Alimlər 2 milyard 600 milyon illik su tapıb içdilər

 

Maye duzlu və yapışqanlı idi. “The India Times” xəbər verir ki, elm adamları Kanadada mədən qranitində nazik çatlarda 2,6 milyard illik su aşkar ediblər. Mənbə Yer səthindən bir neçə kilometr aşağıda tapılmışdır. Su ehtiyatları ilə bağlı araşdırmaları ilə tanınan kanadalı geoloq və geokimyaçı, professor Barbara Şervud Lollar, suyun dadına baxmağa qərar verib. Su duzlu idi və “ağcaqayın siropunun konsistensiyasına malikdir”. “Maye, su ilə qaya arasındakı reaksiyaya görə son dərəcə duzludur və həmçinin kran suyundan daha yüksək özlülük dərəcəsinə malikdir. İçərisində minerallar əmələ gəlməyə başlayanda o, narıncı rəng alır” deyə Barbara Şervud Lollar bildirmişdir. Bu su, Yer atmosferində hətta sərbəst oksigenin olmadığı bir dövrdən qalmış və ilk çoxhüceyrəli orqanizmlər təxminən bir milyard il sonra meydana gəlməyə başlamışdır. Bu yaxınlarda Britaniya alimləri neandertalların işlətdikləri reseptləri təkrarlamışlar. Ancaq bəzi maddələri dəyişdirilməli olmuşlar.

Mənbə: https://news.mail.ru/society/55133269/

Foto: https://news.mail.ru/society/55133269/gallery/8697374/

Hazırladı: Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.