Pandemiya səbəbindən son iki ildə qapılarını turistlərin
üzünə bağlayan Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına
Şamaxı Astrofizika Rəsədxanası turistləri qəbul etməyə başlayıb. Rəsədxanaya
daxil olan yerli və xarici qonaqlar ərazidə olan teleskoplarla, muzeylə, digər
eksponatlarla tanış ola biləcəklər. Dəniz səviyyəsindən 1500 metr yüksəklikdə
yerləşən rəsədxana ziyarətçiləri gecə və gündüz təyin edilən vaxtlarda qəbul
edir. Burada fəaliyyət göstərən astronomik muzeyə giriş ödənişlidir. Böyüklər
üçün giriş 3, kiçiklər üçün 2 manat, məktəbəqədər uşaqlar üçün isə pulsuzdur.
Mənbə: https://video.azertag.az/video/148670
Ətraflı: videoda