Məktəb mühafizəçisinin vəzifə təlimatı

 

Məktəb mühafizəçisinin vəzifə təlimatı

1. Ümumi müddəalar:

1.1.Mühafiəzəçi   texniki  işçilər kateqoriyasına aiddir.  

1.2. Mühafizəçi vəzifəsinə (P.S. uyğun ) ??????????? şəxs təyin edilir. 

1.3. Mühafizəçi  vəzifəsinə   təyin etmə  və vəzifədən azad  etmə  müəssisənin   təsərrüfat işləri üzrə  vəzifəli şəxsin  təqdimatı  ilə  həyata keçirilir.

 1.4. Mühafizəçi   bilməlidir :

1.4.1. Mühafizə  fəaliyyətini  nizamlayan,    Azərbaycan Respublikasının qanunlarını və digər  normativ-hüquqi   aktlarını 

1.4.2. Obyektin və maddi dəyərlərin mühafizəsi  üzrə   işin təşkilini  nizama salan   təlimatları, əmrləri, digər normativ sənədləri.

1.4.3. Müəssisənin  xüsusiyyətini və  strukturunu    onun bölmələrinin iş rejimini.

1.4.4. Buraxılış rejimi üzrə  təlimatı.

1.4.5. Buraxılış vərəqələrin,   buraxılış sənədlərin  nümunələrini.

1.4.6. ticarət-maddi dəyərlərin  daxil edilməsinə və  çıxarılmasına  səlahiyyət  vermək  hüququ olan   vəzifəli şəxslərin imzalarını.

1.4.7. Çıxarılan yüklərin  yoxlama qaydalarını.

1.4.8. Oğurluq edən şəxslərin  saxlanılma qaydalarını, onlara materialların  rəsmiləşdirilmə qaydalarını. .

1.4.9. Mühafizə-yanğın siqnalizasiyanın  texniki vasitələrindən istifadə qaydalarını.

1.4.10. Ayrı olan otaqların mühafizəyə qəbul etmə qaydalarını, siqnalizasiyanın işləməsinə  münasibət göstərmə qaydalarını.

1.4.11. İlkin yanğınsöndürmə vasitələrin yerləşmə  yerlərini, onlardan istifadə qaydalarını.

1.4.12. Daxili  əmək  initzamı  qaydalarını  və mühafizə edilən obyektdə  buraxılış  rejimi haqqında  təlimatı. 

1.4.13.Əşyaların  və şəxslərin   yoxlanılma qaydalarını, inzibati  saxlanma istehsalı qaydalarını  qanunu pozanlara materialın rəsmiləşdirmə  qaydalarını,   , radio vasitələrin və  danışıq cihazların  tətbiq etmə qaydalarını.

1.4.14. İlkin  tibbi  yardımın  göstərilmənin  ümumi  qaydaları 

1.4.15. Əmək mühafizəsini , təhlükəsizlik  texnikasının və yanğlna qarşı müdafiənin  qayda və normalarını. 

1.5. Mühafizəçi  bilavasitə   təsərrüfat işləri üzrə direktor müvininə (təsərrüfat müdirinə) tabedir.

2. Mühafizəçinin  vəzifə  öhdəlikləri :

2.1. Obyektlərin və maddi dəyərlərin  mühafizəsi üzrə  xidmət aparır.

2.2. Mühafizə olunan obyektə keçən  şəxslərin  (obyektdən  çıxan)  sənədlərinin  yoxlanılmasını aparır   və maddi dəyərlərin  içəri gətirilməsinə    çıxarılmasına( aparılmasına) nəzarət edir.

2.3. Əşyaların və həmçinin işçi və qulluqçuların  şəxsi yoxlanışını aparır.

2.4. Müəssisədə qurulmuş  mühafizə və mühafizə-yanğın  siqnalizasiya  cihazların  işinə nəzarət edir.

2.5.Cihazların  işə  düşməsi  haqqında  məktəbin təsərrüfat  müdirinin qarovul rəisinə  və lazım olan zaman- daxili işlər  orqanına    və ya yanğın  hissəsinə  məlumat verir.

2.6. Siqnalizasiyanın  işə  düşməsi   səbəblərini araşdırır    nizam-intizamı pozanların  saxlanılmasına və ya yanğının  ləğv  edilməsinə  tədbirlər görür.

2.7. Maddi məsuliyyətli şəxslərdən  siqnalizasiya  ilə  təchiz edilmiş ayrı otaqları mühafizə üçün qəbul edir. 

2.8. Mühafizə edilən  obyektdə  həyəcan  siqnalı  elan olunan zaman   nəzarət-buraxılış  məntəqəsini   bağlayırlar, bütün  şəxslərin obyektə  girişlərini    obyektdən  çıxışlarını   ancaq  gözətçi  qrupun rəisinin  ( obyekt üzrə  növbətçinin)  icazəsi ilə  həyata keçirilir.

2.9. Mühafizə edilən  obyektdə   nizam-intizam pozulmaların  qabağın alınması  və qarşısı alınması üzrə hərəkət edir.

2.10. Mühafizə edilən  obyektdən  qanunsuz  olaraq  maddi dəyərləri  çıxartmağa ( aparmağa)  çalışan    şəxslərin   və ya nizan-intizamın  pozulmasına  şübhəli  şəxslərin  saxlanmasını və  onların  qarovul  otağına və ya  milis şöbəsinə  müşayiətini  həyata   keçirir.

 2.11.  Mühafizə edilən  obyektdə qurulmuş  mühafizə və mühafizə-yanğın  siqnalizasiya  cihazların  işinə nəzarət edir.

2.12. Hər gün  pilləkənləri zibildən və qardan təmizləyir.

3. Mühafizəçi  aşağıdakı  hüquqlara   malikdir :

3.1.Müəssisə rəhbərliyinin , onun  fəaliyyətinə aid olan   qərarlari ilə tanış olmaq.

3.2.Təşkilat  rəhbərliyindən,  onun vəzifə öhdəliklərin və hüquqların  yerinə yetirilməsində,  ona  köməklik göstərilməsini tələb etmək.

4. Mühafizəçi  aşağıdakı  məsuliyyətləri  daşıyır: 

4.1. Hazırkı  vəzifə təlimatda nəzərdə tutulan, öz   vəzifə  öhdəliklərinin lazımı dərəcədə  yerinə yetirilməməsinə və ya   yetirilməməsinə görə - Azərbaycan Respublikasının   güvvədə olan əmək qanunvericiliyi ilə müəyyən edilmiş hüdudlarda.

4.2.  Öz fəaliyyətini  həyata keçirilməsi  prosesində  etdiyi  pozuntulara görəAzərbaycan Respublikasının   güvvədə olan inzibati, cinayət və mülki qanunvericiliyi ilə müəyyən edilmiş hüdudlarda.

4.3. Maddi zərərin vurulmasına görə- Azərbaycan Respublikasının   güvvədə olan iəmək  və mülki qanunvericiliyi ilə müəyyən edilmiş hüdudlarda.

Mühafizəçinin  vəzifə   təlimatı ___________uyğun işlənib

 

Mənbə: https://aztehsil.com/news/20703-mekteb-muhafizecisinin-vezife-telimati.html

 


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.