaf etdirir. Oyun əqli inkişaf etdirsə də, düşüncədə insanı şəxsi mənafe daşıyıcısına çevrir. İngilislər futbolu (və bunun kimi bir neçə digər oyunları) elə bu səbəbdən ixtira ediblər ki, ictimai mənafe daşıyıcılarının sayını artırsınlar. Uşaq təhsilinin  başqa sözlə, məktəbəqədər və ilk məktəb (dilim gəlmir bu bünövrə məktəbə “ibtidai məktəb” deyim) təhsilinin fəlsəfəsinin mərkəzi müddası belə olmalıdır ki, şəxsi mənafe ilə doğulan uşaq böyüdükcə və təhsilləndikcə sosiallaşaraq “mən”-dən ”biz” düşüncəsinə keçə bilsinlər. Əlavə edim ki, şahmat, güləş, boks, muğam oxumaq və bunun kimi digər idman və mədəniyyət hadisələri Şərq düşüncəsinin məhsuludur və fərdi qabiliyyətləri inkişaf etdirir. Amma, futbol, voleybol, xor oxumaq və bu kimi başqaları Qərb düşüncəsinin məhsuludur və ictimai düşüncəni inkişaf etdirir. Bu mədəniyyətlər fərqi, fərqli düşüncəli toplum yaradılmasının əsas səbəbidir. İdmana rəhbərlik edənlərdən buri mətbuatda  “bizimkilər futbol oynaya bilmirlər”-demişdir. Bizimkilər əla futbol oynaya bilər, əgər   “mən” düşüncəsindən imtina etib, “biz” düşüncəsini qəbul edə bilsələr. Deyilənlərdən bu nəticəyə gəlmək olar ki, məktəbəqədər təhsil pilləsi üçün təhsilin məzmununa yenidən baxılmalıdır. İdman dərslərində şahmatla, güləşlə, boksla müqayisədə futbola, volibola (və bu kimi oyunlara) üstünlük verilməlidir. Musiqi dərslərində mahnı oxumaqdan daha çox, xor oxumağa, rəqsdə “vağzalı”dan daha çox, ”yallı” oynamağa üstünlük verilərsə, fərdi keyfiyyətlərlə müqayisədə, ictimai keyfiyyətlər daha çox inkişaf edər. Bu il “Heydər Əliyev ili” olduğundan məqaləyə ulu öndərin “Hər bir gənc əsaslı təhsil almalıdır. Hər bir gənc müasir həyatın tələblərini mənimsəməlidir. İqtisadiyyat və siyasət sahələrində, sosial sahədə bütün yenilikləri, dünyada gedən prosesləri bilməlidir”  aforizmi ilə məqaləyə nöqtə qoyuram. Ancaq rus etnopedaqoqu Q. Volkovun vaz keçə bilmədiyim bir fikrini də məqaləyə əlavə edirəm: “Xalqı ən təmiz halda uşaqlar təmsil edirlər. Uşaqlarda millilik ölərsə, bu artıq millətin ölməyə başlaması deməkdir”.

Bu fikirdən çox dəyərli nəticə çıxarmaq olar: Millət öz uşaqlarının təlim və tərbiyəsini heç bir xarici ölkəyə etbar etməməlidir.                                                                                                               

Şahlar Əsgərov, professor, əməkdar elm xadimi

Mənbə:

bit.ly/3J7H13w

Hazırladı:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü

 


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.