Monqol
İmperiyasının ilk paytaxtı (1235-1260-cı illərdə) Qaraqorum bərpa olunacaq. Bu
barədə Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux fərman verib. “Böyük İmperator
Çingiz xanın (1162-1227) anadan olmasının 860 illiyi münasibətilə Monqolustan
Prezidenti Böyük Monqol imperiyasının paytaxtı Qaraqorum şəhərinin Orxon
vadisindəki tarix-mədəniyyət abidəsində bərpa olunması haqqında sərəncam
imzalayıb”. Yerli News.mn qəzeti cənab Xurelsuxun bugünkü çıxışından sitat gətirir.
Prezident bildirib ki, Qaraqorum yeni sosial-iqtisadi, mədəni və mənəvi inkişaf
mərkəzinə çevrilə bilər. Monqol imperiyası dövründə paytaxt dünya
sivilizasiyalarını və dinlərini birləşdirə bilib, “şəhər müharibəsiz, münaqişəsiz
sülh şəraitində mövcud olub” deyə prezident bildirib. Hazırda Qaraqorum
Xarxorum samonunun seyrək məskunlaşan mərkəzidir. Onun ərazisində Xarxorum
muzey kompleksi yerləşir. Qaraqorum şəhəri Monqolustan Respublikasının payraxtı
Ulan-Batordan şərqə doğru 350 km məsafədə yerləşir.
Qara-Qorum
sözü (türk dilində qara-böyük, qorum-qorunan deməkdir). Bu şəhər orta əsrlərdə
Çingiz xan imperiyasının paytaxtı olmuşdur. Böyük Xan Temuçin (Çingiz xan) parlaq taktik - strateq, bacarıqlı sərkərdə və
Ali Monqol Xaqanlığının (türkcə,
Mengu-el: Əbədi Qüdrət) imperiyasının banisidir. O, köçəri (türk və monqol)
xalqlarının Avrasiya üzərində çoxəsrlik hökmranlığının əsasını qoymuşdur.
Çingiz xan həm də böyük qanunvericidir, o, məcburi qaydalar toplusu “Yasa”
(türkcə: qadağa) tərtib etmişdir. Oqtay xaqan Ali Monqol Xaqanlığının
(Mengu-el) imperiyasının ikinci böyük
xanı Çingiz xanın oğludur. Quyuk xan Oktay xaqanın oğlu olmuşdur. Menqü xan
Çingiz xanın nəvəsidir. Müasir türk xalqları haqlı olaraq Çingiz xan
imperiyasını özlərinin tarixi irsi hesab edirlər.
İstifadə
edilmiş resurslar:
1.https://news.mail.ru/politics/54489409/?frommail=1
2. https://multiurok.ru/files/monqolustan-prezidenti-cingiz-xanin-paytaxtinin-b.html
3. https://www.turantoday.com/2022/12/qara-qorum.html
Hazırladıi:
Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin
tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil”
Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası
qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli
Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar
üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi
metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil
Şurası” İB-nin İdarə Heyətinin üzvü