Dövlət
ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi
aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin,
habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması
haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara
alıram:
1.
Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil
müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi
aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin,
habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları
2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılsın.
2.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham
Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 23 fevral 2023-cü
il
Mənbə:
https://president.az/az/articles/view/59023