Yəhudilərə nə öz dövlətləri, nə güclü orduları, nə
də yəhudilərin hamı kimi olduğunu sübut etmək üçün nəzərdə tutulmuş qabaqcıl
yüksək texnologiya və digər atributlar kömək etməyəcək. Mixael Laytman yazır...
Öz
işinizlə məşğul olun, yəhudilər!
Qədim
Babil. Qərb sivilizasiyasının beşiyi. 4000 il əvvəl burada insanlar, demək olar
ki, bir ailə kimi sülh və harmoniya şəraitində yaşayırdılar. Elm, mədəniyyət,
ticarət inkişaf edirdi. Amma bir gün hər şey bir göz qırpımında dəyişdi. İnsanlar
artıq bir-birini başa düşmür, mehriban qonşuluq münasibətləri şübhə və düşmənçiliklə
əvəz olunmuşdu. Beləliklə, bəşəriyyət ilk dəfə öz içində eqoizm dalğasını hiss
etdi.
Kapitalist başlanğıcı
O dövrdə
hökmranlıq edən padşah Nəmrud hədsiz qürur nümayiş etdirərək, gücünü ilahi elan
etdi və ixtilafda olanları sərt şəkildə cəzalandırdı. Xalqı itaətdə saxlamaq
üçün o, çoxsaylı mühafizəçilər və nəzarətçilər dəstələri yaratdı, məhkəmələr və
vəkillər yaratdı. Başqa sözlə desək, bir vaxtlar mehriban cəmiyyətdə birdən-birə
“kapitalist başlanğıc” peyda oldu. İş o yerə çatdı ki, babillilər səmaya
çatacaq bir qüllə tikməyə qərar verdilər. Nəmrudun qüruru, hətta deyərdim ki, təkəbbürü o qədər böyük idi ki, ona artıq yer
üzündə sadəcə gəzmək kifayət etmirdi.
İbrahim səbəbin kökünü tapır
Lakin
bütün bunların içində bir “adəm övladı” var idi - İbrahim adlı bir mömin. Atası
Terah və babası Nahor müdrikliyin böyük biliciləri, alim, astroloq və təbiətşünas
idilər. Yəni o illər üçün İbrahimin ailəsi çox savadlı idi. Bir vaxtlar
İbrahim “kapitalist dəyişikliklərində” fəal
iştirak etmişdi, çünki o, bu gün deyəcəkləri kimi, əhali ilə ideoloji işlə məşğul
idi. Bu “iş” çərçivəsində İbrahim yaranmış parçalanma problemini araşdırmağa
başladı, çünki bu, şəxsən ona da aid idi. Hətta hesab edirəm ki, o,
araşdırmalarına sırf eqoist nöqteyi-nəzərdən başlayıb. Axı, insanlar səmaya
çatmaq istəsələr, bu, onun təsirini, gücünü və sərvətini təhdid edə bilərdi. Axı
əvvəllər insanlar ona adi, gündəlik məsələlərlə bağlı məsləhət almaq üçün
müraciət edirdilər: tarlanı sulamaq, nə vaxt balıq tutmaq, kimin kimlə evlənməsi və s.. İndi insanlar eqoist, narsist
və özlərinə güvənən olmuş və artıq
İbrahimə ehtiyac duymurdular. Ondan yaxşı pula satdığı tanrı heykəlciklərini
almağı dayandırdılar. Beləliklə, İbrahim hiss etdi ki, yeni vəziyyət onun gələcəyini
təhdid edir.
Təbii ki, bunları deməklə mən şişirtməyə yol verirəm,
amma ilk vaxtlar İbrahim, həqiqətən də, adi bir eqoist idi və sadəcə olaraq,
böyük imkanlarından istifadə edirdi. Statusunu itirməmək üçün İbrahim baş verənlərin
səbəbini incələmək qərarına gəlir. Deməliyəm ki, qəlbən o, əsl tədqiqatçı idi. Yəni
həqiqət onun üçün öz rifahından daha önəmli idi. Qarşılaşdığı fenomenin mahiyyətini
araşdıran İbrahim çox maraqlı bir tendensiya - eqoizmin böyüməsini gördü. Eqoizm
o qədər artmışdı ki, insanlar tanrılara etinasızlıq etməyə başlamışdılar, çünki
öz eqoizmləri onların tanrısına çevrilmişdi. İbrahim düşündü: “Bu eqoizmin öhdəsindən
birtəhər gəlmək olarmı? Deyək ki, eqoizm əslində təbiətin ən yüksək qüvvəsidir.
Həqiqətən də, dünyada gördüklərimizdən belə bir təəssürat yarana bilər ki,
insan eqoizmi hər şeyə hakimdir. O, məhv edir və yaradır, yaxşı və pis hər şeyi
yalnız onun köməyi ilə və onun xatirinə edir. Amma kor-koranə onun ardınca getsək,
o zaman biz mütləq hər şeyi məhv edəcəyik, bir-birimizi və bütün sivilizasiyanı
məhv edəcəyik”. Demək lazımdır ki, padşah Nəmrud da İbrahimin gəldiyi nəticə ilə
razılaşdı. Hətta problemin həllini də təklif etdi - sadəcə bir-birinizdən uzaqlaşmaq
lazımdır. Kiçik bir Babil “kommunal mənzilindən” müxtəlif istiqamətlərə
dağılmaq lazımdır. Sonra ehtiraslar sakitləşəcək və bütün bunlara son
qoyulacaqdır.
İbrahimin öncəgörücülüyü
İbrahim
isə daha uzağa baxdı: “Yaxşı, ayrıldıq, bəs sonra? Ayrılmaq döyüşün yalnız
yarısıdır. Belə olan halda əvvəllər bir ailə kimi yaşayan, indi isə bir-birinə
nifrət edən babilliləri həqiqətən də sakitləşdirəcək. Amma bu, sadəcə olaraq
yubanmadır, problemi qətiyyən həll etmir. Bir müddətdən sonra eqoizm müxtəlif
yerlərə dağılanlar arasında da özünü biruzə verəcək. Axı, əgər insan təbiətin əsasında
dayanırsa, onu məğlub etmək mümkün deyil, yəni ondan düzgün istifadə etməyi
başa düşmək lazımdır. Beləliklə, eqoizmin tədqiqi ilə məşğul olan İbrahim aşkar
etdi ki, bu işlərin arxasında Yaradan, İlahi Güc dayanır. Babillilərdə eqoizmin
artması təsadüfi bir hadisə deyil, Yaradanın məqsədyönlü hərəkətidir. Belə ki,
insanlar onları ayıran eqoizmə yaxınlaşmağı öyrənsin və nəticədə qonşularına da
özləri kimi sevgiyə nail olsunlar. Bu yolla mahiyyəti mütləq sevgi və ehsan
olan Yaradanla birləşərdilər. Bu, insanın Yaradanın bərabərhüquqlu tərəfdaşı
olacağı çıxdığı mənəvi “Babil qülləsi” olacaq. Amma bunun üçün o, hələ də
oxumalı və öyrənməli olacaqdır. İbrahim həmfikir və ardıcıllardan ibarət bir
qrup topladı və ən yüksək ehsan və məhəbbət keyfiyyətini əldə etmək üçün
onlarla birlikdə Babili tərk etdi.
Yaradana doğru
Bu kiçik
qrup sonralar yəhudi xalqı, İsrail xalqı oldu. “İsra - El” sözləri Yaradana
doğru anlamına gəlir. Bəşəriyyət o vaxtdan bəri iki axına, biri digərində
mövcud olan, lakin bir-birinə qarışmayan iki dünyaya bölündü. Yəhudi xalqı bəşəriyyətin
bir hissəsidir və eyni zamanda bəşəriyyətə qaynayıb-qarışmır, çünki ta əvvəldən
tamamilə fərqli bir cəmiyyəti təmsil edir və bir-biri ilə qarşılıqlı əlaqədədir.
O, (İsrail xalqı) bütün dünyaya səpələnmişdir,
lakin yoxa çıxa bilməz, çünki o, İbrahimin başladığı missiyasını yerinə yetirməyə
borcludur - bir-biri ilə və onun vasitəsilə Yaradanla mənəvi yaxınlaşma üsulunu
öz üzərində dərk etmək və bunu hamıya, dünya xalqlarına ötürməlidir. Bu yolda yəhudilər çoxsaylı enişli-yoxuşlu
həyat yaşamışlar. Onlar dəfələrlə öz taleyini yerinə yetirməkdən yayınmağa
çalışmış, lakin hər dəfə digər xalqların antisemitizmi onlara xatırladırdı ki,
onlar hamı kimi deyillər və öz statuslarına uyğun yaşamağa borcludurlar (Yeri gəlmişkən,
bu, antisemitizmin səbəbidir).
Həyat qanunu
Bu status
“qonşunu özün kimi sev” qaydasına laqeyd olmamağı, onu həyatın qanununa çevirməyə
məcbur edir. Nə öz dövlətləri, nə güclü orduları, nə də yəhudilərin hamı kimi
olduqlarını sübut etmək üçün hazırlanmış yüksək texnologiyalı və digər
atributlar yəhudilərin bu vəziyyətdən çıxmasına kömək etməyəcək. Yəhudilər hamı
kimi deyil və həyatlarının əsas vəzifəsi qonşusuna da özləri kimi sevgi səviyyəsinə
yüksəlmək və bunu başqa xalqlara öyrətməkdir. Necə yaşamağı deyil, necə sevməyi
öyrət. Məhz buna görə də Kabbala elmi bu gün dünyaya açılır. Onun metodologiyasından
istifadə etməklə biz İlahi Gücü, Yaradanı dünyaya tanıda bilərik və onlar
tamamilə fərqli bir dünyada yaşamağa başlayarlar.
Mənbə: https://www.michaellaitman.com/ru/articles/zajmites-svoim-delom-evrei/
Məqaləni
rus dilində oxudum və şəxsən mənə maraqlı gəldi. Qərara aldım ki, doğma Azərbaycan
dilinə tərcümə edim. Tərcümə nə dərəcədə alınıb buna hörmətli oxucular dəyər
verə bilərlər (P.S. Mən kabbalist deyiləm və kabbalizmi də təbliğ etmirəm. Bu
sadəcə bir tərcümədir. Yaradan birdir! Allah bəşər övladının köməyində olsun).
Hörmətlə: Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü