(P.S.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun yazısını sizlərə təqdim edirəm və
maraqlı yazı üçün təşəkkür edirəm hörmətli professor).
Təhsil
doktrinası
Çağdaş
dövrdə həm dəyərlərimiz, həm də mədəniyyətimiz gözümüz önündə əriyir. Bəzi gələcəkşünas
alimlər hesab edirlər ki, dürüst həyat tərzinə alışmış nəsillər gələcəkdə yox
olacaq. Güman edirəm ki, bu arzuolunmaz gələcəyin əsas səbəbi təhsilin
doktrinasının qüsurlu olmasındadır. Təhsilin çağdaş paradiqmasına görə məqsəd gəncləri
şəxsiyyət kimi yetişdirməkdir. Hesab edirəm ki, təhsilin məqsədi kamil insan
yetişdirmək olmalıdır.
Şəxsiyyətyönümlü
təhsil lokal olaraq cazibədar görünsə də, qlobal olaraq bəşəriyyəti parçalayır,
onun harmonik inkişafını əngəlləyir. Dövlətləri inkişaf etmiş, inkişaf etməkdə
olan hala salır. Planetin coğrafi xəritəsini rəngarəng edir. Super dövlətlər əməkdaşlıq
yox, müharibə ideyaları ilə yaşayırlar. Dövlətlər öz siyasətlərində bir mənalı
olaraq öz mənafelərini bəşəri mənafedən üstün tuturlar.
Kamil
insanlardan təşkil olunmuş cəmiyyətlərdə prinsipcə parçalanma olmaz, harmoniya
olar. Çünki kamil insanlar problemləri güc ilə yox, ağılla həll edərlər. Kamil
insanlar torpağin altındakı sərvəti top, tüfəng lüləsinə çevirməzlər.
Dünyanı
silahsız cəmiyyətlər halına gətirmək üçün təhsilə baxış konseptual olaraq dəyişməlidir.
Planetin mənafeyi dövləri mənafedən, dövləti mənafe partiya mənafedən, partiya
mənafeyi şəxsi mənafedən üstün tutularsa, bəşəriyyətdə harmoniyada yaşayar.
Bunun üçün təhsilin doktrinası elə dəyişməlidir ki, bəşəriyyət kamil insanlar tərəfindən
idarə edilsin. İctimai mənafe şəxsi mənafedən üstün tutulsun.
Təhsil
düzəlmir ki, düzəlmir
Hər
bir millətin taleyi onun təhsil səviyyəsindən asılıdır. Son əsrdə milli təhsilin
keçdiyi yola diqqət yetirək.
XX
əsrdə ölkəmizin təhsil sistemi həm formaca, həm də məzmunca bütün reformalardan
keçmişdi: müxtəlif istiqamətləri üzrə nazirliklər yaradılmş, sonra ləğv
edilmişdi; idarəetmədə kollegiallıqdan istifadə edilmiş, sonra şirkət üçün
yararlı idarəetməyə üstünlük verilmişdi; kadrlar zaman- zaman dəyişdirilmiş, əvvəllər
təhsil məmurluğuna ancaq pedaqoqlar, sonra qeyri pedaqoqlardan cəlb edilmişdi;
təhsilin məzmunu da zaman- zaman dəyşdirilmiş, sosialist və ya liberlar dəyərlərdən
istifadə edilmişdi; ali məktəblərə tələbə qəbulu test-lə aparılır, ancaq
abituriyentlər ali məktəblərə inzibatı yolla yerləşdirilir; qiymətləndirmənin
vahidlik prinsipi pozulub. Boloniya prosesinə qoşulmuşuq, kurrikulumu qəbul
etmişık, ancaq təhsil düzəlmir ki, düzəlmir. Təhsil aysberqinin görünən və
görünməz hissəsi çox sirlidir.
Təhsildə qüsurlar millətə yox, düşmənə xidmət edir
Təhsil
yüz illərdir ki, bəşəriyyəti arzu olunan istiqamətdə apara bilmir. Bəşəriyyəti
düz yola çıxarmaq üçün təhsilin doktrinası düzgün müəyyən edilməlidir.
İdarəetmədən tutmuş terminologiyaya qədər təhsil
sisteminin hər yerində qüsurlar var. Qüsurlar dərk olunduqda həllini tapar.
Qusuru qəbul etmək, həllin yarısıdır. Bu qüsurları düzəltmədən irəli getmək çətindir.
Ancaq nazirlərin bəziləri əvvəlki nazirlərin qüsurlarını düzəltmədən özü əlavə
qusur yaradaraq vəzifədən gedir. Qüsurların düzəldilməməsi yeni qüsurun
yaradılmasına bərabərdir. Bu səbədən qüsurlar ilbəil çoxalır.
Təhsil
coğrafiyadan asılı olmamalıdır
Orta
təhsildə görünən qüsurlarından biri də təhsilin keyfiyyətinin coğrafiyadan
asılı olmasıdir. Bu qüsur həm şəhər və kənd məktəbləri arasında, həm də Bakı məktəbləri
arasında var. Ölkədə məktəbin biri
yaxşı, digəri pis olmamalıdır. Türkiyəli təhsil eksperti Cihan Nalband belə təhsil
sistemini “köhnə əlcəyə” bənzədir. Barmağın bəziləri soyuqdan qorunur, digəri
isə qorunmur. Yeri gəlmişkən, Bakı şəhərində tıxacların yaranmasında da bu
qüsurun payı var.
Təhsil
həm də silahdır
XX
əsrdə Azərbaycanın bir neçə dahi insanı (Heydər Əliyev, Kərim Kərimov, Abbas
Çayxorski) SSRİ miqyasında yüsək dövləti post tutmuşlar. H. Əliyev SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini, Kərim Kərimov SSRİ Kosmik proqramının rəhbərlərindən
biri, Abbas Çayxorski atom reaktorlarından istifadə üzrə SSRİ Dövlət Komissiyasının
rəhbəri olmuşdu. Üstəlik, Nərman Nərmanovu, M. Ə. Rəsulzadəni, Lütfizadəni də
yadda saxlayaq. Sual olunur, Heydər Əliyevdən başqa niyə bu dahi insanların heç
biri öz vətənində işləməyib?
Bu
suala cavab tapmaq üçün problemi dərindən araşdırmaq lazımdır. Məncə bu təkcə şəxsi
istəklə bağlı deyil, düşünülmüş istismarçı siyasətin nəticəsidir.
“Təhsil
silahdır. Onun səmərəsi bu silahın kimin əlində olmasından, kimə qarşı
olmasından asılıdır”. Bu fikir İosif Stalinə məxsusdur. Sovetlər dönəmində bu
silah İ. Stalinin əlində olmuşdu və əminliklə demək olar ki, bizə qarşı istifadə
edilmişdi. Sovetlərin tərkibində olan bütün millətlərin talantlı şəxslərini
millətdən qoparıb, metropolda əritmək siyasətinin- başqa sözlə sui-qəsd nəzəriyyəsinin
tətbiqi nəticəsidə baş vermişdi.
Qərbi
Avropanın Danimarka kimi onlarla kiçik dövlətləri Böyük Britaniya, Fransa,
Almaniya kimi böyük dövlətlərin əhatəsində ona görə firavan yaşaya bilirlər ki,
mükəmməl təhsil sisteminə malikdirlər. Sadə dillə desək, güclü dövlətlər bu dövlətlərə
qarşı təhsildən silah kimi istifadə edə bilmirlər. Bu bəşəri təcrübəni biz də nəzərə
almalıyıq. Çünki biz də böyük dövlətlərin əhatəsində yaşayırıq.
Təqribən 30 ildir ki, ali məktəblərə qəbul test üsulu ilə aparılır. Abituriyentlərin topladığı orta statistik ball təqribən 300 bal ətrafındadır. Bu onu göstərir ki, təhsil maşınımız pulu biliyə çevirə bilmir. Maşının təkəri yerində “fırlanır”, ancaq irəliləmə hərəkəti yoxdur. Bu böyük problemin həll edilməsi zəruridir. Repetitorluq burdan qidalanır.
Yuxarıda
qeyd edildiyi kimi, XX əsrdə ölkəmizin təhsil sahəsində hər cür reformalardan
istifadə edilmişdir. Təhsil hələ ki, sirrini sirdaşa vermir. Özümüzü Dallasın
doktrinasından, Sorusun və 5-ci kalonun planlarından qorumağı bacarmalıyıq. Bu
işdə bizim də ən güclü silahımız da təhsil ola bilər. Təhsil dağın görünməyən tərəfini
görür. Xoşbəxt cəmiyyətin əsasında uğurlu təhsil sistemi dayanır. Nəzərə
alınmalıdır ki, ictimai mənafe qorunmayan yerdə, fərdi xoşbəxlik yoxdur. Müəllimlər
gülərsə, millət də gülər.
Yeri
gəlmişkən, Dallas doktrinasından bir fikri yada salaq: “Biz, ehtiyatla onların
mənəvi dəyərlərini dəyişərək, şüurlarına zorakılıq, seks kultu, sadizm, sözə xəyanət,
sırtıqlıq, alkoqolizm və narkomaniya, qorxu və həyasızlıq, bir sözlə, əxlaqa
zidd şeyləri yeritməliyik. Namus və vicdan lağa qoyulacaq, keçmişin mənasız
qalığına çevriləcək. Dürüstlük və vicdan məhv olacaq, keçmişin mənasız
qalıqları sayılacaq. Bundan çox az adam xəbər tutacaq, hətta nə baş verdiyini
biləcəklər də. Onları gülünc vəziyyətə salıb, acı durumda qoyacağıq”.
Tanış
mənzərədir, belə deyilmi? Çırıq cins şalvarlı gənclərin sayı Bakıda günbəgün
artır. Bu formanın arxasında hansı məzmun gizlənur, bunu bilən varmı?
II
Dünya müharibəsinin qaliblərdən biri olan Sovet dövləti artıq yoxdur. Dallas
doktrinası, Harvard bəyannamasi öz işini qörmüşdü. Qərbdəki ermənipərəst qüvvələr
44 günlük müharibədə möhtəşəm və tarixi Zəfərinizi həzm edə bilmirlər. Sovetin əlindən
qələbəni aldıqları kimi, bizim də əlimizdən Zəfərimizi almaq istəyirlər. Azərbaycan
hərbi, iqtisadi cəhətdən güclü olduğundan, onlar zərbəni təhsil sahəsindən vura
bilərlər, bəlkə də artıq vururlar. Məsul məmurlar təhsili Dallas
doktrinasından, Sorosun və 5-ci kalonun məkrli siyasətlərindən qorumağı
bacarmalıdır.
Terminoloji
qüsurlar
Bir
müdrük kəlamda deyilir: “Anlayışları dəqiq müəyyən edin, onda bir çox səhv
fikirlərdən qurtulacaqsınız”. Dünyada biliyin mənimsənilməsinə “öyrənmək”
deyirlər. Amma biz buna “oxumaq” deyirik. Öyrənmək məqsəd, oxumaq isə vasitədir.
Məqsədi vasitə ilə qarışdırıb elmi səhvə yol vermişik. Oxumaq şagirdi yorar,
öyrənmək yormaz, əksinə, məmnunluğu artırır. Oxuma zamanı şagird mürgüləyə bilər,
amma öyrənəndə yuxulamaz, əksinə, yuxusu qaçar. Valideyin məktəbdən qayıdan
övladından “bu gün nə öyrəndin?” sualını verməlidir, “nə oxumusan?” sualını
verməməlidir. Oxuyanın biliyi dayaz olar, öyrənin biliyi dərin olar. Oxumaq
asan, öyrənmək çətin prosesdir. Müstəqil oxumaq olar, müstəqil öyrənmək müşkül
məsələdir. Bu səbəbdən də öyrənmə prosesinin istənilən səviyyəsində müəllimə, təlimçiyə,
ustaya ehtiyac vardır.
Hər
kəs bilir ki, bir şer parçasını 5 dəqiqəyə oxumaq, 5 saata öyrənmək olar.
İstiyirsinizsə övladınız dərin bilik bilsin, düşüncəmizdən “oxumaq”-ı çıxarıb,
yerinə “öyrənmək” sözünü qoyun.
Orta
məktəblərin başlanğıc pilləsi çox vacibdir. İnkişaf etmiş ölkələrdə başlanğıc
siniflərinə “ilk okul”, “naçalnaya şkola”, “primary school” deyirlər. Biz ona
“ibtidai məktəb” deyirik. Bununla da onun fövqəladə əhəmiyyətini azaldaraq,
ibtidailəşdirik. I Dünya ölkələrdə ilk siniflərdə ali məktəbin magistir pilləsini
qurtaranlara dərs verirlər. Bizdə isə bu siniflərə subbakalavr da göndərilir.
Rusiyalı etnopedaqoq Q. Volkov deyir: “Milləti ən təmiz şəkildə uşaqlar təmsil
edir. Uşaqlarda millilik öləndə millətin ölümü başlayir”. Bi fikir aydın diktə
edir ki, ilk məktəblər ana dilində olmalıdır. Yuxarı siniflər isə istənilən
dildə ola bilər.
Son
illərdə fürsət düşən kimi məktəbin və digər təhsil ocaqlarının gözdən salınması
hallarına rast gəlirik. Rüşvət kimi neqativ halların təhsildə yayılmasına
maraqlı olan daxili və xarici qüvvələr var. Məktəbin müqəddəs yerə çevrilməsinə
əngəl törədirlər. Güman ki, bu yanlışlıqlar da sui- qəsd nəzəriyyəsi tərəfindən
himayə edilir.
Bu
mənfur nəzəriyyənin təhsildə yeri dərsliklərdə, misal üçün tarix dərsliklərində
aydın görünür. Məlumdur ki, tarixini bilməyən gənc vətənpərvər olmaz. Bunun
üçün tarix dərslikləri mükəmməl olmalıdır. Bizim tarix dərsliklərimiz struktur
baxımdan qəsdən baş-ayaq yazılıb. Metropolun istəyi ilə tarix dərslikləri elə
yazılıb ki, heç kəs öz tarixini öyrənə bilməsin. 5-ci sinif şagirdinə qədim
dövrü, 11-ci sinifdə isə müasir dövrü öyrədilir. Aşağı siniflər üçün bu çətin,
yuxarı siniflər üçün isə maraqsızdır. Hesab edirəm ki, tarix dərslikləri “Sadədən
mürəkkəbə”, və ya “bu gündən keçmişə” prinsipi əsasında yazılmalıdır.
Biliyin
qiymətləndirilməsi
Dəyərlərin
düzgün qiymətləndirmənin həm hikməti, həm də məsuliyyəti böyükdür. Müşahidələr
göstərir ki, qiymət anlayış doğru dərk olunmur. Qiymət nədir ?- sualına düzgün
cavab almaq çətindir. Obyektif və dəqiq qiymətləndirmə təhsilin keyfiyyətinə təsir
edən güclü faktordu. Qurani-Kərimin"Ər-Rəhman" surəsində deyilir:
“Bir şeyi ölçəndə ölçünü dolu götürün, düzgün tərəzi ilə çəkin ki, bu daha
yaxşı və sonu gözəldir”.
Qiymət məktəbdən, müəllimdən daha çox, əslində öyrənciyə, onun valideyninə lazımdır. İlk məktəblərdə buna ehtiyac yoxdur, ancaq yuxarı siniflərdə öyrənmə prosesinə nəzərət etmək üçün müstəsna əhəmiyyətli alətdir. Bu işi bacaran müəllim nəinki sinifin, məktəbin, həm də valideynlərin sevimlisidir.
Sovet
dönəmində Brestdən Kamçatkaya qədər bilik 5 ballı şkalayla qiymətləndirilirdi.
Qiymətləndirmənin vahidlik prinsipi ölkəmizdə pozulub: 5;10;100; 300; 700 ballı
şkalalardan istifadə edilir. Bu qüsurlarla 30 ildir ki, birgə yaşayırıq.
Maraqlanan yoxdur ki, bu nə işdi? Aydın deyil, bu qüsur niyə təhsil məmurlarının
diqqətini cəlb etmir.
Biliyi
qiymətləndirmək üçün istifadə edilən meyar (kriteriya) da çox qüsurludur. Belə
ki, meyar olaraq öyrəndiyimizin, öyrənməli olduğumuza olan nisbəti istifadə
edilir. Təhsilalanlara ancaq düzgün test suallarına görə qiymət yazılır, səhv
cavablar nəzərə alınmır. Bu isə çox qüsurlu yanaşmadır. Problemi düz başa düşmək
üçün həyatımızdan bir misal çəkim.
a)
Fərz edin ki, ağrıyırsınız və həkimə getmisiniz. Həkim sizin temperaturanızı, təzyiqinizi
ölçür, ciyərllərinizi yoxlayır, gözünüzə - dilinizə baxır, sonra dərman yazır.
Dərmanların köməyi olmayanda, başqa bir həkimə gedirsiniz. Bu həkim də birinci
həkimin etdiklərini edir və üstəlik UZİ-dən keçməyi tövsyə edir. Doktor UZİ-nin
nəticələri ilə tanış olur və sizə fərqli dərmanlar yazır. Nəticədə siz özünüzü
yaxşı hiss edirsiniz.
Sual
olunur, 1-ci və 2-ci həkimin fərqi nə?
Birinci
həkim sizin sağlam bədən üzvlərinizi yoxlayaraq dərman yazır. İkinci həkim isə
xəstə orqanı da nəzərə alaraq dərman yazır. Təhsildə fəaliyyət birinci həkimin
fəaliyyətinə bənzəyir. Bilik düzgün cavablara görə qiymətləndirilir. Belə
yanaşma ilə təhsilin keyfiyyətini yüksəltmək çətindir. Keyfiyyəti yüksəltmək
üçün səhv cavablar da nəzərə alınmalıdır.
Bu
qüsuru aradan qaldırmaq üçün meyar olaraq öyrəndiyimizin öyrənə bilmədiyimizə
olan nisbətinindən istifadə etmək daha məqsədəuyğundur. Çünki, qiymətləndirmə
zamanı düz cavablarla bərabər, həm də səhv cavablar da nəzərə alınır.
Misaldan
belə nəticəyə gəlmək olar ki, təhsildə ən fundamental qüsur qiymətləndirmə
meyarının və metodikanın səhv olmasındadır. Keçmişdə üzbəüz imtahan zamanı müəllim
qiymət yazanda, həm də imtahan verənin cavabında səhv fikirləri də nəzərə
alardı. Çox təəssüf ki, testdə bu incə məqam nəzərə almaq çətindir.
Sinif
canlı orqanizmdir
Müasir təhsil sisteminin digər ciddi qüsuru bundan ibarətdir ki, fərdi təhsil verə bilir, ancaq bütöv sinifə təhsil verə bilmir.
Ənənəvi
təhsil sistemində sinfə ayrı-ayrı öyrəncilərin mexaniki cəmi kimi baxılır. Bu
qüsurlu yanaşma aparıcıdır. Sinifə bir biri ilə üzvü ələqədə olan canlı
orqanizm kimi baxmaq lazımdır. Bu faydalı baxışdır.
Öyrəncilər
təhsil prosesinin obyektidir. Sinif isə birgə tədris məkanıdır. Psixologiyanın
Qeştalt prinsipinə görə: tamın hissələrinin cəmi, tamın özünə bərabər deyil,
ondan azdır.
Sinifə
bütöv orqanizm kimi baxılarsa, təhsilin keyfiyyətini xeyli yüksəltmək mümkündür.
Əlaçılar öyrənməyi və yeniliyi sevərlər. Məktəbin səviyyəsindən asılı
olmayaraq, onlar öyrənəcəklər. Tək-tək fərdlərin əlaçı, olimpiada qalibi
olması, ya qızıl medal alması, ya müsabiqə qalibi olmasının fərdi əhəmiyyəti
var, ancaq ictimai əhəmiyyətli azdır. Bütöv sinifin təhsil parametrlərinin yüksək
olması milli və dövləti əhəmiyyət kəsb edir. Məktəbin əsas borcu bütöv sinifi
öyrətməyi bacarmaqdır.
Dərs
prosesində sinifi aktiv və passiv olmaqla xəyalən iki yerə bölmək olar. Tədris
materialını mənimsəyə bilənlər və bilməyənlər. Başqa sözlə, təhsil səviyyəsi
orta səviyyədən yuxarıda və aşağıda olanlar. Təəssüf ki, müəllim ancaq sinifin
aktiv hissəsi ilə işləyir. Dərs zamanı sinifə suallar verir, əlaçılardan cavab
alır və sonra dərsinə davam edir. Passiv tələbələrin varlığı müəllimi narahat
etmir. Heç ondan bunu tələb edən də yoxdur. Bu müasir təhsil sisteminin ən
böyük qüsurudur. Sinifin orta mənimsəmə göstəricisindən yuxarıda duran şagirdlər
müəllimlə bərabər həm də tədrisin subyektləridir. Yəni müəllim deyəni eşidir,
sual verir və suala cavab verir. Nümünəvi əxlaq daşıyıcısıdır, yalan danışmaz,
haram yeməz, oğurluğa pis baxarlar. Bu aktiv gənclik millətin qızıl fondunu təşkil
edirlər. Sinqapurda belə gənclər üçün xüsusi məktəblər açırlar.
Orta
mənimsəmə səviyyəsindən aşağıda olan şagirdlər təhsil prosesinin obyektləridir.
Müsbət və mənfi insanı keyfiyyətlərin potensial daşıyıcılarıdır. Müəllim deyəni
pis eşidərlər. Nalayiq işlərdə adları hallanar. Onlar üzərində ciddi təhsil və
tərbiyyə işi aparılmalıdır ki, gələcəkdə ictimai mənafeni qoruya bilən vətəndaş
kimi yetişsinlər. Gələcəkdə cəmiyyəti onlar idarə edəcəklər.
Beləliklə,
sinifə bütöv orqanizm kimi baxılarsa, sinifin potensialından istifadə etmək
olar. Bilik ötrülməsində yeni kanal (“şagird - şagird”) kanalı açılır. Passiv
şagirləri aktivləşdirmək mümkündür. Məktəblər bütöv sinifə dərs deməyi bacarsa
repetitorluğun kökünü kəsə bilərlər. Bu qüsurun açarı TN əlindədir. Əks halda
ölkəni bürüyən repetitorluq kütləvi təhsili məhv edəcəkdir.
SERTIFIKATLAŞMANIN FƏLSƏFƏSI
Hesab
edirəm ki, hər bir nazirlik, o cümlədən də Təhsil Nazirliyi də öz əməkdaşlarının
peşəkarlığına şübhə ilə baxmamalıdırlar. Su qaba doldu, oldu içməli. Əksinə,
onları himayə etməli, inkişaflarina qayğı göstərməlidir. Müdafiə Nazirliyi öz əsgər
və zabitlərini arxasında möhkəm durmasaydı və əsgərlər buna əmin olmasaydılar,
sərt qaya üzərində yerləşən Şuşanı düşməndən azad etmək asan olmazdı.
Müəllimlərin
zəif cəhətləri üzə çıxdıqca onları sertifikatlaşmadan keçirmək yox, bir neçə
aylıq təkmilləşdirməyə göndərmək lazımdır. Bunun üçün müəmmalı şəkildə ləğv
edilmiş təkmilləşmə institutları yenidən bərpa olunmalıdır.
Görünən
odur ki, sertifikatlaşmanın ədalətinə hələ inam azdır. Əgər sertifikatlaşmanı
aparmaq zəruridirsə, onda onu inzibatı yolla yox, liberal yolla aparmaq
lazımdır. Proses elə təşkil olunmalıdır ki, onun aktif tərəfi müəllimlər
olsunlar, nazirlik olmasın.
Baş
verənlərin səbəbini başa düşməyə cəhd edək. Çox inkişaf etmiş ölkələrdə 2 ilə
2-nin cəmi 4 bərabərdir və vəssalam! İnkişaf etməkdə olan olkələrdə də 2+2 də 4 bərabərdir, ancaq fərq bundadır ki,
yaddaşda nə isə (?) saxlanılır. Birinci və ikinci dünya dövlətləri arasında
düşüncə fərq bu qədərdir. Nəzərə alaq ki, irəli gedə bilək.
Bu
problemin elmi əsasını başa düşmək üçün aşağıdakı suallara cavab vermək
lazımdır:
a)
Restorandasınız. Yemək prosesinin obyekti kimdir, subyekti kim?
b)
Konsertdəsiniz. Prosesin obyekti və ya subyekti müğənnidir, yoxsa dinləyicilər?
Bu
suallara düzgün cavab versəniz, onda sertifikatlaşmadakı problemə də düz cavab
verərsiniz.
Beyin
axini
Potensiallı
gənc öz çevrəsindəki insanların cazibəsini qıraraq iş və yaşam yerini dəyişə
bilir. O yerə gedir ki, orada öz potensialını reallaşdıra bilir. 20 il öncə
testdən 700 bal toplamış, ulu öndər Heydər Əliyevin təbrikinə layiq görülmüş
Rüfət Qaralov indi ölkəmizdə yox, ABŞ-da yaşayır. Bizim talantlı gənclərimizin
çoxu R. Qaralovun yolunu seçirlər. Onları ölkədə saxlamaq çox çətindir. Belə
parlaq gənclərin çox hissəsi bu gün də, gələcəkdə də xaricə üz tutacaqlar.
Onları əslində millət üçün “itirilmiş parlaq gənclər”-dir. Vaxtında bu problemi
H. Z.Tağıyev uğurla həll edə bilib. O, gənclərin Avropada təhsillərini maliyyələşdirəndə
onlardan üç məsələ ilə bağlı öhdəlik almış: a) vətənə dönmək; b) azərbaycan
qızları ilə ailə qurmaq; c) varlananda borcunuzu Fonda qaytarmaq. Vəssalam.
İsrail təcrübəsi bu gün üçün də bizim üçün yetərlidir. Bunun üçün cəmi bir neçə zəruri addım atmaq lazımdır. Azərbaycan dövlətini qüdrətli görmək istəyən hər gənc, xaricə çörək qazanmaq üçün yox, yalnız yüksək təhsil almağa (maqistratura və dokturantura təhsili) və ya turist kimi gəzməyə getməlidirlər.
Beyin
axınını nəzərə alaraq, TN öz inkişaf konsepsiyasına yenidən baxmalı və ölkədə
qalan gənclərə keyfiyyətli təhsil verməyi bacarmalıdır. Ciddi pedoqoji problemlər
həll edilməlidir. Ciddi təhsil problemləri qrantlarla maliyələşdirməlidir.Əks halda, pul xərclənər,
təhsil düzəlməz. 9 ballı şkalanın taleyin, krikulumu, Boloniyanı yaddan
çıxarmayaq.
Hər bir ölkənin taleyi gənclərdən yox, talantlı gənclərin əlindədir, çünki onlar ideya sahibləridirlər. Onları da tədbir görmədən gümüş boşqabda Qərbə hədiyyə etməməliyik. Talantlı gənclərin ölkədə qalmasının çarəsini qloballaşan dünyada təhsil naziri tapa bilər. H. Z.Tağıyev tapıb, İsraill sabiq baş naziri Qolda Meir tapıb, biz də tapaq. Tələbə qəbulunda qüsurlar
Ali
məktəbə tələbə qəbulu vacib məsələdir. Bu prosesin yaxşı və pis cəhətləri haqda “Yonulmuş daş yolda qalaz”(Bak,2021)
kitabda müfəssəl yazmışam. Burada qısaca aşağadakıları qeyd etmək istəyirəm.
Bu
prosesinin iki tərəfi var: ali məktəb və abituriyentlər. Sovetlər dönəmində bu
münasibət belə qurulmuşdu ki, qəbul prosesində ali məktəb idarə edən,
abituriyentlər isə idarə olunan tərəfi idi. Başqa sözlə, ali məktəb qəbul
imtahanı apararaq tələbəni seçirdi. Prosesin aktiv tərəfi universitet, passiv tərəfi
abituriyentlər idi. Biz bu üsuldan imtina etdik. Düz də etdik. Testə alternativ
yoxdur, üstün cəhətləri çoxdur. Yeni quruluş liberal əsaslıdır, insan
azadlıqlarını ön plana çəkir. Bu depersonlaşmış təhsildən personlaşmış təhsilə
keçmək deməkdir. Başqa sözlə, bu o deməkdir ki, diqqət mərkəzinə şəxsiyyət (tələbə)
çəkilir, yəni prosesin aktiv tərəfi tələbə olmalıdır. Tələbə
universitetləri seçməlidir. Tələbələr çox, ali məktəblərdə yer azdı. Bəs sosial
ədaləti necə qorumalı?
Bu
suala cavab vermək və sosial ədaləti bərpa etmək üçün 1922-ci ildən ABŞ-da test
üsulundan istifadə olunur. 1992-ci ildən bu üsul mahiyyətin tam dərk etmədən, qəbul
etdik. Ancaq üsul təkmilləşməli və milli maraqlara qulluq etməlidir. Test
süallarını təhsil proqramları əsasında tərtib etməlidir. “Açıq suallar” adı ilə
sualları mürəkkəbləşdirməyə ehtiyac yoxdur. Test lazım olmayan və sisteminin
adına xələl gətirən funksiyalar yerinə yetirməməlidir. Bu prosesdə ictimai mənafe
və dövlət mənafesi ciddi qorunmalı, şəxsi mənafe küncə sıxılmalıdır. Niyə 700
bal toplayan abituriyentlər sayı 100 də çox olmasın? Test biliyi qiymətləndirməli,
abituriyentlər isə liberal düşüncəyə uyğun unversitetləri özlərı seçməlidirlər.
Acınacaqlı
vəziyyət belədir ki, indi nə universitetlər tələbə seçir, nə tələbələr
universiteti seçir. Tələbəni universitetlərə üçüncü subyekt seçir. Qəbul
prosesinin subyekti abituriyentlər olmalıdır, üçüncü subyekt olmamalıdır. Qəbul
imtahanı sovetdən qalma, inzibatı idarəetmənin ruhuha uyğun termindir. Açıq cəmiyyətdə
bu termin ali məktəblərə tələbə qeydiyatı adlandırılmalıdır.
DİM
təhsil prosesini idarəetməyə can atmamalıdır. Təhsil siyasətinə və məzmununa
cavabdeh qurum ancaq TN olmalıdır. Təhsil sahə maraqları arasında
parçalanmamalıdır. Əgər iki dövlət qurumu arasında prinsipal ziddiyyət varsa,
onda belə nəticəyə gəlmək olar ki, bu qurumun biri Prezidentin siyasətinə xidmət
etmir.
İdeal
məktəb
Bugünkü
dünya təhsil sistemi ideal məktəb yarada bilmir. Gənçlərin passiv hissəsini təhsil
prosesinin subyekinə çevirə bilmir. Səbəbi təhsildə yuxarıda sadalanan
qüsurlardır və təhsilin hamı tərəfindən qəbul olunan nəzəriyyəsinin
olmamasıdır. Fərdlərə (hissələrə) təhsil verə bilirik. Amma tama (sinifə) təhsil
verə bilmirik. Fərdlərin əla öyrənməsi yaxşıdır, ancaq sinifin (tamın) təhsil
parametrlərinin yüksək olmasının daha böyük əhəmiyyətə malikdir.
Qiymətləndirmə
zamanı həm doğru, həm də səhv cavabları nəzərə almaqla ideal məktəb - yəni hər
öyrəncinin öyrənə biləcəyi məktəb qurmaq olar. İdeal məktəbin hədəfi məlumdur.
Belə məktəblər üçün nisbi mənimsəmə 100% olmalıdır. Ancaq ənənəvi təhsil
sistemlərinin yaratdığı pedoqoji mühit öyrənə bilənləri öyrədir.
Fərdlərin
əlaçı olması, olimpiada çepionu olması, ya qızil medal alması lokal olaraq
yaxşıdı, ancaq qlobal olaraq az əhəmiyyətlidi. Onların təhsil uğurları ölkədən, məktəbdən az asılıdır, özləri ilə
bağlıdır. Böyük təhsil bilicisi Andreas Şleyxer hesab edir ki, “ən əlverişsiz məktəbdə
belə mükəmməl gənc yetişə bilər”. Bir çox pedaqoqlar hesab edir ki, hər uşaq
anadan dahi doğulur. Yaşam mühitindən asılı olaraq, o, dahi kimi yetişə də bilər,
yetişməyə də bilər. Çünki onların bir qismi təbiət hadisəsidir, harda olsa
parlayacaq. Dövlət məmurları parlaq öyrəncilərin uğuru ilə başlarını
qatmamalıdır. Çağdaş təhsil sistemi hamının öyrənə biləcək pedoqoji mühit
yaratmağa çalışmalıdır.
Sonda
qeyd edim ki, bəşəriyyət ümumi mənafenin artımı istiqamətdə inkişaf edir. Bu
gedişat təhsilin doktirinasında, strategiyasında və məzmununda əks olunmalıdır.
İctimai mənafe vəsf olunmalıdır. “Əvvəcə varlanaq, sonra ağıllanarıq” düşüncəsi
toplumu dalana dirəyir.
XX
əsrdə təhsili yaxşı başladıq, amma pis başa vurduq. Universitetlərimiz məntiqin
əksinə olaraq zaman keçdikcə cavanlaşmadılar. Yuxarıda sadalanan qüsurları XXI əsrə
daşılamalıyıqmı? Yoxsa Təhsil nazirliyi səviyyəsində “Azərbaycan təhsili-100 ”
mövzusunda elmi konfrans keçirib,
müzakirlər aparıb saf-çürük edib və son 100 ildə buraxılmlş səhvləri aradan
qaldırmağa cəhd etməliyik?
Bu
fikirlərin çoxu Təhsil naziri cənab Emin Əmrullayev bu günlərdə TV-də səsləndirdiyi
fikirlərlə həmahəngdir: "Təhsil islahatları ilə bağlı daha çox fikirlər irəli
sürülməli və nəticə əldə eldə edilməlidir”. Nazirin istədiyi kimi məişət məsələrinə
toxunmadan məqalədə daha çox təkliflər, fikirlər, müddalar irəli sürüldü.
Sonda
qeyd edim ki, “qüsurları qəbul edilməsi problemin həllinin yarısıdır” - fikrini
bəyənirəm. Bununla bərabər “qüsurları görmədən keçməyi, əlavə qüsur yaratmağa bərabərdir”-
fikrinə də çox inanıram.
Mənbə:
https://manevr.az/index.php?newsid=104905