Maraqlı elmi saytlar və axtarış sistemləri

 

Google o qədər güclüdür ki, digər axtarış sistemlərini bizdən gizlədir. Onların əksəriyyətinin varlığından sadəcə xəbərsizik. Dünyada kitab, elm və digər lazımlı məlumatlar üzrə ixtisaslaşmış çox yaxşı axtarış sistemləri vardır. Haqqında bəlkə də eşitmədiyiniz saytların siyahısı: (P.S. Bəlkə gərək oldu).

www.refseek.com - akademik resurslar üçün axtarış sistemi. Bir milyarddan çox mənbə: ensiklopediyalar, monoqrafiyalar, jurnallar.

www.worldcat.org – 20 min dünya kitabxanası. Sizə lazım olan ən yaxın nadir kitabın harada yerləşdiyini öyrənin.

https://link.springer.com - 10 milyondan çox elmi sənədə giriş: kitablar, məqalələr, tədqiqat protokolları.

www.bioline.org.br  - inkişaf etməkdə olan ölkələrdə nəşr olunan bioelm üzrə elmi jurnalların kitabxanası.

http://repec.org - 102 ölkədən könüllülər iqtisadiyyat və əlaqəli elmlər üzrə 4 milyona yaxın nəşr toplayıblar.

www.science.gov  - 2200 + elmi sayt üçün Amerika hökumətinin axtarış sistemi. 200 milyondan çox məqalə indekslənir.

www.pdfdrive.com  - PDF formatında kitabları pulsuz yükləmək üçün ən böyük sayt. 225 milyondan çox PDF kitab təqdim edilir.

www.base-search.net - akademik tədqiqat mətnləri üçün ən güclü axtarış sistemlərindən biri. 100 milyondan çox elmi məqalə, onların 70%-i pulsuzdur.

SAĞLIQLA VƏ XEYİRLİYƏ İSTİFADƏ EDİN!

Mənbə: https://www.facebook.com/skudassov/posts/pfbid036hDLoPXELDoV3a9XAKKFgWeo6StNHn2xV5yed8DFf4F9NSYzTvQqQazo3VSeRfBrl

Rus dilindən tərcümə etdi:

 Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.