Azərbaycan Respublikasının elm və təhsil nazirinin bu gün keçirilən fənn olimpiadalarının ilk mərhələsi barədə sevindirici yazısı

 

Fənn olimpiadaları sahəsində görülən işlərin bəhrəsinin ildən-ilə artdığını müşahidə etmək çox sevindiricidir. Bu gün keçirilən fənn olimpiadalarının ilk mərhələsində 45 mindən çox şagirdin iştirak üçün qeydiyyatdan keçməsi daha savadlı, bacarıqlı, yüksək motivasiyalı bir nəslin yetişməsindən xəbər verir. Hazırda 14-17 yaşlarında olan bu uşaqlar 10-15 il sonra ölkəmizin elm, iqtisadiyyat, sosial və mədəni həyatına, xalqımızın rifahına ciddi töhfə verən mütəxəssislər olacaqlar.

Nəticələrdən asılı olmayaraq bütün iştirakçıları, onları bu yarışlara hazırlayan müəllimləri və valideynləri təbrik edirəm.

Mənbə: https://www.facebook.com/AmrullayevEmin/posts/pfbid0XfT2ohwanXWkzGgjnPRpB52j6oikNohQLqxWT8KsSAr7qkhWRYEZN5eYZZJDPRBNl

 


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.