Dünyanın təhsil mənzərəsi: Norveçin məktəbəqədər təhsil sisteminə qısa nəzər

                                             

Tədqiqatçı jurnalist, yazıçı, dostum Böyükağa Mikayıllının  “Dünyanın təhsil mənzərəsi: Norveçin məktəbəqədər təhsil sisteminə qısa nəzər” məqaləsi müəllifin öz səsi ilə  ...“Təbiətdə pis hava yoxdur” prinsipi Norveç uşaq bağçalarında uşaqlara yanaşma metodu əsasında dayanan amillərdəndir. Bağçalarda uşaqlara, belə demək mümkünsə, istənilən hava şəraiti ilə “dostluq etmək” öyrədilir. Uşaqlara azadlıq verilir ki, onlar ilin fəsillərinə uyğun geyimlərini özləri seçsinlər. Yəni onlara hələ uşaq ikən aşılanır ki, o, təbiətin bir parçasıdır və onu sevə-sevə böyüməlidir. Təbiətə sevgi fonunda insanlara sevgi yaranır. İnsanlara sevgi cəmiyyətə sevgi formalaşdırır. Sevgi ilə böyümək hər kəsə sevgi bəxş etmək hissi ilə böyüməkdir. Norveçin məktəbəqədər müəssisələrində uşaqların qidalanması məsələsinə gəlincə deyə bilərəm ki, yanaşma fərqlidir. Naharda ənənəvi yeməklər bu ölkənin uşaq bağçalarına yaddır. Hər bir valideyn uşağının xoşladığı yeməyi hazırlayıb onun bağça çantasına qoyur. Əslində, bunun da mahiyyətində uşağı ailə mühitinə bağlamaq kimi bir fəlsəfi yanaşma mövcuddur. Uşaq ailədən kənarda olsa da, evdə anasının hazırladığı yeməklə qidalanmaqla, ailə təmasını hiss edir. Anasının hazırladığı yeməklə bərabər onun sevgisini də ruhuna çəkir. ...

Mənbə: https://youtu.be/SWz9b8rhPyc

Foto: https://bit.ly/3WYJHVG


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.