Beş ən mühüm şəxsi keyfiyyət

 

     Hər bir insanın şəxsi keyfiyyətlər haqqında öz fikirləri var. Lakin mühüm məsələ ondan ibarətdir ki, bunlar nə üçün lazımdır? Bəziləri həyat üçün, bəziləri iş üçün, bəziləri isə hər ikisi üçün lazımdır deyəcəklər. Ancaq pisixoloqlar normal həyat yaşamaq, həyatda uğur qazanmaq üçün 5 universal keyfiyyət müəyyənləşdirmişlər. Bu konsepsiyanın müəllifləri Q. Olport,  Q. Ayzenk və  P. Kettel onu “Böyük beşlik” adlandırırlar.

Beləliklə, bu keyfiyyətlərlə  tanış olaq;

1. Esktraversiya - ünsiyyət, ünsiyyət qurmaq bacarığı. Hadisələrə müsbət emosiyalarla baxılması. Bu keyfiyyətə malik olan insanlar cəmiyyətdə özlərini rahat hiss edirlər və başqalarına da qarşı müsbət münasibət göstərirlər. Bu keyfiyyətləri zəif olan insanlar mənfi emosiyalara sahib olurlar.

2. Nevrotizm. İlk baxışda nevrotik, yəni həddindən artıq narahat insan başa düşülsə də əslində, bu keyfiyyətə malik adam aydın düşünür və digər məsələlərə tənqidi yanaşır. Amma burada sağlam düşüncə lazımdır. Bu keyfiyyəti aşağı olan insanlar tez-tez şən görünsələr də diqqətsiz olurlar.

 3. Xoşməramlı olmaq. Bu keyfiyyət insana ətrafdakılarla daha yaxşı münasibət qurmağa kömək edir. Məramı xoş olan insanlar cəmiyyətdə sevilir, ünsiyyətcil olurlar. Belə insanlar kostruktiv problemləri və münaqişələri asanlıqla həll etməyə qadirdirlər. Bu cür keyfiyyətləri az olan adamlar özləri münaqişə yaradır, onlarla istər işdə, istərsə də evdə dil tapmaq çətin olur.

4. Dürüstlük. Bu keyfiyyətə malik olanlar həm işdə, həm də başqaları ilə ünsiyyətdə müvəffəqiyyət qazanır. İnsanın dürüst olması ona verilən tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsi deməkdir. Belə insanlar vicdanlı olurlar, onlara inanır və hörmət edirlər. Belə insanlar mənəviyyatca yüksək insanlardır.

5.Açıqlıq. Belə insanlar alternativ qərar qəbul etməyi bacarırlar. Maraq dairələrini  genişləndirməyi bacaran və təcrübəlidirlər. Onları çətinliklər  qorxutmur. Belə keyfiyyətlərə qapalı olanlar isə dəyişiklikləri sevmirlər. Bir şeydən yapışıb qalırlar.

Mənbə:https://www.facebook.com/photo?fbid=562205990586865&set=a.269427963198004

Hazırladı:

 Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.