Sülh
və müharibə dövrlərində müvafiq orqanlarda Azərbaycan Respublikası vətəndaşlarının
sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə yararlılığını və orqanlarda xidmətə
yararlılıq kateqoriyasını, vətəndaşların aldıqları xəsarətlərin
(yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi
toplanışla), habelə, orqanlarda xidmət keçməklə səbəb-əlaqəsini təyin etmək məqsədi
ilə hərbi-həkim ekspertizası həyata keçirilir.
Tibbi
şəhadətləndirmə nədir?
Hərbi
xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları üzrə təhsilə (xidmətə), orqanlarda
xidmətə yararlılığın təyin edilməsi və qanunvericilikdən irəli gələn digər məsələlərin
yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə
anında sağlamlıq vəziyyətinin, fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi
başa düşülür.
Aydın
hərbi-həkim ekspert nəticəsi nədir və nə zaman tələb olunur?
Şəhadətləndirilən
şəxsin elə sağlamlıq vəziyyətidir ki, müayinə və müalicənin nəticələri hərbi-həkim
komissiyasına hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyası
haqqında qərar çıxarmağa əsas verməli, müalicənin davam etdirilməsi bu
yararlılıq kateqoriyasını dəyişməməlidir. Hərbi xidmət dövründə xəsarət, xəstəlik
almış hərbi qulluqçuların, hərbi toplanış, orqanlarda xidmət keçən vətəndaşların
hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün şəhadətləndirilməsinin
keçirilməsi üçün tələb olunur. Hərbi-həkim komissiyalarının qərarları “Xəstəliklər
cədvəli”nə və vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblər cədvəlinə
uyğun olaraq, hərbi-həkim komissiyalarının iclasda iştirak edən üzvlərinin səs
çoxluğu ilə qəbul olunur. Şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam
aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin
hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbi-həkim komissiyasına təqdim edilməsinə
görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür. Hər
bir həkim-mütəxəssis hərbi-həkim ekspertizası ilə əlaqədar verdiyi rəyin əsaslılığına
və obyektivliyinə görə məsuliyyət daşıyır.
Şəhadətləndirilmənin
təşkil edilməsi:
İlkin
hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan və ehtiyatdan
həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi -Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli
baş idarə,idarə, şöbə və bölmələrinə həvalə olunur. Zabit hərbi rütbəsi verilməklə
ehtiyata götürülmüş vətəndaşlar hərbi xidmətə çağırılarkən, şəhadətləndirilmənin
təşkili isə rayon, şəhər (rayon bölgüsü olmayan) hərbi komissarına həvalə
olunur.
Tibbi
baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və
profilaktik peyvəndlərin təşkili və keçirilməsi
Bu
tədbirlərin həyata keçirilməsi dövlət tibb müəssisələrinə həvalə olunur.
Onların təşkili və keçirilməsi, qeydiyyat və hesabat aparılması, bu iş üzərində
nəzarətin həyata keçirilməsi qaydaları Səhiyyə Nazirliyi ilə birlikdə Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir.İlkin hərbi
qeydiyyata alınarkən şəhadətləndirilməyə qədər vətəndaşlar üçün hər il bu tibbi
tədbirlər həyata keçirilir.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin yerli baş idarə,idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar
şəhadətləndirilməyə qədər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər.
İlkin
hərbi qeydiyyata alma komissiyalarının, rayon, şəhər, şəhərdə rayon çağırış
komissiyalarının və Mərkəzi Çağırış Komissiyasının qərarı ilə, vətəndaş
diaqnozun dəqiqləşdirilməsi, yaxud müalicə məqsədi ilə dövlət tibbmüəssisələrinə
ambulator və ya stasionar müayinəyə və müalicəyə, eləcə də icbari narkoloji
müayinəyə göndərilir. Vətəndaşın tibbi müayinəsi (müalicəsi), eləcə də icbari
narkoloji müayinəsi başa çatdıqdan sonra, müvafiq formada onun sağlamlıq vəziyyətinin
müayinə aktı tərtib olunur.
Şəhadətləndirilmənin
nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında
aşağıdakı kateqoriyalar üzrə rəy verirlər:
A
– hərbi xidmətə yararlıdır;
B
– sıradankənar hərbi xidmətə yararlıdır;
C
– sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır;
Ç
– hərbi xidmətə müvəqqəti yararsızdır;
D
– həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır.
Həkim-mütəxəssisin
rəyinin rəsmiləşdirilməsi qaydası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidməti tərəfindən müəyyən edilir.
Sağlamlıq
vəziyyətinə görə çağırışa möhlətin müddəti nə qədərdir?
Müddət
3 ildir və hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra isə
vətəndaş üçün bu hallardan biri müəyyənləşdirilir:
Müddətli
həqiqi hərbi xidmətə çağırılır;
Həm
dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi
qeydiyyatdan çıxarılır.
Dinc
dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək
ehtiyata keçirilirlər.
İlkin
hərbi qeydiyyata alınarkən və ya hərbi xidmətə çağırılarkən hərbi xidmətə müvəqqəti
yararsız sayılmış vətəndaş tibbi müayinədən (müalicədən), eləcə də icbari
narkoloji müayinədən imtina etdikdə və ya yayındıqda, 3 aydan sonra təkrar şəhadətləndirilməlidir.
Bu zaman vətəndaşın sağlamlıq vəziyyətinin pisləşməsi əlamətləri aşkar edilməzsə,
yaxud onun hərbi xidmətə çağırılmasına mane ola biləcək xəsarətin və ya xəstəliyin
aşkar əlamətləri olmazsa, o, hərbi xidmətə yararlı, yaxud müvafiq təyinat göstəricisi
ilə hərbi xidmətə yararlı hesab edilir.
Sağlamlıq
vəziyyətinə görə hərbi xidmətə çağırılmalı olmayan vətəndaşların hərbi xidmətə
çağırılması hallarını istisna etmək məqsədi ilə hərbi xidmətə çağırılmış vətəndaşlar
bilavasitə xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışdan keçirlər.
Vətəndaş
hərbi-həkim komissiyasının qərarından razı olmadıqda hara müraciət edə bilər?
Vətəndaş
hərbi-həkim komissiyasının onun barəsində çıxarılmış qərarından razı olmadıqda,
həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyasına və ya məhkəməyə şikayət
verə bilər. Yuxarı hərbi-həkim komissiyasının və ya məhkəmənin qərarı ilə vətəndaş
nəzarət qaydasında müayinəyə və təkrar şəhadətləndirilməyə göndərilə bilər.
Hərbi-həkim
komissiyasının hərbi xidmətə yararlılıq, orqanlarda xidmətə yararlılıq
kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə
anından etibarən bir il müddətində qüvvədədir. Bu qərar o halda qüvvədən düşə
bilər ki, qərara yenidən baxılması üçün əsaslı dəyişikliklərə görə təkrar şəhadətnamə
keçirilsin.
Mənbə:
https://fedai.az/?p=88395&fbclid=IwAR0v-CDU4p6LkPyWjkHVAR4rqXm9n_rTRc7wn0SWpN5GzQ2UT7XcjomFeH4
Foto:
https://www.seferberlik.gov.az/