Yaradan bizdə necə təzahür edir

 

Yaradan bizdə necə təzahür edir

“Ali aləmlərin dərk edilməsi” kitabından fraqmentlər

Mixael Laytman yazır:

İstənilən fəaliyyət növü ilə məşğul olan insan işlədiyi obyektlərin hissiyyatında tədricən xüsusi təcrübə  əldə etməyə başlayır. Buna görə də, dünyada elə bir şey yoxdur ki, insan ilk vaxtlar bu cismi hiss etməsə belə, vərdişin gücü ilə onu hiss etməyə başlayır. Yaradanla bizim aramızda olan fərq nəyinsə hissiyyatında və ya dərk edilməsindədir: biz özümüzü və hiss obyektini ayrıca dərk edirik. Bir şeyi hiss etmək üçün qavrayıcı ilə hiss obyekti arasında müəyyən bir əlaqə lazımdır, onları birləşdirən, hiss zamanı ümumi olan bir şey lazım olur. İnsan ətrafındakı hər şeyi yalnız duyğu vasitəsilə dərk edir və hiss etdiyi şey onun tərəfindən etibarlı, doğru məlumat kimi qəbul edilir. Bizi əhatə edəni obyektiv görə bilməyərək, hisslərimizin bizdə yaratdığı mənzərəni həqiqət kimi qəbul edirik. Kainatın hisslərimizdən kənarda necə göründüyünü, digər duyğu orqanları ilə bir varlığa necə görünəcəyini bilmirik. Biz reallığın bütün ətrafdakı mənzərəsini yalnız onun hissiyyatı vasitəsilə dərk edirik və hiss etdiyimiz şey isə etibarlı şəkil kimi qəbul etdiyimiz şeydir. Kabalistlər yazırlar ki,  kainatda Yaradandan və Onun yaratdığından başqa heç kim yoxdur. Buna əsaslanaraq deyə bilərik ki, hər birimizin qəbul etdiyi mənzərə və o hisslər Yaradanın şüurumuza təzahürüdür və mənəvi yüksəlişin hər mərhələsində bu mənzərə getdikcə həqiqətə yaxınlaşır, o vaxta qədər ki, yüksəlişin son mərhələsində insan Yaradanın özünü və yalnız Onu dərk etmir. Odur ki, bütün aləmlər, bizdən kənarda qavradığımız hər şey yalnız bizə, yəni bu şəkildə dərk edən insana münasibətdə mövcuddur. Əgər insan indiki anda Yaradanı və Onun öz üzərində nəzarətini hiss etmirsə, bu, qaranlıqda oturmaq kimidir. Eyni zamanda, o, qaranlıqda olsa da, heç bir şəkildə təsdiq edə bilməz ki, təbiətdə günəş ümumiyyətlə yoxdur, çünki onun hissləri subyektivdir, ona görə də yalnız özünə münasibətdə mühiti dərk edir. Əgər insan Yaradanı və Ali idarəni inkarının sırf subyektiv və dəyişkən olduğunu başa düşsə, o zaman iradə səyi ilə, kitabların, müəllimlərin köməyi ilə  belə bir vəziyyətdən çıxmağa başlaya bilər. Sonra dərk etməyə başlayar ki, Yaradan onun üçün xüsusi olaraq belə zülmət halları yaradır ki, o, Yaradanın köməyinə ehtiyac duysun və ona yaxınlaşmağa məcbur olsun. Həqiqətən də, Yaradan yaxın olmaq istədiyi şəxslər üçün belə şəraiti xüsusi olaraq yaradır. Dərk etmək lazımdır ki, insan məhz zülmətdən yüksəlməklə öz Yaradanına sevinc bəxş edir, çünki insan zülmətdən nə qədər yüksəlirsə, o, Yaradanın böyüklüyünü bir o qədər aydın  və düzgün şəkildə dərk edə bilər. Amma qaranlıq hissi, Yaradanın nəzarətinin gizlədilməsi zamanı insanın heç olmasa zəifliyini hiss edənə qədər kitabın, müəllimin köməyi ilə cəhd etməkdən, belə bir vəziyyətdən çıxış yolu axtarmaqdan başqa çarəsi yoxdur. işıq şüası – Yaradanı hiss etməyin zəif hissidir və Yaradan haqqında daimi düşüncələri ilə güclənərək kölgələrdən işığa çıxmağa qadirdir. Amma insan bu fürsətdən istifadə etməsə və işığa çatmağa çalışmasa, Yaradan ondan tamamilə gizlənər, tam qaranlıq çökər. İnsan reallığa və ağlına laqeydcəsinə  yanaşsa əvvəllər hansısa mənəvi məqsədlərlə necə yaşaya biləcəyini təsəvvür belə edə bilməz. Tam qaranlıq vəziyyət Yaradan onu yenidən ən azı kiçik bir işıq şüası ilə işıqlandırana qədər davam edər. İnsanın istəklərinə onun ruhi nur və ya həzz ala biləcəyi qab da deyilir. Lakin bu istəklər öz təbiətinə görə mənəvi işığın xassələrinə bənzəməlidir, əks halda işıq ruhi obyektlərin uyğunluq qanununa görə onlara daxil ola bilməz: yaxınlaşma və ya kənarlaşdırma və yaxud qarşılıqlı nüfuz və əlaqə yalnız xassələrin oxşarlığı prinsipinə əsasən baş verir. Odur ki, insan qəlbini nə qədər eqoizmdən təmizləyə bilsə, işığın xassələri ilə qabın uyğunluğu qanununa görə qəlbi də o dərəcədə Yaradan hissi ilə dolacaqdır. Yaradanın onun üçün yarada biləcəyi bütün mümkün hallar içərisindən ən yüksəkdən ən aşağıya qədər Yaradanın indiki vəziyyəti ən yaxşısı kimi seçdiyini təsəvvür edən insan, olduğu halların hər hansı birindən yüksəlməyə, daha mənəvi tərəqqiyə başlaya bilər. Yəni, onun üçün ən tənəzzüllü və ümidsiz görünsə də, indiki ruh halından, əhval-ruhiyyəsindən və xarici şəraitdən daha yaxşı və faydalı bir vəziyyət ola bilməz. Bunu dərk edən insan sevinər və ümidsiz vəziyyətdə olmaqla Yaradandan kömək diləmək, Ona şükür etmək fürsəti əldə edər.

Mənbə:

 https://www.michaellaitman.com/ru/articles/kak-tvorecz-proyavlyaetsya-v-nas/

Rus dilindən tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.