Dövlət Arxivinin Şirvan filialında şəxsi mənşəli fondu yaradılan ilk ziyalı: professor Akif Nurağa oğlu Abbasov

 

Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialında şəxsi mənşəli fondların yaradılması işinin davamı olaraq  görkəmli ictimai-siyasi və incəsənət xadimləri ilə görüşlər, onların sənədlərinin şəxsi mənşəli fond olaraq dövlət mühafizəsinə qəbulu işinə başlanılıb. Dövlət Arxivinin Şirvan filialında şəxsi mənşəli fondu yaradılan ilk ziyalı Azərbaycan Respublikası Təhsil İnstitutunun elmi katibi və institun orqanı olan "Elmi əsərlər”in baş redaktoru, Bakı Qızlar Universitetinin "Elmi əsərlər”inin baş redaktor müavini, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü professor Akif Nurağa oğlu Abbasov olub.  Akif Abbasov elmi və bədii yaradıcılığına aid sənədlərini Şirvan filialına təqdim edib. O 1950-ci ildə Əli Bayramlı (hazırda Şirvan)şəhərində anadan olub.  M.F.Axundov adına  Azərbaycan Pedoqoji Dillər institutunun  (hazırda Azərbaycan Dillər Universiteti)  ingilis-azərbaycan dilləri fakultəsini bitirmiş Akif Abbasov  5 romanın, ("Samsundan başlanan yol”,”Aldanma sözlərə”, "Acı xatirələr”, "Sultan II Murad”, "Fateh Sultan Məhmət”), 3 povestin("Yaxşı yoldaş”, "Ananın qəlbinə gedən yol”, "Əliş və Anna dastanı”), 2 pyesin ("Atatürk”, "Yaxşı dost”) və bir çox hekayə kitablarının müəllifidir. Bundan əlavə ilk dəfə "İngiliscə-azərbaycanca  pedoqoji-psixoloji lüğət ” və "Azərbaycanca-ingiliscə pedoqoji - psixoloji terminlər lüğəti”nin müəllifidir. Onun elmi rəhbərliyi ilə 40-a yaxın elmlər doktoru və fəlsəfə doktoru yetişib. Akif Abbasov yaradıcılığını sadalamaqla bitməz. Bu gündən onun sənədləri  ARDA Şirvan filialında 436 №li fondda mühafizə olunacaq.

Azərbaycan Respublikası Dövlət Arxivi Şirvan filialının direktor vəzifəsini müvəqqəti icra edən Nəsibə xanım Məmmədova filialda şəxsi mənşəli fondların yaradılmasının davam etdiyini bildirib.

Mənbə: http://bit.ly/3YIVW9o


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.