Qədim Qaraqorum şəhəri bərpa ediləcək

 

Monqolustan prezidenti Çingiz xanın paytaxtının bərpası haqqında göstəriş verib.

Monqol İmperiyasının ilk paytaxtı (1235-1260-cı illərdə) Qaraqorum bərpa olunacaq. Bu barədə Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux fərman verib. “Böyük İmperator Çingiz xanın (1162-1227) anadan olmasının 860 illiyi münasibətilə Monqolustan Prezidenti Böyük Monqol imperiyasının paytaxtı Qaraqorum şəhərinin Orxon vadisindəki tarix-mədəniyyət abidəsində bərpa olunması haqqında sərəncam imzalayıb”. Yerli News.mn qəzeti cənab Xurelsuxun bugünkü çıxışından sitat gətirir. Prezident bildirib ki, Qaraqorum yeni sosial-iqtisadi, mədəni və mənəvi inkişaf mərkəzinə çevrilə bilər. Monqol imperiyası dövründə paytaxt dünya sivilizasiyalarını və dinlərini birləşdirə bilib, “şəhər müharibəsiz, münaqişəsiz sülh şəraitində mövcud olub” deyə  prezident bildirib.Hazırda Qaraqorum Xarxorum samonunun seyrək məskunlaşan mərkəzidir. Onun ərazisində Xarxorum muzey kompleksi yerləşir. Qaraqorum şəhəri Monqolustan Respublikasının payraxtı Ulan-Batordan şərqə doğru 350 km məsafədə yerləşir.

Mənbə:  https://news.mail.ru/politics/54489409/?frommail=1

Tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü

İstinad:

https://multiurok.ru/files/monqolustan-prezidenti-cingiz-xanin-paytaxtinin-b.html


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.